İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə7/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   10   ...   117

 

25 


 

 

 

GÜRCÜSTANIN BAŞ PROKURORU  

ZURAB ADEİŞVİLİNİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

1 may 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

mayın  1-də  Prezident  sarayında  Gürcüstanın  Baş  prokuroru 

Zurab  Adeişvilinin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Prezident  İlham  Əliyev  Azərbaycan–Gürcüstan  münasi-

bətlərinin  bütün  istiqamətlərdə  uğurla  inkişaf  etdiyini  bildirdi 

və  hər  iki  ölkənin  hüquq-mühafizə  orqanları  arasında  əmək-

daşlığın  əlaqələrimizin  daha  da  möhkəmlənməsində  əhəmiy-

yətini vurğuladı. 

Ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf 

etdiyini  deyən  Zurab  Adeişvili  Gürcüstanla  Azərbaycanın  pro-

kurorluq  orqanları  arasında  əməkdaşlığın  genişlənməsinin  iki 

ölkənin  əlaqələrinin  möhkəmlənməsi  işinə  xidmət  etdiyini  bil-

dirdi. 

 



 26 

  

 

 

AVRASİYA ÖLKƏLƏRİ X İQTİSADİ ZİRVƏ 

GÖRÜŞÜNÜN İŞTİRAKÇILARINA 

 

Hörmətli konfrans iştirakçıları! 



Sizi  –  Avrasiya  ölkələri  İqtisadi  zirvə  görüşünün  işti-

rakçılarını  ürəkdən  salamlayır  və  toplantının  işinə  uğurlar 

diləyirəm. 

1998-ci ildən müntəzəm olaraq Mərmərə qrupunun təşəbbüsü 

və Türkiyə hökumətinin dəstəyi ilə İstanbulda keçirilən Avrasiya 

iqtisadi  zirvə  görüşləri  region  dövlətləri  və  xalqları  arasında 

iqtisadi,  humanitar  və  mədəni  əlaqələrin  inkişafında  mühüm 

hadisəyə  çevrilmişdir.  Zirvə  görüşlərində    Avropa  və  Asiya 

dövlətlərinin  tanınmış  siyasi  və  dövlət  xadimlərinin,  nüfuzlu 

araşdırma mərkəzlərinin, ictimai təşkilat və media təmsilçilərinin 

iştirakı,  müzakirəyə  çıxarılan  məsələlərin  müxtəlifliyi  və  əhatə-

liliyi  tədbirin  əhəmiyyətinin  və  ona  olan  marağın  əyani  göstə-

ricisidir. 

Müstəqil  Azərbaycan  dövlətinin  qurucusu,  ümummilli  lider 

Heydər Əliyev Avrasiya ölkələri, xüsusilə Xəzər və Qara dəniz 

hövzəsi  dövlətləri  arasındakı  əlaqələrə,  ikitərəfli  regional 

əməkdaşlığa  mühüm  əhəmiyyət  verir,  bu  istiqamətdə  həyata 

keçirilən  təşəbbüsləri  dəstəkləyirdi.  Onun  müəllifi  olduğu 

regional  və  beynəlxalq  əməkdaşlıq  strategiyası  bu  gün  də 

Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilir, dövlətlərarası 

əlaqələrin  inkişafı  üçün  yeni  imkanlar  araşdırılır,  bölgədə 

sülhün və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görülür. 

Müasir  dünyada  dövlətlərin  və  xalqların  öz  aralarında  sıx 

siyasi,  iqtisadi,  humanitar  və  mədəni  əlaqələr  qurması,  sülhün 

və təhlükəsizliyin birgə səylərlə qorunması dövrümüzün aktual 

problemlərindəndir.  Xalqlara,  dövlətlərə  və  bütün  bəşəriyyətə 

təhlükələr 

yaradan 


terrorun, 

təcavüzkar 

separatizmin, 



 

27 


müharibələrin  qarşısı  yalnız  birgə  səylərlə  və  çoxtərəfli 

əməkdaşlıq vasitəsilə alına bilər. 

Azərbaycan  regional  və  qlobal  enerji  təhlükəsizliyi  sisteminin 

yaradılması prosesinin fəal iştirakçılarından və təşəbbüsçülərindən 

biridir.  Əsrin  ən  böyük  layihələrindən  olan  Bakı–Tbilisi–Ceyhan 

neft kəməri artıq iki ildir ki, fəaliyyət göstərir və öz əhəmiyyətini 

getdikcə  daha  çox  sübut  edir.  Azərbaycan  qazını  Türkiyəyə  və 

Avropa  bazarlarına  çatdıracaq  Bakı–Tbilisi–Ərzurum  kəməri 

istismara  hazırdır.  Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  enerji 

təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum 

imzalanmışdır.  Bir  zamanlar  xalqları  iqtisadi,  ticarət  və 

mədəniyyət baxımından birləşdirən tarixi İpək Yolu yeni şəraitdə 

uğurla bərpa edilir, daha zəngin forma və məzmun qazanır. Qərbi 

Avropadan başlamış Uzaq Şərqə qədər bir sıra ölkələri vahid nəq-

liyyat  sistemində  birləşdirməyə  xidmət  edəcək  Bakı–Tbilisi–Qars 

dəmir yolunun çəkilməsi haqqında Azərbaycan, Gürcüstan və Tür-

kiyə arasında saziş bağlanmışdır və onun inşası yaxın aylarda başla-

nacaqdır.  Bütün  bu  layihələr  region  xalqlarının  və  beynəlxalq 

birliyin rifahına, təhlükəsizliyə və inteqrasiyaya xidmət edəcəkdir. 

Əminəm ki, tarixən Avropa və Asiya arasında «qızıl körpü», 

mədəniyyətlər  və  sivilizasiyalararası  mərkəz  rolunu  oynayan 

İstanbulda toplanan X İqtisadi zirvə görüşü böyük iqtisadi, enerji, 

insan resurslarına və intellektual potensiala malik region ölkələri 

arasında  əməkdaşlığın  hazırkı  vəziyyətini  təhlil  edəcək, 

əlaqələrin  və  inteqrasiyanın  gələcək  perspektivlərinin  müəyyən-

ləşdirilməsi üçün dəyərli ideyalar verəcəkdir. 

Bir daha toplantının işinə uğurlar, hamınıza sülh, sağlamlıq 

və rifah, Avrasiya İqtisadi zirvə görüşünün əsas təşkilatçısı olan 

Mərmərə  qrupuna  gələcək  fəaliyyətində  müvəffəqiyyətlər 

arzulayıram. 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 1 may 2007-ci il 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə