İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.

səhifə1/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   121


 

 

 



İNKİŞAF –  

MƏQSƏDİMİZDİR 

 

 



İYİRMİ SƏKKİZİNCİ KİTAB 

————— 

DEKABR 2007 - FEVRAL 2008 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2016 


 2 

 

 



 

ÇIXIŞLAR * NİTQLƏR 

 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR  

 

 



 

AZƏRNƏŞR  

BAKI - 2015 

 

 




 



BBK 32 



Ə 56                         Buraxılışına məsul 

akademik 



 

        RAMİZ MEHDİYEV 

 

ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2016,  səh. 416. 

 

Azərbaycan    Respublikasının  Prezidenti  İlham  Əliyevin  oxuculara 



təqdim  olunan  «İnkişaf  –  məqsədimizdir»  çoxcildliyinin  bu  cildində 

Nazirlər  Kabinetinin  2007-ci  ilin  sosial-iqtisadi  inkişafın  yekunlarına  və 

2008-ci ildə qarşıda duran vəzifələrə, həmçinin regionların sosial-iqtisadi 

inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş 

konfranslardakı nitqləri yer almışdır. 

Prezidentin Macarıstana dövlət səfəri zamanı bu ölkənin prezidenti 

Laslo  Şoyom  ilə  görüşləri,  ikitərəfli  sənədlərin  imzalanması,  dövlət 

başçımıza  Macarıstanın  nüfuzlu  Korvinus  Universitetinin  Fəxri 

doktoru adının  verilməsi, habelə  keçirdiyi  maraqlı  görüşləri,  çıxış  və 

bəyanatları öz əksini tapmışdır.    

Regionların sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsi ilə 

əlaqədar  Əli  Bayramlı,  Ağdam  və  Ağcabədi  rayonlarına  səfəri,  bu 

bölgənin sosial, iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına 

həsr  olunmuş  çıxışları,  nitqləri  və  ictimaiyyət  nümayəndələri  ilə 

görüşlərinə həsr olunmuş materiallar verilmişdir.  

Həmçinin  bu  cilddə  Müdafiə  Sənayesi  Nazirliyinin  «Telemexa-

nika»  və  «Peyk»  zavodlarında  keçirdiyi  görüşlər,  Dövlət  Bayrağı 

Meydanının  təməlqoyma  mərasimi,  Bakının  rayonlarında  yeni 

yolötürücülərinin  açılışı,  habelə  Əjdərbəy,  Bibiheybət  və  Təzəpir 

məscidlərində  yenidənqurma  işləri ilə tanışlığı zamanı etdiyi çıxış və 

nitqləri də öz əksini tapmışdır. 

 

İSBN  978-9952-8100-7-3 

 

32

-

ББК

     

          

          

2016

651(07)

М

0801000000

Я

  





 

         ©  Azərnəşr,  2016




 4 

 

 

 

YAPONİYANIN İMPERATORU  

ƏLAHƏZRƏT AKİHİTOYA 

 

Əlahəzrət!  



Yaponiyanın  milli  bayramı  –  Təvəllüd  gününüz  müna-

sibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi  ye-

tirməkdən məmnunluq duyuram.  

Biz  Azərbaycan  ilə  Yaponiya  arasındakı  dostluq  müna-

sibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, 

əlaqələrimizin  genişlənməsi,  əməkdaşlığımızın  dərinləşməsi 

prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.  

Bu  xoş  gündə  Sizə  möhkəm  cansağlığı  və  səadət,  dost 

Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.  

 

Hörmətlə,  



  

     İLHAM ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 17 dekabr 2007-ci il 



 


 



 



 

 

YAPONİYANIN BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB YASUO FUKUDAYA 

 

Hörmətli cənab Baş nazir!  



Milli  bayramınız  –  İmperatorun  Təvəllüd  günü  müna-

sibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.  

Bu  gün  Azərbaycan–Yaponiya  münasibətləri  ardıcıl  və 

dinamik  inkişaf  etməkdədir.  Əminəm  ki,  dost  ölkələrimiz 

arasında  əlaqələrin  bütün  sahələrdə  möhkəmlənməsi,  əmək-

daşlıq  sahəsində  nailiyyətlərimizin  daha  da  artması  üçün 

səylərimizi  bundan  sonra  da  qarşılıqlı  şəkildə  davam  etdirə-

cəyik. 


Sizə ən xoş arzularımı yetirir, dost Yaponiya xalqına sülh və 

rifah diləyirəm.  

 

Hörmətlə,  

  

 



 

 

 



       

 

 



 

                                                           İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 17 dekabr 2007-ci il 



 

 



 6 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 



bp ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ  

ENDRYU İNQLİS İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

17 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

dekabrın  17-də  Prezident  sarayında  bp  şirkətinin  vitse-prezi-

denti Endryu İnqlisi qəbul etmişdir.    

Endryu  İnqlis  yenidən  ölkəmizə  səfər  etməkdən  məmnunlu-

ğunu söylədi. O, «Şahdəniz» yatağından qaz hasilatının artma-

sını  razılıq  hissi  ilə  vurğuladı  və  bu  sahədə  işlərin  bundan 

sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirdi.  

Prezident  İlham  Əliyev  «Şahdəniz»  yatağından  çıxarılan 

qazın artmasının ölkəmizin mühüm qaz hasilatçısı və ixracatçısı 

kimi  rolunu  daha  da  yüksəldəcəyini  vurğuladı.  O,  uzun  illər 

ərzində  Azərbaycan  ilə  bp  şirkəti  arasında  həyata  keçirilən 

uğurlu  əməkdaşlığın  bundan  sonra  da  davam  etdiriləcəyinə 

ümidvar olduğunu bildirdi.  

 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   121


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə