İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə2/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   ...   121

 



 



 

 

BELARUS RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ 

LEONİD MALTSEVİN BAŞÇILIQ ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

 



Prezident sarayı 

 

18 dekabr 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



dekabrın  18-də  Prezident  sarayında  Belarusun  Müdafiə  naziri 

Leonid  Maltsevin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 

etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Belarus  arasında 

münasibətlərin  uğurla  inkişaf  etdiyini  vurğulayaraq,  əməkdaş-

lığımızın  inkişafında  yüksək  səviyyədə  qarşılıqlı  dövlət  səfər-

lərinin  əhəmiyyətini  qeyd  etdi.  Prezident  İlham  Əliyev  nəzərdə 

tutulan  birgə  layihələrin  yüksək  templə  həyata  keçirildiyini  və 

Azərbaycan–Belarus  tərəfdaşlıq  münasibətlərinin  regionda 

təhlükəsizliyin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyini 

bildirdi.  Dövlətimizin  başçısı  Belarusun  Müdafiə  nazirinin 

ölkəmizə  bu  səfərinin  ikitərəfli  əlaqələrimizin  daha  da  geniş-

ləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.  

Leonid  Maltsev  ölkələrimiz  arasında  müxtəlif  sahələrdə,  o 

cümlədən  müdafiə  nazirlikləri  arasında  əməkdaşlığın  uğurla 

inkişaf etdiyini qeyd etdi. Qonaq ölkəmizə səfəri zamanı Bakıda 

qısa müddət ərzində böyük inkişafın şahidi olduğunu vurğuladı. 

Belarusun  Müdafiə  naziri  Azərbaycana  səfərinin  müdafiə 

nazirlikləri  arasında  əməkdaşlığımızın  inkişafına  xidmət 

edəcəyini bildirdi.  

 

 


 8 

 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

BAKININ NƏRİMANOV RAYONU ƏRAZİSİNDƏ 

SALINMIŞ YENİ YOLUN AÇILIŞ MƏRASİMİNDƏ 

İŞTİRAK ETMİŞDİR 

 

19 dekabr 2007-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  dekabrın  19-da  Ba-



kının  Nərimanov  rayonu  ərazisində  salınmış  yeni  yolun  açı-

lışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  bu  il  sentyabrın  1-dən  inşasına  baş-

lanmış yolun açılışını bildirən lenti kəsdi. 

Məlumat  verildi  ki,  Həsən  Əliyev  prospektini,  Maqsud 

Əlizadə, Teymur Əliyev və Salamzadə küçələrini Əhməd Rəcəb-

li  küçəsi  ilə,  Aşıq  Molla  Cümə  küçəsini  isə  Ziya  Bünyadov 

prospekti  ilə  birləşdirən  bu  yol  ərazidə  nəqliyyatın  hərəkətini 

tənzimləyəcəkdir.  Altızolaqlı  ikitərəfli  yolun  uzunluğu  1,5  kilo-

metr,  yolun  eni  isə  24  metrdir.  Ümumiyyətlə,  paytaxtda  yol-

nəqliyyat  strukturunu  yaxşılaşdırmaq  üçün  Bakı  Şəhər  İcra 

Hakimiyyətinin  sərəncamı  ilə  Nərimanov  rayonunda  5  yeni 

küçənin  salınması  başa  çatdırılmışdır.  Heydər  Əliyev  və  Ziya 

Bünyadov  prospektlərini  birləşdirən  Aşıq  Molla  Cümə  küçəsi 

istifadəyə hazırdır. 

Bundan  əlavə,  Həsən  Əliyev  prospektini  Əhməd  Rəcəbli 

küçəsi  ilə  bağlayan  500  metrlik  yolun  çəkilişi  də  tamamlan-

mışdır.  Ümumilikdə,  bu  ərazidə  60  min  kvadratmetr  asfalt 

döşənmiş,  xaricdən  gətirilmiş  4  mindən  çox  dekorativ  bəzək 

kolları,  habelə  palma  ağacları  əkilmişdir.  Salınan  yaşıllıqları 

suvarmaq  üçün  xüsusi  su  xətləri  çəkilir,  işıqlandırma  sistemi 

quraşdırılır. 

Nərimanov  rayonu  ərazisində  daha  üç  yolun  salınması 

davam etdirilir. 


 



Prezident  İlham  Əliyev  yolun  layihəsi,  eləcə  də  bu  ərazidə 



yerləşən  «Qardaşlıq  məzarları»  xatirə  kompleksinin  eskiz 

layihəsi  ilə  tanış  oldu,  qəbiristanlığın  vəziyyətini  əks  etdirən 

fotoşəkillərə baxdı. 

Bildirildi ki, sahəsi 11220 kvadratmetr olacaq xatirə komplek-

sinin  tikintisinə  1,552  milyon  manat  xərclənəcək  və  2008-ci  ilin 

mayın  9-da  tamamlanacaqdır.  Tikinti  işləri  «Dəvəli»  və 

«İlandağ»  məhdud  məsuliyyətli  cəmiyyətləri  tərəfindən  gö-

rüləcəkdir. 

Dövlətimizin başçısı bu cür yolların əhəmiyyətini, paytaxtın 

digər ərazilərində də belə yollara ehtiyac duyulduğunu vurğu-

ladı, yenidən yaradılacaq komplekslə bağlı tövsiyə və tapşırıq-

larını verdi. 


 10 

 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN MOLDOVANIN KANAL-4 

TELEVİZİYASINA MÜSAHİBƏSİ 

 

Prezident sarayı 

 

19 dekabr 2007-ci il 

 

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da Pre-

zident  sarayında  Moldovanın  «Kanal-4»  televiziyasına  müsa-

hibə vermişdir. 

–  Hörmətli  cənab  Prezident,  sizin  ölkəniz  Avropaya 

inteqrasiya etmək əzmində olduğunu sözün tam mənasında 

yetərincə  qətiyyətlə  bəyan  etmişdir.  Lütfən  deyin,  bu 

baxımdan Azərbaycanın hansı uğurlarından danışmaq olar, 

Azərbaycan Avropaya nə dərəcədə yaxınlaşmışdır?  

–    Biz  artıq  bir  ildir  ki,  Avropa  İttifaqının  «Yeni  qonşuluq 

siyasəti»nın  üzvüyük.  Mənim  fikrimcə,  bu,  Avropa  İttifaqı  ilə 

münasibətlərimizin  çox  mühüm  elementidir.  Bu  proqram 

çərçivəsində  bizim  əməkdaşlığımızı  möhkəmləndirən  tədbirlər 

həyata  keçirilir,  eləcə  də  çox  ciddi  siyasi  və  iqtisadi  islahatlar 

aparılır.  Biz  çalışırıq  ki,  siyasi  sistemin  və  iqtisadi  inkişafın, 

vətəndaşların  sosial  təminatının  bütün  meyarları  Avropa 

İttifaqının  meyarlarına  yaxın  olsun.  Biz  çalışırıq  ki, 

vətəndaşlarımız  üçün  Avropa  İttifaqında  vətəndaşlar  üçün 

mövcud  olan  yüksək  həyat  səviyyəsini  və  azadlıqların  səviy-

yəsini təmin edək. Bizim əməkdaşlığımız çoxplanlıdır, siyasi və 

iqtisadi  sahələrdə  əməkdaşlıq  edirik,  energetika  spektri  bizim 

münasibətlərimizin  mühüm  elementidir,  biz  Avropa  İttifaqı  ilə 

Azərbaycan  arasında  energetika  sahəsində  strateji  tərəfdaşlıq 

haqqında  memorandum  imzalamışıq.  Yəni  bu  əməkdaşlıq  çox 

genişdir, bu, ikitərəfli hərəkət olan küçəyə bənzəyir. Biz Avropa 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə