İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə14/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   10   11   12   13   14   15   16   17   ...   117

 

47 


məlidir. Beləliklə, hazırda erməni silahlı qüvvələrinin işğalı altında 

olan  bütün  yeddi  rayon  azad  edilməli,  qaçqınlar  və  məcburi 

köçkünlər  öz  tarixi  yaşayış  yerlərinə  qayıtmalıdırlar.  Eyni 

zamanda, Dağlıq Qarabağın inzibati sərhədi daxilində yaşamış on 

minlərlə azərbaycanlı öz tarixi torpağına –Dağlıq Qarabağa qayıt-

malıdır. Bundan sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağın 

statusu danışıqlar yolu ilə müəyyən edilə bilər. Azərbaycanın ərazi 

bütövlüyünü bütün dünya, beynəlxalq təşkilatlar, BMT tanımışdır 

və  buna  görə  də  münaqişənin  istənilən  həlli  yalnız  və  yalnız  

Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində mümkündür. 

Azərbaycan ya bu gün, ya sabah və ya 10 ildən sonra, yaxud 

da  100  ildən  sonra  Dağlıq  Qarabağın  Azərbaycandan  ay-

rılmasını  nəzərdə  tutan  həll  variantı  ilə  heç  zaman 

razılaşmayacaqdır. Bizim mövqeyimiz bu münaqişənin həlli ilə 

məşğul olan beynəlxalq qurumlara, təşkilatlara yaxşı məlumdur 

və onlar tərəfindən dəstəklənir. 

Mən  bu  barədə  ona  görə  danışıram  ki,  baş  verənləri  sizə 

aydın  izah  edim,  çünki  təəssüflər  olsun,  bəzən  siyasi  maraqla-

rın,  xaricdə  müəyyən  lobbi  təşkilatlarının  fəaliyyətinin  xeyrinə 

tarix  təhrif  olunur.  Lakin  tarix  olduğu  kimi  qalır.  O,  aydın 

şəkildə göstərir ki, indiki halda biz təcavüzə məruz qalmışıq və 

işğalçı  qüvvələrin  ərazimizdən    dərhal  çıxarılmasını  tələb  

etməyə  tam  haqqımız  var. İndi  seçimi  Ermənistan  etməlidir:  

o  ya getdikcə qüdrətlənən Azərbaycan tərəfindən ədalətli qisas 

qorxusu  altında  yaşamalı,  yaxud  da  regionda  öz  qonşuları  ilə 

sülh şəraitində yaşamalıdır. 

Əziz  dostlar,  mən  bu  gün  bir  daha  sizi  salamlamaq  istə-

yirəm.  Biz  Aleksandr  Qriqoryeviçin  ölkəmizə  səfərinə  çox 

böyük  əhəmiyyət  veririk.  Bizim  çox  mehriban  şəxsi  münasi-

bətlərimiz var ki, bu da dövlətlər arasında  münasibətlər  üçün  çox  

vacibdir.  Aleksandr  Qriqoryeviç,  bu  gün  Siz  Azərbaycana  çox  

böyük  nümayəndə  heyəti  ilə  gəlmisiniz.  Bunun  özü  də  ikitərəfli 

münasibətlərimizə  Sizin  necə  böyük  əhəmiyyət  verdiyinizi 

göstərir.  Mən  əminəm  ki,  bu  gün  hər  iki  tərəfdən  danışıqlarda 

iştirak  edən  nümayəndə  heyətinin  üzvləri  də  öz  səviyyələrində 



 48 

bizdən  nümunə  götürəcək  və  bizim  kimi,  onlar  da  dostluq  və 

əməkdaşlıq edəcəklər. 

Mən  bu  badəni  Belarus  prezidenti  Aleksandr  Qriqoryeviç 

Lukaşenkonun  sağlığına  və  bütün  Belarus  xalqının  tərəqqisi 

şərəfinə qaldırmaq istəyirəm. 

 

Belarus Respublikasının Prezidenti  

Aleksandr Lukaşenkonun nitqi 

 

Hörmətli cənab Prezident! 



Hörmətli Mehriban xanım! 

Hörmətli dostlar! 

İcazə  verin,  bu  gün  hər  yerdə  qarşılaşdığımız  səmi-

miyyətə,  əsl  dostluq  ab-havasına  görə  İlham  Heydər  oğluna 

ürəkdən təşəkkürümü bildirim. 

Dövlətlərimizin  coğrafi  cəhətdən  uzaqlığına  baxmayaraq, 

xalqlarımız onilliklər boyu sıx dostluq telləri ilə bağlıdırlar. Biz 

sizin  gözəl  ölkənizə  çox  böyük  hörmət  bəsləyirik.  O  bu  gün 

şəxsən mənim üçün daha gözəl oldu, çünki mən Azərbaycanı və 

onun paytaxtını öz gözlərimlə gördüm. 

Təəssüf  ki,  müstəqilliyimizin  birinci  mərhələsində  dövlət-

lərimiz tarixin ağır illərini yaşamalı oldular. Belarusda bu  sizdə 

baş  vermiş  qarşıdurmaya  çevrilmədi.  İlham  Heydər  oğlu,  mən 

istərdim ki, Siz bunu biləsiniz, Siz isə Belarus xalqının qəlbinə 

bələdsiniz:  bu  hadisələrin  bizim  doğma  Belarusdan  min 

kilometrlərlə  uzaqda  baş  verməsinə  baxmayaraq,  biz  burada 

Sovet  İttifaqı  dövründə  cərəyan  edən  prosesləri,  faciəli 

hadisələri çox böyük qəlb ağrısı ilə izləyirdik. Minlərlə gəncin 

dəfn  olunduğu  xiyabanı  ziyarət  edərkən  biz  tarixinizin  bu 

dövrünü yeni bir tərzdə, çox böyük ürək ağrısı ilə hiss etdik. 

İlham  Heydər  oğlu,  Sizə  ən  başlıcası  bunu  arzu  edirəm  ki, 

mehriban,  istedadlı,  tolerant  xalqınız  indiyədək  üzləşdiyi 

bəlalardan  uzaq  olsun.  Mən  bunu  ona  görə  deyirəm  ki,  öl-

kənizin  qüdrətli  olmasına  baxmayaraq,  dünyamızda  başqa-

larının  sərvətində  gözü  olan  quzğunlar  hələ  kifayət  qədərdir. 



 

49 


Ölkə  varlı  olduqca,  perspektivləri  geniş  olduqca,  bu  ərazidə 

yaşayan  xalq  bir  o  qədər  etibarlı  müdafiə  edilməlidir.  Bizim 

aramızda  problemli  məsələlərin  olmadığını  və  Belarus  ilə 

Azərbaycan  arasında  əməkdaşlıq  üçün  bağlı  mövzuların 

olmadığını  deyərək,  bir  daha  vurğulayıram  ki,  əldə  etdiyimiz 

bütün  razılaşmalar  digər  dövlətlər  tərəfindən  olan  müxtəlif 

narazılıqlara,  əngəllərə  baxmayaraq,  vaxtında  yerinə  yetiri-

ləcəkdir.  Biz  suveren  və  müstəqil  dövlətlərik,  Belarus  da, 

Azərbaycan  da  son  illər  öz  suverenliyini  və  müstəqilliyini 

dəfələrlə sübut etmişdir. 

Bir  vaxtlar  münasibətlərimizin  kəsilməsinə,  bir-birimizdən 

uzaqlaşmağımıza,  ölkələrimiz  arasında  ticarət  əlaqələrinin 

əslində  pozulmasına  baxmayaraq,  bu  gün  sizin  kimi,  mən  də 

sevinirəm ki, dövlətlərimiz arasında münasibətlər nizama düşür. 

Bu  münasibətlərin  əsasını,  demək  olar  ki,  qeyri-düzgün 

siyasətdən  uzaq  olan  iqtisadiyyat  təşkil  edir.  Daha  doğrusu, 

Sizinlə  gəldiyimiz  qənaətə  görə,  bizim  iqtisadiyyatımız  hər 

hansı  siyasətdən  uzaqdır,  hərçənd,  nəyinsə  siyasətdən  uzaq 

olmasını təsəvvür etmək çətindir. Lakin bizim iqtisadiyyatımız 

siyasiləşdirilməmişdir.  Əgər  siyasət  varsa  da  o  bizim  normal 

ticarət-iqtisadi 

münasibətlər 

yaradılması 

sahəsində 

əməkdaşlığımıza bənzəyir. 

İlham  Heydər  oğlu,  mən  bilirəm  ki,  Belarusa  səfərinizdən 

sonra biz Sizin qarşınızda bir sıra həssas məsələ qaldırdıq, çünki 

onlar  digər  dövlətlərin  mənafelərinə,  indiki  halda  bizə  qardaş 

olan  Rusiyanın  mənafelərinə  toxunurdu,  xüsusilə  bizə  enerji 

daşıyıcılarının  və  s.  göndərilməsi  sahəsində.  Bu,  Rusiya 

Federasiyasının  ənənəvi  bazarına  aid  idi.  Biz  anlayırdıq  ki,  bu 

Sizin  üçün  ona  görə  çətin  məsələ  deyildir  ki,  ölkənizin  nəyisə 

çatışmır və yaxud siz bunu satmağa hazır deyilsiniz, ona görə ki, 

mən  bir  daha  vurğulayıram,    bu  bir  çox  dövlətlərin,  ilk  növbədə 

Rusiya  Federasiyasının  mənafelərinə  toxunurdu.  Lakin  biz  Sizə 

minnətdarıq  ki,  Siz  düzgün,  səmimi,  açıq,  beynəlxalq 

münasibətlərdə  qəbul  olunduğu  kimi,  müstəqil,  suveren  dövlət 

kimi,  açıq-aydın  dediniz:  bəli,  biz  qardaş  Belarus  xalqı  ilə 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə