İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə14/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   10   11   12   13   14   15   16   17   ...   121

 

45 


 

MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN 

«TELEMEXANİKA» ZAVODUNDA GÖRÜŞ 

 

24 dekabr 2007-ci il 



 

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Mü-

dafiə  Sənayesi  Nazirliyinin  Əli  Bayramlıda  yerləşən  «Tele-

mexanika» zavodunda olmuşdur. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 

ulu öndər Heydər Əliyevin zavodun həyətindəki büstü önünə gül 

dəstələri qoydular. 

Sonra  dövlətimizin  başçısı  zavodda  yaradılmış  Heydər  Əliyev 

muzeyinə baxdı. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin 

müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət 

və qayğını əks etdirən, həmçinin prezident İlham Əliyevin fəaliyyəti 

ilə bağlı maraqlı fotoşəkillər toplanmışdır. 

Prezident  İlham  Əliyev  muzeyin  Xatirə  kitabına  ürək 

sözlərini yazdı: 

«Azərbaycan  müdafiə  sənayesinin  yaradılması  üçün  lazımi 

tədbirlər  görülür.  Qısa  müddətdə  ölkəmizin  hərbi  gücünü  artıran 

müəssisələr yaradılır. 1970–80-ci illərdə ulu öndər Heydər Əliyevin 

rəhbərliyi  ilə  müasir  müdafiə  sənayesinin  sənaye  bazası 

yaradılmışdır.  O  illərdə  tikilən  hərbi  zavodlar  indi  təmir  olunur, 

yenidən  qurulur  və  işğal  altında  olan  torpaqlarımızı  erməni 

qəsbkarlarından azad etmək üçün lazımi şərait yaradılır. 

Azərbaycan hərbi sənayesinə yeni uğurlar arzulayıram. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

24.12.2007-ci il». 

 

Sonra dövlətimizin başçısı zavodun dünəni və bu gününü əks 

etdirən filmə baxdı. 

Məlumat  verildi  ki,  tamamilə  yenidən  qurulmuş  zavod  ən 

müasir texnoloji avadanlıqla təmin edilmişdir. 



 46 

 

 

ƏLİ BAYRAMLIDA YAĞ EMALI ZAVODUNUN 

AÇILIŞ MƏRASİMİ 

 

Əli Bayramlı  



 

24 dekabr 2007-ci il 

 

Dekabrın  24-də  Əli  Bayramlıda  MKT–İstehsalat  Kom-



mersiya  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  yağ  emalı  zavodu 

istifadəyə verilmişdir. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  bu  münasibətlə  təşkil 

olunmuş mərasimdə iştirak etmişdir. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyevanı 

zavodun kollektivi böyük hörmət və ehtiramla qarşıladı, onlara 

gül dəstəsi təqdim olundu. 

Prezident  İlham  Əliyev  müəssisənin  rəmzi  işə  düşməsini 

bildirən düyməni basdı. 

Dövlət  başçısına  məlumat  verildi  ki,  burada  əsasən  pambıq 

çiyidindən marqarin yağı istehsal olunur. İldə 80 min ton çiyiddən 

14 min ton yağ alınır. Məhsul əsasən Orta Asiya ölkələrinə ixrac 

olunur.  Yerli  xammaldan  istifadə  olunduğundan  hazır  məhsulun 

qiyməti  də  münasibdir.  Müəssisəyə  6,4  milyon  manat  sərmayə 

qoyulmuşdur.  Burada  Türkiyə  və  Almaniyadan  alınmış  müasir 

avadanlıq quraşdırılmışdır. Hazırda zavodda 246 nəfər işləyir, orta 

aylıq əməkhaqqı 300–400 manatdır. 

Prezident İlham Əliyev istehsal prosesi ilə tanış oldu, hazır 

məhsulun çeşidinə baxdı. 

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirərək, 

bu cür müəssisələrə ehtiyac duyulduğunu, ölkədə sahibkarlığın 

dinamik  inkişaf  etdiyini  bildirdi,  özəl  sektorun  inkişafına 

gələcəkdə də diqqət göstəriləcəyini söylədi. 

Prezident İlham Əliyevə xatirə olaraq üzərində ulu öndərin 

70-ci  illərdə  pambıq  tarlasında  çəkilmilş  şəkli  əsasında 

toxunmuş xalça hədiyyə edildi. 


 

47 


 

 

 

ƏLİ BAYRAMLI ŞƏHƏRİNİN ÇILPAQLI 

QƏSƏBƏSİNDƏKİ YENİ ORTA MƏKTƏBLƏ 

TANIŞLIQ 

 

24 dekabr 2007-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  dekabrın  24-də  Əli 

Bayramlı  şəhərinin  Çılpaqlı  qəsəbəsindəki  Arif  Hüseynzadə 

adına 4 nömrəli orta məktəbdə olmuşdur. 

Azərbaycan  prezidenti  və  ailə  üzvləri  məktəbə  gələrkən 

yolüstü Əli  Bayramlı  şəhərinin  mərkəzi  meydanında  ulu  öndər 

Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoymuşlar. 

Pedaqoji  kollektiv  və  şagirdlər  dövlətimizin  başçısını  və 

xanımı  Mehriban  Əliyevanı  hərarətlə  qarşıladılar,  onlara  gül 

dəstələri təqdim olundu. 

Xatırladaq  ki,  1992-ci  ildə  tikilmiş  məktəb  binası  2001-ci 

ildə  baş  vermiş  zəlzələ  nəticəsində  ciddi  zədələnmiş  və  onun 

yenidən  qurulmasına  ehtiyac  yaranmışdı.  2006-cı  ilin  mart 

ayında  prezident  İlham  Əliyevin  Əli  Bayramlıya  səfəri  zamanı 

şəhər  rəhbərliyi  və  ictimaiyyətin  nümayəndələri  yeni  məktəb 

binasının  tikilməsi  üçün  dövlət  başçısına  müraciət  etmişlər. 

Bunu nəzərə  alan prezident İlham Əliyev 2006-cı il avqustun 31-

də  «Əli Bayramlı  şəhərinin  Çılpaqlı  qəsəbəsində  yerləşən 4 

nömrəli  orta  məktəbin  binasının  tikintisinin  maliyyələşdirilməsi 

haqqında»  sərəncam  imzalamış,  prezidentin  ehtiyat  fondundan 

1,3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına tikilən 

məktəb  cari  ilin  sentyabrında  istifadəyə  verilmişdir.  2  və  3 

mərtəbəli  3  korpusdan  ibarət  məktəbdə  33  sinif  otağı  var. 

Burada  680  şagird  bir  növbədə  təhsil  alır,  onlara  43  müəllim 

dərs deyir. 

Məktəbdə 21 kompyuter dəsti quraşdırılmışdır, fizika, kimya, 

biologiya  laboratoriyaları,  fənn  kabinetləri,  akt  və  idman 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə