İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə9/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   5   6   7   8   9   10   11   12   ...   117

 32 

Əməkdaşlığımızın  gündəliyi  çox  genişdir.  Gündəliyə  siyasi 

qarşılıqlı  əlaqələr,  beynəlxalq  təşkilatlarda  birgə  iştirak, 

çoxşaxəli  və  qarşılıqlı  surətdə  faydalı  iqtisadi  əməkdaşlıq 

məsələləri daxildir. Bu gün biz Sizinlə ikitərəfli münasibətlərlə 

bağlı  məsələləri  müzakirə  edərkən  yekdil  fikirdə  olduq  ki, 

ölkələrimiz və iqtisadiyyatımız bir-birini tamamlayır. Bu, ciddi 

tərəfdaşlıq münasibətlərinin inkişafı üçün çox yaxşı bazadır. Biz 

buna  hazırıq,  bunu  istəyirik  və  bütün  istiqamətlərdə  gələcək 

əməkdaşlığa  ümid  bəsləyirik.  Ümidvaram  ki,  mənim  Belarusa 

səfərim kimi,  Sizin də Azərbaycana səfəriniz uğurlu olacaq və 

ikitərəfli  münasibətlərimizin  inkişafında  mühüm  mərhələyə 

çevriləcəkdir. 

Bir daha xoş gəlmisiniz deyirəm. 



A l e k s a n d r   L u k a ş e n k o: Hörmətli İlham Heydər 

oğlu! 


Əziz dostlar! 

Mən  ilk  növbədə,  mehribancasına  qəbula  görə,  nümayəndə 

heyətimizə  göstərilmiş  diqqətə  görə  Sizə  ürəkdən  təşəkkür 

etmək  istəyirəm.  İlham  Heydər  oğlunun  ölkəmizə  rəsmi 

səfərindən ötən müddət ərzində biz çox işlər görmüşük. Bir çox 

mütəxəssislərimiz  burada  və  sizin  nümayəndə  heyətiniz  də 

Belarusda  olmuşlar.  Onlar  bədxahlarımızın  piar  kimi 

qiymətləndirdiyi  bir  çox  layihələri  gerçəkləşdirməyə  başla-

mışlar.  Lakin  indi  bu,  piar  deyil,  çox  qısa  zaman  kəsiyində 

təşkil edilmiş real istehsaldır. 

Biz  nəinki  iki  ölkənin  prezidentləri  arasında  ən  səmimi 

münasibətlər yaratmışıq, artıq bilirəm ki, nazirlər də, iri şirkətlərin, 

müəssisələrin rəhbərləri də dostlaşmışlar. Yəni, bütün səviyyələrdə 

yaxşı şəxsi münasibətlər yaranmışdır ki, bu da nəinki bir-birini başa 

düşməyə, həm də yaxşı irəliləyişə kömək edir. Bir az əvvəl İlham 

Heydər  oğlu  ilə  vurğuladıq  ki,  nə  mənim,  nə  onun,  nə  də 

ölkələrimizin  başqa  heç  bir  ölkə  ilə  belə  səmərəli,  belə  intensiv 

münasibətləri olmayıbdır. 

Bir  daha  təsdiqləmək  istəyirəm  ki,  əməkdaşlığımızın  belə 

sürətini və ayrı-ayrı istiqamətlərini öz bildikləri kimi, bəzən də 




 

33 


narazılıqla  qarşılayan  bədxahlarımız  var.  Belələri  var  və  biz 

onları  tanıyırıq.  Lakin  biz  Belarusda  da,  Azərbaycanda  da  bu 

dövrü  çox  dəyanətlə  keçdik.  Biz  kiminsə  ziddinə,  zərərinə 

olaraq  əməkdaşlıq  etmirik,  biz  xalqlarımızın  rifahı  naminə 

əməkdaşlıq  edirik,  çünki  təmas  nöqtələrini  və  öz  marağımızı 

tapmışıq.  Marağımız  heç  də  təkcə  onda  deyil  ki,  Azərbaycan 

özünün  tərəqqisinə  doğru  gedən  çox  dinamik  inkişaf  edən 

ölkədir.  Bu,  sadəcə,  gurultulu  sözlər  deyil,  bunu  hamı  deyir. 

Sizin  ölkəniz  ümumi  daxili  məhsulun  artımına  görə  keçən  il 

dünyada  birinci  yeri  tutmuşdur.  Dünyada  heç  bir  ölkədə  belə 

artım  yoxdur. Firavan ölkəyə çevrilmək üçün sizin hər şeyiniz 

var, biz bunu bilirik. Lakin məsələ təkcə bunda deyildir. 

İndi  xalqlarımız  arasında  yaxşı  münasibətlər  yaranmışdır. 

Belarusda yaşayan heç bir azərbaycanlı deməz ki, onun vəziyyəti 

pisdir.  Heç  biri.  Bu  yaxınlarda  biz  kütləvi  informasiya 

vasitələrində  Azərbaycan  həftəsi  keçirdik.  Televiziyada,  radioda 

çoxlu  verilişlər  oldu,  burada  yaşayan  azərbaycanlılar  da, 

Belarusdakı  azərbaycanlılar  da  danışdılar  və  heç  biri  demədi  ki, 

ölkəmizdə  onların  vəziyyəti  pisdir.  Sizə  burada  da  deməzlər  ki, 

orada  vəziyyətləri  pisdir.  Xüsusi  ab-hava  yaranmışdır,  lakin, 

əlbəttə, şəxsi əlaqələrin də əhəmiyyəti var. İlham Heydər oğlunun 

səfərindən  sonra  bütün  səviyyələrdə  yaxşı  münasibətlərimiz 

yaranmışdır. Bu, əlaqələrimizin inkişafına kömək edir. 

Bir  daha  vurğulayıram  ki,  biz  kiminsə  əleyhinə  dostluq 

etmək niyyətində deyilik. Biz başqalarının da məmnun qalması 

və  sevinməsi  üçün  dostluq  edirik.  Əgər  bu  mümkündürsə,  biz 

başqalarının da layihələrimizə qoşulmasına hazırıq. Ona görə də 

bu  səfər,  həqiqətən,  irəliyə  doğru  getməkdir.  Bu  gün 

imzalayacağımız  əsas  sənəd  –  dostluq  haqqında  müqavilə 

irəliyə  doğru  mühüm  addım  olacaqdır.  Mən  etimada  və 

öhdəliklərin  yerinə  yetirilməsinə  görə  hamıya,  ilk  növbədə  

Azərbaycan prezidentinə çox minnətdaram. 

 

* * * 


 


 34 

Mayın  2-də  Prezident  sarayında  Azərbaycan  prezidenti 

İlham  Əliyevin  və  Belarus  prezidenti  Aleksandr  Lukaşenkonun 

geniş  tərkibdə  görüşündən  sonra  Azərbaycan–Belarus  sənəd-

lərinin imzalanma  mərasimi olmuşdur. 

Azərbaycan  Respublikası  və  Belarus  Respublikası  arasında 

Dostluq  və  əməkdaşlıq  haqqında  müqaviləni  Azərbaycan  Res-

publikasının  Prezidenti  İlham  Əliyev  və  Belarus  Respublika-

sının Prezidenti Aleksandr Lukaşenko imzaladılar. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  və  Belarus  Res-

publikası  Milli  Elmlər  Akademiyasının  2007–10-cu  illər  üçün 

Əməkdaşlıq proqramını Azərbaycan tərəfdən Milli Elmlər Aka-

demiyasının  prezidenti  Mahmud  Kərimov,  Belarus  tərəfdən 

Milli  Elmlər  Akademiyası  Rəyasət  Heyətinin  sədri  Mixail 

Myasnikoviç imzaladılar. 

Azərbaycan  Respublikasının  Milli  Bankı  və  Belarus  Res-

publikasının  Milli  Bankı  arasında  Əməkdaşlıq  haqqında  sazişi 

Azərbaycan tərəfdən Milli Bankın İdarə Heyətinin sədri Elman 

Rüstəmov, Belarus tərəfdən Milli Bankın İdarə Heyətinin sədri 

Pyotr Prokopoviç imzaladılar. 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında    Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Ma-

liyyə  Nazirliyi  arasında  Əməkdaşlıq  haqqında  sazişi  Azər-

baycan  tərəfdən  Prezidentin  yanında  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Belarus tərəfdən 

Xarici İşlər naziri Sergey Martınov imzaladılar. 

Azərbaycan  Respublikasının  Dövlət  Əmlakının  İdarə  Olun-

ması  üzrə  Dövlət  Komitəsi  və  Belarus  Respublikasının  Dövlət 

Əmlak  Komitəsi  arasında  dövlət  əmlakının  idarə  edilməsi  və 

özəlləşdirmə sahəsində Əməkdaşlıq haqqında sazişi Azərbaycan 

tərəfdən  Dövlət  Əmlakının  İdarə  Olunması  üzrə  Dövlət 

Komitəsinin sədri Kərəm Həsənov, Belarus tərəfdən Xarici İşlər 

naziri Sergey Martınov imzaladılar. 

Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya 

və  Patent  üzrə  Dövlət  Agentliyi  və  Belarus  Respublikasının 

Dövlət  Standartlaşdırma  Komitəsi  arasında  standartlaşdırma, 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə