32
Əməkdaşlığımızın gündəliyi çox genişdir. Gündəliyə siyasi
qarşılıqlı əlaqələr, beynəlxalq təşkilatlarda birgə iştirak,
çoxşaxəli və qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq
məsələləri daxildir. Bu gün biz Sizinlə ikitərəfli münasibətlərlə
bağlı məsələləri müzakirə edərkən yekdil fikirdə olduq ki,
ölkələrimiz və iqtisadiyyatımız bir-birini tamamlayır. Bu, ciddi
tərəfdaşlıq münasibətlərinin inkişafı üçün çox yaxşı bazadır. Biz
buna hazırıq, bunu istəyirik və bütün istiqamətlərdə gələcək
əməkdaşlığa ümid bəsləyirik. Ümidvaram ki, mənim Belarusa
səfərim kimi, Sizin də Azərbaycana səfəriniz uğurlu olacaq və
ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələyə
çevriləcəkdir.
Bir daha xoş gəlmisiniz deyirəm.
A l e k s a n d r L u k a ş e n k o: Hörmətli İlham Heydər
oğlu!
Əziz dostlar!
Mən ilk növbədə, mehribancasına qəbula görə, nümayəndə
heyətimizə göstərilmiş diqqətə görə Sizə ürəkdən təşəkkür
etmək istəyirəm. İlham Heydər oğlunun ölkəmizə rəsmi
səfərindən ötən müddət ərzində biz çox işlər görmüşük. Bir çox
mütəxəssislərimiz burada və sizin nümayəndə heyətiniz də
Belarusda olmuşlar. Onlar bədxahlarımızın piar kimi
qiymətləndirdiyi bir çox layihələri gerçəkləşdirməyə başla-
mışlar. Lakin indi bu, piar deyil, çox qısa zaman kəsiyində
təşkil edilmiş real istehsaldır.
Biz nəinki iki ölkənin prezidentləri arasında ən səmimi
münasibətlər yaratmışıq, artıq bilirəm ki, nazirlər də, iri şirkətlərin,
müəssisələrin rəhbərləri də dostlaşmışlar. Yəni, bütün səviyyələrdə
yaxşı şəxsi münasibətlər yaranmışdır ki, bu da nəinki bir-birini başa
düşməyə, həm də yaxşı irəliləyişə kömək edir. Bir az əvvəl İlham
Heydər oğlu ilə vurğuladıq ki, nə mənim, nə onun, nə də
ölkələrimizin başqa heç bir ölkə ilə belə səmərəli, belə intensiv
münasibətləri olmayıbdır.
Bir daha təsdiqləmək istəyirəm ki, əməkdaşlığımızın belə
sürətini və ayrı-ayrı istiqamətlərini öz bildikləri kimi, bəzən də
33
narazılıqla qarşılayan bədxahlarımız var. Belələri var və biz
onları tanıyırıq. Lakin biz Belarusda da, Azərbaycanda da bu
dövrü çox dəyanətlə keçdik. Biz kiminsə ziddinə, zərərinə
olaraq əməkdaşlıq etmirik, biz xalqlarımızın rifahı naminə
əməkdaşlıq edirik, çünki təmas nöqtələrini və öz marağımızı
tapmışıq. Marağımız heç də təkcə onda deyil ki, Azərbaycan
özünün tərəqqisinə doğru gedən çox dinamik inkişaf edən
ölkədir. Bu, sadəcə, gurultulu sözlər deyil, bunu hamı deyir.
Sizin ölkəniz ümumi daxili məhsulun artımına görə keçən il
dünyada birinci yeri tutmuşdur. Dünyada heç bir ölkədə belə
artım yoxdur. Firavan ölkəyə çevrilmək üçün sizin hər şeyiniz
var, biz bunu bilirik. Lakin məsələ təkcə bunda deyildir.
İndi xalqlarımız arasında yaxşı münasibətlər yaranmışdır.
Belarusda yaşayan heç bir azərbaycanlı deməz ki, onun vəziyyəti
pisdir. Heç biri. Bu yaxınlarda biz kütləvi informasiya
vasitələrində Azərbaycan həftəsi keçirdik. Televiziyada, radioda
çoxlu verilişlər oldu, burada yaşayan azərbaycanlılar da,
Belarusdakı azərbaycanlılar da danışdılar və heç biri demədi ki,
ölkəmizdə onların vəziyyəti pisdir. Sizə burada da deməzlər ki,
orada vəziyyətləri pisdir. Xüsusi ab-hava yaranmışdır, lakin,
əlbəttə, şəxsi əlaqələrin də əhəmiyyəti var. İlham Heydər oğlunun
səfərindən sonra bütün səviyyələrdə yaxşı münasibətlərimiz
yaranmışdır. Bu, əlaqələrimizin inkişafına kömək edir.
Bir daha vurğulayıram ki, biz kiminsə əleyhinə dostluq
etmək niyyətində deyilik. Biz başqalarının da məmnun qalması
və sevinməsi üçün dostluq edirik. Əgər bu mümkündürsə, biz
başqalarının da layihələrimizə qoşulmasına hazırıq. Ona görə də
bu səfər, həqiqətən, irəliyə doğru getməkdir. Bu gün
imzalayacağımız əsas sənəd – dostluq haqqında müqavilə
irəliyə doğru mühüm addım olacaqdır. Mən etimada və
öhdəliklərin yerinə yetirilməsinə görə hamıya, ilk növbədə
Azərbaycan prezidentinə çox minnətdaram.
* * *