İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə4/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   ...   117

 14 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  sonra 

Rusiyanın  birinci  prezidenti  Boris  Yeltsinin  məzarını  ziyarət 

edərək  gül  qoydular,  görkəmli  siyasi  və  dövlət  xadiminin 

maestro  Mstislav  Rostropoviçin  dəfn  mərasimində  iştirak  edən 

xanımı Naina Yeltsinaya da başsağlığı verdilər. 

Azərbaycan dövlətinin başçısı Rusiyanın tanınmış jurnalisti, 

təyyarə  qəzasında  həlak  olmuş  Artyom  Borovikin  də  məzarını 

ziyarət edərək gül qoydu. 

 

* * * 



 

Zəmanəmizin  görkəmli  musiqiçisi  maestro  Mstislav 

Rostropoviçin  dəfn  mərasimində  iştirak  etmək  üçün  Moskvada 

səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da 

Bakıya qayıtmışdır. 

Azərbaycan  prezidentini  Heydər  Əliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Haki-

miyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar. 


 

15 


 

 

 



RUSİYA FEDERASİYASI DAĞISTAN 

RESPUBLİKASININ PREZİDENTİ  

MUXU ƏLİYEVİN AZƏRBAYCANA SƏFƏRİ 

 

30 aprel 2007-ci il 

 

Aprelin  30-da  Rusiya  Federasiyası  Dağıstan  Respubli-

kasının Prezidenti Muxu  Əliyev Azərbaycana birgünlük səfərə 

gəlmişdir. 

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  hörmətli 

qonağı  Azərbaycan  Baş  nazirinin  birinci  müavini  Yaqub 

Eyyubov,  Dağıstanın  ölkəmizdəki  daimi  nümayəndəliyinin  rəh-

bəri Məhəmməd Qurbanov və digər rəsmi şəxslər qarşıladılar.  

 

Ümummilli lider Heydər Əliyevin məzarını və 



Şəhidlər xiyabanını ziyarət 

 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev  və  onun 



rəhbərlik  etdiyi  nümayəndə  heyətinin  üzvləri  aprelin  30-da 

Fəxri  xiyabana  gələrək  ümummilli  lider  Heydər  Əliyevin 

xatirəsini ehtiramla andılar və məzarı önünə əklil qoydular. 

Qonaqlar  1942–48-ci  illərdə  Dağıstan  Vilayət  Partiya 

Komitəsinin  birinci  katibi  işləmiş  görkəmli  dövlət  xadimi  Əziz 

Əliyevin və oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 

da  xatirəsini  yad  etdilər  və  məzarları  önünə  əklillər,  tər  gül 

dəstələri düzdülər. 

 

* * * 


Sonra  Şəhidlər  xiyabanına  gələn  dağıstanlı  qonaqlar  Azər-

baycanın  müstəqilliyi  və  ərazi  bütövlüyü  uğrunda  mübarizədə 

həlak  olmuş  Vətən  övladlarının  xatirəsini  andılar,  «Əbədi 

məşəl» abidəsi önünə əklil qoydular. 


 16 

 

 

Heydər Əliyev Fondu ilə tanışlıq 

 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev  aprelin 

30-da Heydər Əliyev Fondunda olmuşdur. 

Fondun  icraçı  direktoru  Anar  Ələkbərov  hörmətli  qonağa 

ümummilli  lider  Heydər  Əliyevin  xatirəsinə  ehtiram  əlaməti 

olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verdi. 

Fenomen  şəxsiyyət  Heydər  Əliyevin  həyatının  ən  müxtəlif 

məqamlarını  əks  etdirən  ulu  öndərin  şəxsi  arxivindən  götü-

rülmüş  və  onun  fəaliyyətinin  ayrı-ayrı  dövrlərini  əhatə  edən 

eksponatlarla,  Moskvada  keçmiş  SSRİ-nin  rəhbərlərindən  biri 

olarkən  genişmiqyaslı  fəaliyyətini  əks  etdirən  fotosənədlərlə 

tanış  olan  Muxu  Əliyev  ümummilli  liderin  ailə  albomundan 

götürülmüş  şəkillərə,  ötən  əsrin  nəhəng  tikintilərindən  olan 

Baykal–Amur dəmir yolu magistralının (BAM) çəkilişinə uğurla 

rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, BAM-ın 1 

nömrəli  sərnişini  vəsiqəsinə,  ulu  öndərin  layiq  görüldüyü 

yüksək  orden  və  mükafatlara,  Bakı–Tbilisi–Ceyhan  əsas  ixrac 

boru  kəmərinin  keçdiyi  ərazilərin  maketinə  xüsusi  maraq 

göstərdi. 

Dağıstanlı  qonaq  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin 

xatirəsinin  bütün  keçmiş  İttifaq  məkanında,  xüsusilə  qonşu 

Dağıstanda  həmişə  hörmətlə  anıldığını,  onun  bütün  Qafqazın 

müdrik ağsaqqalı kimi tanındığını bildirdi. 

Muxu  Əliyevə  məlumat  verildi  ki,  fondun  əsas  məqsədləri 

görkəmli siyasi  xadim  Heydər  Əliyevin  zəngin  irsini öyrənmək 

və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəq-

qisinə  yönəlmiş  genişmiqyaslı  fəaliyyəti  barədə  gələcək 

nəsillərdə,  xarici  qonaqlarda  əyani  təsəvvür  yaratmaqdan, 

Azərbaycan  mədəniyyəti  və  tarixinin  geniş  təbliği  ilə  əlaqədar 

aparılan  işlərə  kömək  göstərməkdən  ibarətdir.  Fond  həm  də 

genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin 

arzularının reallaşmasına öz töhfəsini verir. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə