379
242. «Siemens» – alman şirkəti. 1847-ci ildə yaradılmışdır.
Bakıda nümayəndəliyi 1998-ci ildə açılıb. Şirkət elektrik
məhsulları və elektrik avadanlıqlarının hazırlanması və tətbiqi
sahəsində dünya liderlərindən biridir. İllik dövriyyəsi 118
milyard dollardır. Bütün dünyada işçilərinin sayı 140 min
nəfərdir. – 284.
243. Rudi Lamprext (d.1948) – «Siemens»in mərkəzi ida-
rəetmə aparatının üzvü və vitse-prezidenti, «Siemens mobilin»
prezidenti və Direktorlar Şurasının üzvü. – 284.
244. Latviya, L a t v i y a R e s p u b l i k a s ı – Şərqi Avro-
pada – Pribaltikada dövlət. Sahəsi 64,5 min km
2
, əhalisi 2,2 milyon
nəfərdir. İnzibati ərazisi 26 rayona bölünür. Dövlət başçısı prezi-
dent, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 287.
245. Valdis Zatlers (d.1955) – 2007–2011-ci illərdə Litva Res-
publikasının prezidenti olmuşdur. Peşəsi həkim travmotoloq-
ortopeddir. 2011-ci ildən Reforma Partiyasının lideridir. – 287.
246. İspaniya – Cənub-Qərbi Avropada dövlət. Sahəsi 504,8
min km
2
, əhalisi 39,3 milyon nəfərdir. İnzibati ərazisi 17 muxtar
vilayətə daxil olan 50 əyalətə bölünür. İspaniya konstitusiyalı
monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı korteslərdir
(ikipalatalı parlament). Mərakeş sahilindəki Seuta və Melilya
şəhər rayonları İspaniyanın mülküdür. Paytaxtı Madriddir. –
293–294.
247. I Xuan Karlos (d.1938) – İspaniya kralı. 1975-ci ildə
diktator Frankonun ölümündən sonra kral elan edilmişdir. –
293,294.
248. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) –
respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal
edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil
edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifa-
dəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra
380
ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağ-
lamışdır. – 297,298,299,303.
249. bp, «B r i t i ş P e t r o l e u m» – dünyanın ən iri neft
şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin
kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. bp 1994-cü
ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABƏŞ-in əsas
operatorudur. – 299,304,320.
250. Xoşbəxt Yusifzadə, X o ş b ə x t B a ğ ı o ğ l u
(d.1930) – neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1994–2000-
ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-
prezidenti, 2004-cü ildən isə birinci vitse-prezidentidir. Azər-
baycan Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif
olunmuşdur. – 303.
251. Bakı Dərin Dəniz Özülləri zavodu – 1978-ci ildə Heydər
Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Respublikada neft sənayesinin
inkişafında böyük rolu vardır. – 303.
252. «İtoçu» – Yaponiyanın «İtoçu» korporasiyası. 1958-ci
ildə yaradılmışdır. Dünyanın 176 ölkəsində şirkətləri və fir-
maları var. «İtoçu» 1996-cı ilin avqustundan Bakıda fəaliyyət
göstərir. – 304.
253. «İnpeks» – Yaponiya neft korporasiyası. 1966-cı ildə
yaradılmışdır. – 304.
254. «LUKoyl» – neft şirkəti. 1993-cü ildə Rusiya Federasi-
yası Hökumətinin qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-
maliyyə kompleksinə malik olan «LUKoyl» şirkəti Rusiya,
MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının kəş-
fiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü
ildən Azərbaycanda fəaliyyət göstərir. – 304.
381
255. Mc Dermott – Amerika, Yaxın Şərq, Xəzər dənizi və
Sakit okean regionunda mühəndislik, təchizat, tikinti və
quraşdırma işləri ilə məşğul olan beynəlxalq korporasiya. 1923-
cü ildən fəaliyyət göstərir. – 304.
256. TRAO, T ü r k i y ə p e t r o l l a r ı– 1954-cü ildə
Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır.
Karbohidrogen istehsalı və emalı sahəsində Türkiyənin ən
böyük şirkətidir. TRAO hazırda MDB, Şimali Afrika və Orta
Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft
şirkətlərindəndir. – 304.
257. «Statoyl» – Norveçin «Statoyl» şirkəti 1972-ci ildən
fəaliyyət göstərir. Şirkət Şimal dənizinin Norveç sektorunda ən
iri neft-qaz istehsalçısıdır. Hazırda dünyanın 19 ölkəsində
neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. Şirkət
1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. –
304.
258. «Total» – məşhur fransız neft şirkəti. 1954-cü ildə təş-
kil olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və
satışı ilə məşğul olur. – 304.
259. Azərbaycan Dövlət Neft Akademiyası – 1920-ci ildə
yaradılmışdır. Azərbaycan Dövlət Neft Akademiyası neft-qaz
və kimya texnologiyası sahəsində yüksək ixtisaslı mütəxəs-
sislərin hazırlanmasında qabaqcıl yer tutur. Azərbaycan Dövlət
Neft Akademiyasının 8 fakültəsində 7000, o cümlədən,
xaricdən gələn tələbələr təhsil alır. Akademiyada doktorantura
və aspirantura, 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir.
Azərbaycan Dövlət Neft Akademiyası ABŞ, Fransa, İtaliya,
Almaniya institutları ilə əməkdaşlıq edir. – 305.
260. Mətyu Brayza – Amerika diplomatı. 2001–2005-ci illər-
də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi olmuşdur. Sonra isə Dağlıq Qarabağ, Abxaziya və
Dostları ilə paylaş: |