|
İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab
54
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV VƏ
BELARUS RESPUBLİKASININ PREZİDENTİ
ALEKSANDR LUKAŞENKO AZƏRBAYCANDA
BELARUS MİLLİ SƏRGİSİNİN AÇILIŞINDA
Respublika Olimpiya Kompleksi
3 may 2007-ci il
Mayın 3-də Bakıda, Respublika Olimpiya Kompleksində
Azərbaycanda Belarus milli sərgisinin rəsmi açılışı olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti
Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.
Milli geyimli belaruslu qızlar dövlət başçılarını duz-çörəklə
qarşıladılar.
Açılışı bildirən qırmızı lenti kəsdikdən sonra prezidentlər
ekspozisiya ilə tanış oldular. Belarus Dövlət Yeyinti Sənayesi
Şirkəti («Belqospişşeprom»), «Babuşkina krınka» ASC, Orşa
«Ətkonservkombinatı» ASC, Minsk avtomobil zavodu, «Amko-
dor» ASC, Qomel kənd təsərrüfatı maşınqayırması zavodu
(«Qomselmaş»), «Mogilyovliftmaş», «Mərkəz» Elm-İstehsal
Birliyi, «Stroydetali» ASC və başqa müəssisələrin təmsilçiləri
buraxdıqları məhsullar haqqında Azərbaycan və Belarus prezi-
dentlərinə ətraflı məlumat verdilər.
Belarusun İnformasiya nazirinin müavini İqor Laptyonok
Azərbaycan prezidenti İlham Əliyevə qarşıdakı 9 May Qələbə
günü münasibətilə ikicildlik «Pobeda» kitabını hədiyyə etdi.
Nazirliyin sərgidəki stendində 500-dən çox adda kitab, jurnal və
qəzet nümayiş etdirilir.
Kompleksin həyətində Gəncə avtomobil zavodunda bura-
xılmış Belarus avtomobilləri və traktorlarının sərgisində prezi-
55
dentlərə müəssisənin fəaliyyəti, iki ölkənin maşınqayıranlarının
əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görülən işlər
barədə məlumat verildi. Kənd Təsərrüfatı naziri İsmət Abasov
bildirdi ki, «Aqrolizinq» ASC xətti ilə ilin sonunadək Gəncə
avtomobil zavodundan 8 milyon manatlıq 382 traktor
alınacaqdır.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova «Mogilyovliftmaş» zavodu ilə
müvafiq danışıqlar aparıb paytaxtın lift təsərrüfatını qaydaya
salmaq barədə tapşırıq verdi.
Sərginin açılışında nazirlər, dövlət komitələri və şirkət-
lərinin rəhbərləri, Milli Məclisin deputatları, diplomatik
korpusun, yerli və xarici kütləvi informasiya vasitələrinin təm-
silçiləri iştirak edirdilər.
* * *
Mayın 3-də Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Belarusun Dövlət bayraqları ilə bəzədilmiş
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın
şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.
Təyyarənin pilləkəni yanında Belarus prezidenti Aleksandr
Lukaşenkonu Azərbaycanın Baş naziri Artur Rasizadə, Xarici
İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola
saldılar.
56
BAKININ SABUNÇU RAYONUNDA MƏCBURİ
KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ YENİ
QƏSƏBƏNİN AÇILIŞ MƏRASİMİNDƏ
Bakı, Sabunçu rayonu
4 may 2007-ci il
Mayın 4-də Bakının Sabunçu rayonunda Ramana qəsə-
bəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş yeni
qəsəbənin açılışı olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak et-
mişdir.
Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban
Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov
prezidentə məlumat verdi ki, yeni qəsəbəyə Əzizbəyov rayo-
nundakı «Zuğulba» sanatoriyasında, yaşayış üçün tam yararsız,
heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti
məskunlaşmış 450 məcburi köçkün ailəsi köçürülmüşdür. 80
hektar ərazidə salınmış qəsəbənin tikintisinə ötən ilin de-
kabrında başlanmış və bu il aprelin 10-da istifadəyə verilmiş-
dir. 450 yaşayış evinin ümumi sahəsi 29 min kvadratmetrdir.
Evlərin 90-ı birotaqlı (46,7 kvadratmetr, dəyəri 22 min manat),
222-si ikiotaqlı (63,1 kvadratmetr, dəyəri 29 min 344 manat),
134-ü üçotaqlı (77,8 kvadratmetr, dəyəri 33 min manat) və 4-ü
dördotaqlı (91 kvadratmetr, dəyəri 38 min 224 manat)
mənzillərdən ibarətdir. Burada 360 şagirdlik məktəb binası,
musiqi məktəbi, ambulatoriya, poçt şöbəsi, inzibati bina da
vardır. 16 kilometr asfalt yol, 21 kilometr su, 19 kilometr
elektrik, 27 kilometr qaz, 34 kilometr kanalizasiya və drenaj
xətləri çəkilmiş, 400 və 250 kilovatlıq 10 ədəd və 10 meqavat gü-
Dostları ilə paylaş: |
|
|