64
BAKININ SABUNÇU RAYONUNDA MƏCBURİ
KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ YENİ
QƏSƏBƏNİN AÇILIŞ MƏRASİMİNDƏ
NİTQ
Bakı, Sabunçu rayonu
4 may 2007-ci il
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı bu gözəl qəsəbənin açılışı müna-
sibətilə ürəkdən təbrik edirəm. Qısa müddət ərzində istifadəyə
verilən bu qəsəbə ən yüksək səviyyədə yaradılıbdır. Burada
yaxşı yaşamaq, işləmək, oxumaq üçün hər cür şərait var. Gözəl
evlər, binalar, məktəb tikilib, yollar salınıb, işıq, qaz, su,
kanalizasiya xətləri çəkilibdir. İndi burada rabitə sistemi də
quraşdırılacaqdır. Yəni hər bir insanın yaşaması üçün bütün
şərait var. Bu, Azərbaycanda son illər ərzində bu sahədə
aparılan işlərin növbəti təzahürüdür.
Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun ilk vəsaiti
hesabına qaçqınlar və məcburi köçkünlər üçün qəsəbə tikil-
mişdir. Bundan əvvəl Azərbaycanda bizim qaçqın-köçkün
soydaşlarımız çox ağır, çətin şəraitdə yaşamışlar. Çadır
şəhərciklərində ən ağır şərait məhz burada idi. Təsadüfi deyil ki,
bizim ilk addımlarımız məhz çadır şəhərciklərində yaşayan
insanları müasir qəsəbələrə köçürməkdən ibarət idi. İndi demək
olar ki, bu proses son mərhələsindədir. Əminəm ki, bu ilin
sonuna qədər sonuncu çadır şəhərciyi ləğv ediləcək və orada
yaşayan soydaşlarımız gözəl binalara köçürüləcəklər. Bu bizim
siyasətimizin əsas istiqamətidir.
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
65
nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş
soydaşlarımızı biz müvəqqəti olaraq normal şəraitlə təmin
etməliyik. Son illər ərzində bu məqsədlər üçün çox böyük
vəsait nəzərdə tutulub, xərclənir və bu gün bu gözəl qəsəbənin
istifadəyə verilməsi bunun növbəti sübutudur. Burada 450 ev
tikilibdir və insanlar bu evlərdə rahat yaşayacaqlar.
Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar,
uğurlu neft strategiyamız bizim üçün bütün bu imkanları
yaradır. İndi burada çıxış edən dostumuz qeyd etdi ki, 1994-cü
ildə ulu öndər Heydər Əliyev məskunlaşdığınız «Zuğulba»
sanatoriyasında sizinlə görüşmüşdür. Mən də o görüşü yaxşı
xatırlayıram. Çünki o vaxt mən də orada idim. O görüş faktiki
olaraq, Azərbaycanda bu sahədə görülən işlərin başlanğıcı idi.
O sanatoriya hələ 80-ci illərin ortalarında, demək olar ki,
yararsız vəziyyətə düşmüşdü. Siz oraya gələndə, məskunlaşanda
da vəziyyət o qədər də yaxşı deyildi və uzun illər ərzində
təmirsiz qalmış binalarda yaşamısınız. Buradakı stendlərdəki
şəkillərdə sizin necə ağır şəraitdə yaşadığınız göstərilir. Sizi
oradan bu gözəl qəsəbəyə köçürmək, əlbəttə, bizim borcumuz
idi. Yenə də demək istəyirəm ki, biz ilk növbədə ən ağır
şəraitdə yaşayan, yəni çadır şəhərciklərində yaşayan
soydaşlarımızın qayğıları ilə məşğul idik. Ondan sonra
uyğunlaşdırılmış
binalarda,
məktəblərdə,
pansionatlarda,
təmirsiz qalmış binalarda yaşayan soydaşlarımızı da gözəl
şəraitlə təmin edəcəyik.
İndi Azərbaycanın imkanları var. Əgər 1994-cü ildə ulu
öndər tərəfindən, onun təşəbbüsü ilə «Əsrin müqaviləsi» im-
zalanmasaydı, bu işlərin görülməsində böyük çətinliklər çəkə
bilərdik. Bu gün Azərbaycanın iqtisadi potensialı, onun qüdrəti
artır. Qarşıya qoyduğumuz bütün vəzifələr öz həllini tapır.
İndi Azərbaycan iqtisadi inkişaf baxımından dünya miqyasında
ən qabaqcıl pillələrdədir. Biz üçüncü ildir ardıcıl olaraq, iqtisadi
artım baxımından dünya miqyasında birinci yerdəyik. Bu da
öz növbəsində, hər bir insanın həyatında özünü göstərir.
Qaçqın-köçkünün
həyatında
özünü göstərir. Müəllimin,