İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə109/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   105   106   107   108   109   110   111   112   ...   117

 

379 


242.  «Siemens» – alman şirkəti. 1847-ci ildə yaradılmışdır. 

Bakıda  nümayəndəliyi  1998-ci  ildə  açılıb.  Şirkət  elektrik 

məhsulları və elektrik  avadanlıqlarının hazırlanması və tətbiqi 

sahəsində  dünya  liderlərindən  biridir.  İllik  dövriyyəsi    118 

milyard  dollardır.  Bütün  dünyada  işçilərinin  sayı  140  min 

nəfərdir. – 284. 

 

243.  Rudi  Lamprext  (d.1948)  –  «Siemens»in  mərkəzi  ida-

rəetmə  aparatının  üzvü  və  vitse-prezidenti,  «Siemens  mobilin» 

prezidenti və Direktorlar Şurasının üzvü. – 284. 

 

244. Latviya, L a t v i y a   R e s p u b l i k a s ı – Şərqi Avro-

pada – Pribaltikada dövlət. Sahəsi 64,5 min km

2

, əhalisi 2,2 milyon 



nəfərdir.  İnzibati ərazisi 26  rayona bölünür. Dövlət başçısı prezi-

dent, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 287. 

 

245. Valdis Zatlers (d.1955) – 2007–2011-ci illərdə Litva Res-

publikasının  prezidenti  olmuşdur.  Peşəsi  həkim  travmotoloq-

ortopeddir. 2011-ci ildən  Reforma Partiyasının lideridir. – 287. 

 

246.  İspaniya  –  Cənub-Qərbi  Avropada  dövlət.  Sahəsi  504,8 

min km

2

, əhalisi 39,3 milyon nəfərdir. İnzibati ərazisi 17 muxtar 



vilayətə  daxil  olan  50  əyalətə  bölünür.  İspaniya  konstitusiyalı 

monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı korteslərdir 

(ikipalatalı  parlament).  Mərakeş  sahilindəki  Seuta  və  Melilya 

şəhər  rayonları  İspaniyanın  mülküdür.  Paytaxtı  Madriddir.  – 

293–294. 

247. I Xuan Karlos (d.1938) – İspaniya kralı.  1975-ci ildə 

diktator  Frankonun  ölümündən  sonra  kral  elan  edilmişdir.  –

293,294. 

 

248. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) – 

respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal 

edilməsinə  rəhbərlik  edən  qurum.  1991-ci  ildə  təşkil 

edilmişdir.  Şirkət  neft  və qaz  quyularının qazılması  və  istifa-

dəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra 




 380 

ölkələrinin  iri  neft  şirkətləri  ilə  sazişlər,  müqavilələr  bağ-

lamışdır. – 297,298,299,303. 

 

249. bp «B r i t i ş   P e t r o l e u m»  – dünyanın ən iri neft 

şirkətlərindən  biri.  1909-cu  ildən  bir  çox  ölkələrdə  neftin 

kəşfiyyatı,  çıxarılması,  emalı  və  satışı  ilə  məşğuldur.  bp  1994-cü 

ildən  Azərbaycanda  fəaliyyət  göstərir.  Hazırda  ABƏŞ-in  əsas 

operatorudur. – 299,304,320. 



 

250.  Xoşbəxt    Yusifzadə,    X  o  ş  b  ə  x  t      B  a  ğ  ı      o  ğ  l  u 

(d.1930) –  neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru. 

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1994–2000-

ci  illərdə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  vitse-

prezidenti,  2004-cü  ildən  isə  birinci  vitse-prezidentidir.  Azər-

baycan  Respublikasının  «Şöhrət»  və  «İstiqlal»  ordenləri  ilə  təltif 

olunmuşdur. – 303. 

 

251. Bakı Dərin Dəniz Özülləri zavodu – 1978-ci ildə Heydər 

Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Respublikada neft sənayesinin 

inkişafında  böyük rolu vardır. – 303. 

 

252.  «İtoçu»  –  Yaponiyanın  «İtoçu»  korporasiyası.  1958-ci 

ildə  yaradılmışdır.  Dünyanın  176  ölkəsində  şirkətləri  və  fir-

maları  var.  «İtoçu»  1996-cı  ilin  avqustundan  Bakıda  fəaliyyət 

göstərir. – 304. 

 

253.  «İnpeks»  –  Yaponiya  neft  korporasiyası.  1966-cı  ildə 

yaradılmışdır. – 304. 



254. «LUKoyl» – neft şirkəti. 1993-cü ildə Rusiya Federasi-

yası  Hökumətinin  qərarı  ilə  yaradılmışdır.  Nəhəng  sənaye-

maliyyə  kompleksinə  malik  olan  «LUKoyl»  şirkəti  Rusiya, 

MDB  və  dünyanın  bir  çox  ölkələrində  neft  məhsullarının  kəş-

fiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü 

ildən Azərbaycanda fəaliyyət göstərir. – 304. 

 



 

381 


255.  Mc  Dermott  –  Amerika,  Yaxın  Şərq, Xəzər  dənizi  və 

Sakit  okean  regionunda  mühəndislik,  təchizat,  tikinti  və 

quraşdırma işləri ilə məşğul olan beynəlxalq korporasiya. 1923-

cü ildən fəaliyyət göstərir. – 304. 

 

256. TRAO, T ü r k i y ə     p e t r o l l a r ı– 1954-cü ildə 

Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır. 

Karbohidrogen  istehsalı  və  emalı  sahəsində  Türkiyənin  ən 

böyük  şirkətidir.  TRAO  hazırda  MDB,  Şimali  Afrika  və  Orta 

Şərqdə  fəaliyyət  göstərir.  Azərbaycana  gələn  ilk  xarici  neft 

şirkətlərindəndir. – 304. 

 

257.  «Statoyl»  –  Norveçin  «Statoyl»  şirkəti  1972-ci  ildən 

fəaliyyət göstərir. Şirkət Şimal dənizinin Norveç sektorunda ən 

iri  neft-qaz    istehsalçısıdır.  Hazırda  dünyanın  19  ölkəsində 

neftin  kəşfiyyatı,  çıxarılması  və  emalı  ilə  məşğul  olur.  Şirkət 

1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. – 

304. 


 

258. «Total» – məşhur fransız neft şirkəti. 1954-cü ildə təş-

kil  olunmuşdur.  Bir  çox  ölkələrdə  neftin  kəşfiyyatı,  emalı  və 

satışı ilə məşğul olur. – 304. 

 

259. Azərbaycan Dövlət Neft Akademiyası – 1920-ci ildə 

yaradılmışdır.  Azərbaycan  Dövlət  Neft  Akademiyası  neft-qaz 

və  kimya  texnologiyası  sahəsində  yüksək  ixtisaslı  mütəxəs-

sislərin hazırlanmasında qabaqcıl yer tutur. Azərbaycan Dövlət 

Neft  Akademiyasının  8  fakültəsində  7000,  o  cümlədən, 

xaricdən  gələn  tələbələr  təhsil  alır.  Akademiyada  doktorantura 

və  aspirantura,  2  elmi-tədqiqat  institutu  fəaliyyət  göstərir. 

Azərbaycan  Dövlət  Neft  Akademiyası  ABŞ,  Fransa,  İtaliya, 

Almaniya institutları ilə əməkdaşlıq edir. – 305. 

 

260. Mətyu Brayza – Amerika diplomatı. 2001–2005-ci illər-

də  ABŞ  Dövlət  katibinin  Avropa  və  Avrasiya  məsələləri  üzrə 

köməkçisi  olmuşdur.  Sonra  isə    Dağlıq  Qarabağ,  Abxaziya  və 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə