İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə2/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   ...   117

 6 

 

 



 

BMT-nin FİKİR VƏ SÖZ AZADLIĞI 

HÜQUQUNUN TƏŞVİQİ VƏ QORUNMASI ÜZRƏ 

XÜSUSİ MƏRUZƏÇİSİ  

AMBEYİ  LİQABON İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

26 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin 26-da Prezident sarayında BMT-nin fikir və söz azadlığı 

hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ambeyi 

Liqabonu qəbul etmişdir. 

Ambeyi Liqabon Bakıda keçirilən «Dözümlülüyün  və qarşı-

lıqlı  anlaşmanın  inkişafında  kütləvi  informasiya  vasitələrinin 

rolu»  mövzusunda  beynəlxalq  konfransa  dəvət  aldığına  görə 

minnətdarlığını bildirdi və tədbirin əhəmiyyətini vurğuladı. 

Görüşdə  Azərbaycanda  fikir  və  söz  azadlığının  təmin  edil-

məsi  sahəsində  görülən  tədbirlər,  bu  sahədə  Azərbaycan  ilə 

BMT arasındakı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. 

 

 



 


 

 



 

 

TÜRKİYƏ PARLAMENTİNİN KEÇMİŞ  

SƏDRİ HİKMƏT ÇƏTİN İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

26 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

aprelin  26-da  Prezident  sarayında  Türkiyə  parlamentinin  keç-

miş sədri Hikmət Çətini qəbul etmişdir. 

«Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi 

informasiya vasitələrinin rolu» mövzusunda beynəlxalq konfransın 

Bakıda  yüksək  səviyyədə  təşkil  olunduğunu  vurğulayan  Hikmət 

Çətin  belə  mötəbər  tədbirlərin  Azərbaycanda  keçirilməsini 

ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təzahürü kimi 

dəyərləndirdi. 

Prezident  İlham  Əliyev  ölkəmizdə  bu  səpkidə  beynəlxalq 

konfransların müntəzəm olaraq keçirilməsinin böyük əhəmiyyət 

daşıdığını  və  Azərbaycanın  dünyada  mövqelərinin  möh-

kəmlənməsində mühüm rolunu vurğuladı. 

 

 



 


 8 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV RUSİYANIN ÖLKƏMİZDƏKİ 

SƏFİRLİYİNDƏ  

 

26 aprel 2007-ci il 



 

Azərbaycan  Respublikasının  Prezidenti İlham  Əliyev ap-

relin  26-da  Rusiya  Federasiyasının  ölkəmizdəki  səfirliyində 

olmuşdur. 

Dövlətimizin  başçısı  Rusiya  Federasiyasının  birinci  prezi-

denti  Boris  Nikolayeviç  Yeltsinin  vəfatı  ilə  əlaqədar  başsağlığı 

vermiş, «Xatirə kitabı»na ürək sözlərini yazmışdır. 

 

 

 




 

 



 

 

ATƏT-in MƏTBUAT AZADLIĞI  

ÜZRƏ NÜMAYƏNDƏSİ  

MİKLOŞ HARAŞTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

26 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  27-də  Prezident  sarayında  ATƏT-in  mətbuat  azadlığı 

üzrə nümayəndəsi Mikloş Haraştini qəbul etmişdir. 

Mikloş  Haraşti  Azərbaycanda  «Dözümlülüyün  və  qarşılıqlı 

anlaşmanın  inkişafında  kütləvi  informasiya  vasitələrinin  rolu» 

mövzusunda  beynəlxalq  konfrans  kimi  mötəbər  tədbirlərin 

keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. 

Prezident  İlham  Əliyev  bu  səpkidə  beynəlxalq  əhəmiyyətli 

konfransların  keçirilməsi  üçün  Azərbaycanda  lazımi  şəraitin 

mövcud olduğunu bildirdi. 

Görüşdə  Azərbaycanda  kütləvi  informasiya  vasitələrinin 

fəaliyyəti, söz və mətbuat azadlığının təmin edilməsi sahəsində 

görülən işlər barədə fikir mübadiləsi aparıldı. 

 

 

 



 


 10 

 

 



 

POLŞA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB LEX KAÇİNSKİYƏ 

 

Hörmətli cənab Prezident! 



Polşa Respublikasının milli bayramı – Konstitusiya günü 

münasibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 

yetirirəm. 

Ölkələrimiz  arasındakı  münasibətlərin  hazırkı  səviyyəsi 

böyük  məmnunluq  doğurur.  Azərbaycan  və  Polşa bu  gün  həm 

ikitərəfli  qaydada,  həm  də  beynəlxalq  qurumlar  çərçivəsində 

uğurla əməkdaşlıq edirlər. 

Əminəm  ki,  bu  yaxınlarda  ölkəmizə  səfəriniz,  apardığımız 

geniş  fikir  mübadiləsi  və  müzakirələr  imzaladıgımız  birgə 

bəyannamədə  öz  əksini  tapmış  niyyət  və  məramımızın  həyata 

keçirilməsinə, dostluq və əməkdaşlığımızın hərtərəfli inkişafına 

yeni təkan verəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 

müvəffəqiyyətlər,  dost  Polşa  xalqına  sülh  və  firavanlıq  dilə-

yirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 26 aprel 2007-ci il 



 

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə