İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə10/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   6   7   8   9   10   11   12   13   ...   117

 

35 


metrologiya,  uyğunluğun  qiymətləndirilməsi  və  akkreditasiya 

sahəsində  Əməkdaşlıq  haqqında  sazişi  Azərbaycan  tərəfdən 

Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Agent-

liyinin  Baş  direktoru  Ramiz  Həsənov,  Belarus  tərəfdən    Xarici 

İşlər naziri Sergey Martınov imzaladılar. 

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası 

Hökuməti  arasında  baytarlıq  sahəsində  Əməkdaşlıq  haqqında 

sazişi  Azərbaycan  tərəfdən  Kənd  Təsərrüfatı  naziri  İsmət 

Abasov,  Belarus  tərəfdən  Kənd  Təsərrüfatı  və  Ərzaq  naziri 

Leonid Rusak imzaladılar. 

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası 

Hökuməti  arasında  bitki  karantini  mühafizəsi  sahəsində 

Əməkdaşlıq  haqqında  sazişi  Azərbaycan  tərəfdən  Kənd 

Təsərrüfatı  naziri  İsmət  Abasov,  Belarus tərəfdən  Kənd  Təsər-

rüfatı və Ərzaq naziri Leonid Rusak imzaladılar. 

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası 

Hökuməti  arasında  Məxfi  məlumatların  qarşılıqlı  qorunması 

haqqında  sazişi  Azərbaycan  tərəfdən  Milli  Təhlükəsizlik  naziri 

Eldar  Mahmudov,  Belarus  tərəfdən  Dövlət  Təhlükəsizlik 

Komitəsi sədrinin müavini Nikolay Svorob imzaladılar. 

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası 

Hökuməti  arasında  Azərbaycan  Respublikasının  ərazisində 

müvəqqəti  işləyən  Belarus  Respublikası  vətəndaşlarının  və 

Belarus 

Respublikasının  ərazisində  müvəqqəti  işləyən 

Azərbaycan  Respublikası  vətəndaşlarının  Əmək  fəaliyyəti  və 

sosial  müdafiəsi  haqqında  sazişi  Azərbaycan  tərəfdən  Daxili 

İşlər naziri Ramil Usubov, Belarus tərəfdən Daxili İşlər naziri 

Vladimir Naumov imzaladılar. 


 36 

 

 



 

AZƏRBAYCAN VƏ BELARUS 

PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT 

KONFRANSINDA BƏYANATLA ÇIXIŞLARI 

 

Prezident sarayı 



 

2 may 2007-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin bəyanatı 

 

Hörmətli Aleksandr Qriqoryeviç! 



Hörmətli qonaqlar! 

Xanımlar və cənablar! 

Prezident  başda  olmaqla,  Azərbaycana  rəsmi  səfər  edən 

Belarus  Respublikasının  nümayəndə  heyətini  bir  daha  ürəkdən 

salamlamaq  istəyirəm.  Bu  gün  biz  bir  çox  sənədlər  imzaladıq. 

Onlar  əməkdaşlığımızın  inkişafı  üçün    yaxşı    əsasdır.    Əminəm  

ki,  bu  sənədlərdə  nəzərdə  tutulanların  praktik  həyatda  yerinə 

yetirilməsi ölkələrimiz arasında çox fəal, qarşılıqlı surətdə faydalı 

əməkdaşlığa gətirib çıxaracaqdır. 

Bu    gün  biz    keçən    ilin  payızında    mənim  Belarusa    rəsmi 

səfərim   zamanı prezidentlər  səviyyəsində nəzərdə tutduğumuz 

real,  praktik  işlərin  ilk  konturlarını  görürük.  O  vaxt  biz 

əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdik və fərəhli haldır 

ki, qısa müddətdə, yarım ildən bir qədər çox vaxt keçəndən sonra 

biz artıq əldə edilmiş razılaşmaların konkret nəticələrini görürük. 

Artıq bu gün Azərbaycanda Belarus müəssisələrinin məhsulu 

istehsal  olunur.  Energetika,  neft-qaz  əməliyyatları,    maşınqa-

yırma,    müdafiə    sənayesi    sahəsində    fəal    əməkdaşlığın  

konturları    müəyyən    edilir.  Humanitar  sahədə,  hərbi-texniki 

sahədə  əməkdaşlıq  fəal  gedir.  Yəni,  prezidentlərin  müəyyən 




 

37 


etdikləri  çox  qısa  müddətdə  yerinə  yetirilir  və  bu,  ölkələrimizin 

ikitərəfli əlaqələrə olduqca ciddi yanaşdığına sübutdur. 

Biz  bu  əlaqələri  tərəfdaşlığımız  üçün  çox  mühüm  hesab 

edirik.  Belarus  prezidentinin  və  belə  geniş  tərkibli  nümayəndə 

heyətinin  Azərbaycana  səfəri  bu  məsələlərə  ölkələrimizin  və 

rəhbərliyin necə əhəmiyyət verdiyini göstərir. 

Bu  gün  biz  ikitərəfli  əməkdaşlıqla,  siyasi  qarşılıqlı  mü-

nasibətlərlə,    regional    əməkdaşlıqla,    iqtisadi  əlaqələrlə  bağlı 

məsələlərin  çox  geniş  dairəsini  müzakirə  etdik.  Əminik  ki, 

müəyyən edəcəyimiz və nəzərdə tutacağımız məsələlərin hamısı 

yerinə 

yetiriləcəkdir. 



Qısa 

bir 


müddətdə 

Belarusun 

Azərbaycanda,  Azərbaycanın  Belarusda  səfirlikləri  fəaliyyətə 

başlamışdır.  Biz  Minsk  ilə  Bakı  arasında  aviareyslər  açılması 

haqqında razılığa  gəldik və  bu reyslər  artıq həyata  keçirilir.  Az 

vaxtda  Gəncə  şəhərində  traktorların  və  yük  avtomobillərinin 

istehsalı 

təşkil  edilmişdir.  Bütün  bunlar  göstərir  ki, 

götürdüyümüz sürət,  həqiqətən  tarixi sürətdir.  Heç  bir  ölkə  ilə 

bizim  qəbul  etdiyimiz  qərarların  belə  tez  yerinə  yetirilməsi 

müşahidə  olunmayıbdır.  Yenə  də  demək  istəyirəm  ki,  bu,  bir 

tərəfdən,  qəbul  olunmuş  qərarlara  ciddi  yanaşdığımızı,  digər 

tərəfdən,  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlığa  böyük  maraq 

göstərildiyini  sübut  edir.  Əminəm  ki,  bu  səfər  və  imzalanmış 

sazişlərdə  nəzərdə  tutulanların  yerinə  yetirilməsi  nəticəsində 

ölkələrimizin  qarşılıqlı  əlaqələri  daha  sıx  olacaqdır. 

İqtisadiyyatlarımız  bir-birini  tamamlayır.  Biz  ciddi  tərəfdaşlıq 

səviyyəsinə çıxırıq və buna çox şadıq. 

Bir daha bütün nümayəndə heyətini salamlamaq, dəvətimi qəbul 

edib  Azərbaycana  gəldiyinə  görə  Belarus  prezidenti    Aleksandr  

Qriqoryeviç  Lukaşenkoya  təşəkkür  etmək   istərdim. Gələcəkdə   də   

fəal əməkdaşlığa ümid bəsləyirəm. 

Diqqətinizə görə təşəkkür edirəm. 

 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə