İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə5/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   ...   117

 

17 


Muxu  Əliyev  Xatirə  kitabına  ürək  sözlərini  yazdı,  görkəmli 

şəxsiyyətin  şərəfli  adını  daşıyan  fondla  tanışlıqdan  zəngin 

təəssürat aldığını ifadə etdi. 

Anar  Ələkbərov  fondun  prezidenti  Mehriban  xanım  Əli-

yevanın  adından  Dağıstan  Respublikasının  prezidentinə  «Qa-

rabağ xanəndələri» musiqi albomunu hədiyyə etdi. 

Dağıstan Respublikasının Prezidenti M.Əliyev xatirə olaraq 

fonda hədiyyə təqdim etdi. 

 

Dağıstan Azərbaycan sərmayələrinə böyük 

maraq göstərir 

 

Aprelin  30-da    Azərbaycanın  Baş  naziri  Artur  Rasizadə 



Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyevin  başçılıq 

etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Prezident  Muxu  Əliyev  Rusiya  Federasiyasının  mühüm 

subyektlərindən  biri  olan  Dağıstan  ilə  Azərbaycan  arasında 

əlaqələrin  inkişaf  etdirilməsinin  vacibliyini  vurğulayaraq 

bildirdi  ki,  bu  qarşılıqlı  münasibətlərin  çoxəsrlik tarixi  var.  O,  

iqtisadi münasibətlərin inkişafından danışaraq dedi ki, Çeçenis-

tan  Respublikasında    vəziyyət  sabitləşdikdən  sonra  Dağıstan 

özünün  müxtəlif  sahələrinə  sərmayələr  cəlb  etməyə  başla-

yacaqdır.  Əvvəllər  respublikanın  hüdudlarından  kənarda  sər-

mayə  yatıran  Dağıstan  biznesmenləri  indi  öz  diyarının  iqtisa-

diyyatına da vəsait qoyurlar. Azərbaycanın regionda həqiqətən 

lider  dövlətə  çevrildiyini  vurğulayan  qonaq  bildirdi  ki,  onun 

respublikası Azərbaycan sərmayələrinə də maraq göstərir. 

Azərbaycan–Dağıstan münasibətlərinin kifayət qədər yüksək 

səviyyədə  olduğunu  vurğulayan  Baş  nazir  Artur  Rasizadə 

iqtisadi  əlaqələri  genişləndirməyin  zəruriliyini  bildirdi.  O  dedi 

ki,  Azərbaycan  yaxşı  perspektivləri  olan  qarşılıqlı  surətdə 

faydalı  əməkdaşlığın  dərinləşməsinə  yönəldilən  layihələri  dəs-

təkləyəcəkdir.  Hökumət  başçısı  nümayəndə  heyətinin  üzvlərinə 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi,  onun 

dincliklə həlli üçün ölkə rəhbərliyinin gördüyü tədbirlər barədə 


 18 

ətraflı məlumat verdi. Artur Rasizadə bildirdi ki, Ermənistanın 

təcavüzkar  separatizmi  və  qəsbkarlıq  siyasətinin  bütün  region 

üçün ağır nəticələri olmuşdur. 

 

İçərişəhərlə tanışlıq 

 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev  və    onu 

müşayiət  edən  şəxslər  aprelin  30-da  qədim  İçərişəhəri  gəz-

mişlər. 

Xalq  rəssamı  Kamil  Əliyevin  şəxsi  yaradıcılıq  Xalça 

muzeyindən başlayan gəzinti Karvansara və bazar meydanı ilə 

tanışlıqla davam etdirildi. 

Müxtəlif  çeşidli  xalçalara  maraqla  tamaşa  edən  qonaqlar 

burada  gördüklərindən  məmnun  qaldılar.Onlara  Azərbaycan 

xalqının  qədim  el  sənətlərindən  biri  olan  xalçaçılıq  haqqında 

məlumat  verildi.  Kamil  Əliyevin  şəxsi  yaradıcılıq  Xalça  muze-

yində  Heydər  Əliyev,  Atatürk,  Nizami,  Füzuli,  Nəsimi,  Alek-

sandr Puşkin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxun-

muş  xalçalar  qonaqlarda  xüsusi  maraq  doğurdu.  Dağıstan 

prezidentinə Kamil Əliyevin xalça sənəti kitabı hədiyyə edildi. 

Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq 

Qoruğu  İdarəsinin  rəisi  Kamran  İmanov  Azərbaycan 

prezidentinin  fərmanı  ilə  yaradılan  idarə  haqqında  qonaqlara 

məlumat  verdi,  ötən  əsrlərin  yadigarı  olan  abidələrin  qorun-

ması və bərpasına göstərilən dövlət qayğısından danışdı. 

Dağıstan  Respublikasının  Prezidenti  Muxu  Əliyev  və  nü-

mayəndə  heyətinin  üzvləri  Karvansarada  çay  süfrəsinə  dəvət 

olundular. 

 

 

 


 

19 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

RUSİYA FEDERASİYASI DAĞISTAN 

RESPUBLİKASININ PREZİDENTİ  

MUXU ƏLİYEV İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 



 

30 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  30-da  Prezident  sarayında  Rusiya  Federasiyası  Da-

ğıstan Respublikasının Prezidenti Muxu Əliyevi qəbul etmişdir. 

Görüşdə  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiya-

sının  ayrı-ayrı  subyektləri,  o  cümlədən  Dağıstan  Respublikası 

arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu 

ki,  bu  əlaqələrin  gələcəkdə  də  inkişaf  etdirilməsi  vacib  və 

zəruridir. 

 

 

 

 


 20 

 

 

 

DAĞISTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

30 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti    İlham  Əliyev 



aprelin  30-da  Prezident  sarayında  Rusiya  Federasiyası  Dağıs-

tan  Respublikasının  Prezidenti  Muxu  Əliyevin  başçılıq  etdiyi 

nümayəndə heyətini qəbul etmişdir. 

İ l h a m   Ə l i y e v: Hörmətli Muxu Gimbatoviç! 

Hörmətli qonaqlar! 

Əziz dostlar! 

Sizi  Azərbaycanda  səmimi-qəlbdən  salamlayıram,  xoş 

gəlmisiniz! Əminəm ki, ölkəmizə səfəriniz xalqlarımız arasında 

daha sıx münasibətlər olmasına xidmət edəcəkdir. 

Biz  Muxu  Gimbatoviçlə  çox  dərin  tarixi  kökləri  olan 

əməkdaşlığımızın  bütün  məsələləri  barədə  ətraflı  fikir  mü-

badiləsi  apardıq.  Bu  gün  xalqlarımızın  inkişafının  indiki  mər-

hələsində  iqtisadi  sahədə,  təhlükəsizliyin  möhkəmlənməsi 

məsələlərində,  humanitar  sahədə  bu  əməkdaşlıq  bizə  gərəkdir. 

Bütün istiqamətlərdə mövqelərimiz eynidir və bu çox vacibdir. 

Biz  Dağıstanla  dərin  tarixi,  çoxəsrlik  ənənələri  olan  qar-

daşlığımıza  sadiqik.  Müstəqil  dövlət  kimi,  indi  Azərbaycan 

Rusiya  ilə  mehriban  qonşuluğa  və  dostluğa  əsaslanan  müna-

sibətlərini çox səmərəli şəkildə qurur. Rusiyanın bir hissəsi olan 

Dağıstanın  bizim  qəlbimizdə  xüsusi  yeri  var.  Ona  görə  də  bu 

gün  qardaş  Dağıstanın  mötəbər  nümayəndə  heyətini,  onun 

bütün  rəhbərliyini  görməyimə  çox  şadam  və  əminəm  ki, 

ölkəmizə  səfəriniz  çox  uğurlu  olacaq,  əməkdaşlığımız  bundan 

sonra da fəal surətdə davam edəcəkdir. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə