36
AZƏRBAYCAN VƏ BELARUS
PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT
KONFRANSINDA BƏYANATLA ÇIXIŞLARI
Prezident sarayı
2 may 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bəyanatı
Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Prezident başda olmaqla, Azərbaycana rəsmi səfər edən
Belarus Respublikasının nümayəndə heyətini bir daha ürəkdən
salamlamaq istəyirəm. Bu gün biz bir çox sənədlər imzaladıq.
Onlar əməkdaşlığımızın inkişafı üçün yaxşı əsasdır. Əminəm
ki, bu sənədlərdə nəzərdə tutulanların praktik həyatda yerinə
yetirilməsi ölkələrimiz arasında çox fəal, qarşılıqlı surətdə faydalı
əməkdaşlığa gətirib çıxaracaqdır.
Bu gün biz keçən ilin payızında mənim Belarusa rəsmi
səfərim zamanı prezidentlər səviyyəsində nəzərdə tutduğumuz
real, praktik işlərin ilk konturlarını görürük. O vaxt biz
əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdik və fərəhli haldır
ki, qısa müddətdə, yarım ildən bir qədər çox vaxt keçəndən sonra
biz artıq əldə edilmiş razılaşmaların konkret nəticələrini görürük.
Artıq bu gün Azərbaycanda Belarus müəssisələrinin məhsulu
istehsal olunur. Energetika, neft-qaz əməliyyatları, maşınqa-
yırma, müdafiə sənayesi sahəsində fəal əməkdaşlığın
konturları müəyyən edilir. Humanitar sahədə, hərbi-texniki
sahədə əməkdaşlıq fəal gedir. Yəni, prezidentlərin müəyyən
37
etdikləri çox qısa müddətdə yerinə yetirilir və bu, ölkələrimizin
ikitərəfli əlaqələrə olduqca ciddi yanaşdığına sübutdur.
Biz bu əlaqələri tərəfdaşlığımız üçün çox mühüm hesab
edirik. Belarus prezidentinin və belə geniş tərkibli nümayəndə
heyətinin Azərbaycana səfəri bu məsələlərə ölkələrimizin və
rəhbərliyin necə əhəmiyyət verdiyini göstərir.
Bu gün biz ikitərəfli əməkdaşlıqla, siyasi qarşılıqlı mü-
nasibətlərlə, regional əməkdaşlıqla, iqtisadi əlaqələrlə bağlı
məsələlərin çox geniş dairəsini müzakirə etdik. Əminik ki,
müəyyən edəcəyimiz və nəzərdə tutacağımız məsələlərin hamısı
yerinə
yetiriləcəkdir.
Qısa
bir
müddətdə
Belarusun
Azərbaycanda, Azərbaycanın Belarusda səfirlikləri fəaliyyətə
başlamışdır. Biz Minsk ilə Bakı arasında aviareyslər açılması
haqqında razılığa gəldik və bu reyslər artıq həyata keçirilir. Az
vaxtda Gəncə şəhərində traktorların və yük avtomobillərinin
istehsalı
təşkil edilmişdir. Bütün bunlar göstərir ki,
götürdüyümüz sürət, həqiqətən tarixi sürətdir. Heç bir ölkə ilə
bizim qəbul etdiyimiz qərarların belə tez yerinə yetirilməsi
müşahidə olunmayıbdır. Yenə də demək istəyirəm ki, bu, bir
tərəfdən, qəbul olunmuş qərarlara ciddi yanaşdığımızı, digər
tərəfdən, qarşılıqlı surətdə faydalı əməkdaşlığa böyük maraq
göstərildiyini sübut edir. Əminəm ki, bu səfər və imzalanmış
sazişlərdə nəzərdə tutulanların yerinə yetirilməsi nəticəsində
ölkələrimizin qarşılıqlı əlaqələri daha sıx olacaqdır.
İqtisadiyyatlarımız bir-birini tamamlayır. Biz ciddi tərəfdaşlıq
səviyyəsinə çıxırıq və buna çox şadıq.
Bir daha bütün nümayəndə heyətini salamlamaq, dəvətimi qəbul
edib Azərbaycana gəldiyinə görə Belarus prezidenti Aleksandr
Qriqoryeviç Lukaşenkoya təşəkkür etmək istərdim. Gələcəkdə də
fəal əməkdaşlığa ümid bəsləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.