İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə3/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   ...   121

 

11 


İttifaqı ilə sıx qarşılıqlı əlaqələrdən, təmaslardan özümüzə lazım 

olanı  götürürük,  eləcə  də  bizim  regionda  təhlükəsizlik 

sisteminin, 

cümlədən 



enerji 

təhlükəsizliyinin 

möhkəmləndirilməsinə  töhfəmizi  veririk.  Deməliyəm  ki, 

bütövlükdə,  əməkdaşlığın  səviyyəsindən  razıyıq,  bu  daim 

yüksəlir.  

–  Qarşınızda  çox  kəskin şəkildə  duran  Qarabağ  proble-

minin həlli məsələsində Avropa İttifaqından dəstək gözləyir-

sinizmi və əgər gözləyirsinizsə, bu dəstək nədən ibarət olma-

lıdır?  

–  Bu  gün  biz  münaqişənin  həlli  məsələsində  bütün  dünya 

birliyi  tərəfindən  tam  siyasi  dəstək  alırıq.  Dünya  birliyi,  o 

cümlədən  Avropa  İttifaqı  və  bilavasitə  tənzimləmə  ilə  məşğul 

olan  ATƏT-in  Minsk  qrupunun  həmsədr  ölkələri  –  Rusiya, 

Fransa,  ABŞ  bu  münaqişənin  Azərbaycanın  ərazi  bütövlüyü 

çərçivəsində  həllinə  birmənalı  şəkildə  tərəfdar  olduqlarını 

bildirir.  Azərbaycanın  ərazi  bütövlüyü  bütün  dünya  birliyi 

tərəfindən,  BMT  tərəfindən  tanınmışdır  və  bu  məsələ  bizim 

apardığımız  danışıqların  mövzusu  deyildir.  Bu  mənada  biz 

Avropa İttifaqı tərəfindən də siyasi və mənəvi dəstək alırıq, bu,  

«Yeni  qonşuluq  siyasəti»  barədə  Avropa  İttifaqı  ilə  imzala-

dığımız  sənəddə  öz  əksini  tapmışdır.  Bu,  başqa  məsələdir  ki, 

hələlik bu dəstək tənzimləmə üçün zəruri tədbirlərin, daha dəqiq 

desək,  Ermənistan  dövləti  tərəfindən  Azərbaycana  qarşı 

aparılmış  etnik  təmizləmənin  nəticələrinin  aradan  qaldırılması, 

bütün  qaçqınların  və  məcburi  köçkünlərin  öz  doğma 

torpaqlarına qayıtması və beləliklə, münaqişənin tənzimlənməsi 

tədbirlərinin 

praktik 


şəkildə 

həyata 


keçirilməsinə 

çevrilməmişdir.  Görünür,  burada  xalis  siyasi,  diplomatik 

bəyanatlar  kifayət  deyildir.  Təəssüf  ki,  təcavüzkar  dövlət  olan 

Ermənistan  XXI  əsrdə  özünü  orta  əsrlər  dövrünün  deyil,  XXI 

əsrin  reallıqlarına  uyğun  şəkildə  aparmaq  barədə  dünya 

birliyinin  çağırışlarına  hələlik  məhəl  qoymur.  Təəssüf  ki, 

ermənilərin  bu  məsələyə  yanaşmasında  məhz  orta  əsrlər  üçün 

səciyyəvi  olan  münasibət  müşahidə  olunur.  Bu,  qeyri-




 12 

müəyyənliyə  aparan  yoldur,  onlar  heç  vaxt  Dağlıq  Qarabağın 

Azərbaycandan  ayrılmasına  nail  ola  bilməyəcəklər,  dünya 

birliyi  heç  vaxt  Dağlıq  Qarabağı  müstəqil  dövlət  kimi 

tanımayacaqdır  və  Azərbaycan  heç  vaxt  buna  razılıq  ver-

məyəcəkdir. Münaqişənin həlli yolları üzdədir, bu yollar bütün 

ölkələr  üçün,  o  cümlədən  Moldova  üçün  də  eynidir.  Bizim 

üzləşdiyimiz  problemlər  təcavüzkar  separatizmdir.  Dağlıq 

Qarabağ,  Dnestryanı  bölgə,  Abxaziya,  Cənubi  Osetiya 

problemlərinin  kökləri  eyni,  səbəbləri  eyni  və  təəssüf  ki, 

nəticələri  də  eynidir.  Buna  görə  də  onlar  məhz  beynəlxalq 

hüquq  prinsipləri  əsasında  həll  olunmalıdır.  Ümidvaram  ki, 

Ermənistanda  sağlam  düşüncə  üstün  gələcək  və  ermənilər 

yaranmış vəziyyətdən, beynəlxalq praktikanın reallıqlarından və 

regionda  qüvvələr  nisbətinin  dəyişməsi  reallıqlarından  düzgün 

nəticə çıxaracaqlar. 



–  Biz  özümüz  də  yəqin  edə  bilmişik  ki, Bakıda  müxtəlif 

dinlərin  nümayəndələri  özlərini  çox  rahat  hiss  edirlər, 

pravoslav məbədləri, məscidlər, sinaqoqlar çox rahat işləyir. 

Sizin 

fikrinizcə, 

bu 

faktlar 

da 

Azərbaycanın 

avropasayaqlığının təzahürləridir?  

– İctimai formasiyadan asılı olmayaraq, tolerantlıq Azərbay-

canda  həmişə  həyat  norması  olmuşdur.  Bu,  indiki  dövrün 

səciyyəvi  hadisəsi  və  bizim  Avropa  İttifaqı  ilə  əməkdaş-

lığımızın  nəticəsi  deyildir.  Biz  Rusiya  imperiyasının  tərkib 

hissəsi  olduğumuz  dövrdə  də  belə  idi,  Sovet  İttifaqının  tərkib 

hissəsi  olduğumuz  vaxtda  da  belə  idi,  indi  –  müstəqil  dövlət 

olduğumuz  şəraitdə  də  belədir.  Ölkəmizdə  müxtəlif  xalqların, 

müxtəlif  dinlərin  çoxsaylı  nümayəndələri  yaşayır  və  onların 

hamısı bir ailə kimidir. Azərbaycanda heç vaxt dini və ya etnik 

zəmində  münaqişələr olmamışdır.  Bizim  ölkədə  bütün  dinlərin 

nümayəndələrinin  bir  ailə  kimi  yaşaması  faktı  dövlətimizi 

möhkəmləndirir.  Ermənistan  isə  monodövlətdir  və  onun 

əhalisinin, demək olar ki, yüz faizini erməni milləti təşkil edir, 

yeri  gəlmişkən,  ada-dövlətlər  müstəsna  olmaqla,  bu  vəziyyət 

heç  bir  normal  dövlət  üçün  norma  sayılmamalıdır.  Dövlətin 




 

13 


siyasəti və dövlətin milli azlıqlara münasibəti həm də dövlətin 

milli  tərkibini  müəyyənləşdirir.  Vaxtilə  Ermənistanda  başqa 

millətlərin  çoxlu  nümayəndələri,  o  cümlədən  üç  yüz  mindən 

artıq  azərbaycanlı  yaşayırdı.  Bütün  başqa  millətlərin 

nümayəndələri  kimi,  azərbaycanlılar  da  bu  torpaqdan 

qovulmuşlar.  Biz  Azərbaycanda  çox  sevinirik  ki,  milli  sülh 

ölkəmizin  dinamik  inkişafına  kömək  edir.  Bundan  sonra  da 

mümkün  olan  hər  şeyi  edəcəyik  ki,  Azərbaycanda  yaşayan 

bütün  xalqlar  arasında  həmrəylik,  sülh  və  qardaşlıq 

münasibətləri inkişaf etsin.  



– Yan keçə bilmədiyimiz bir sual. Bildiyimizə görə, keçən 

il  Azərbaycan  iqtisadiyyatında  artım  göstəricisi  35  faizə 

çatmışdır.  Deyə  bilərsinizmi,  bu  Azərbaycan  möcüzəsinin 

sirri nədədir?  

–  Əlbəttə,  bu,  ilk  növbədə,  hələ  ötən  əsrin  90-cı  illərindən 

başlanmış  cəsarətli  iqtisadi  islahatlarla  bağlıdır.  Ölkəmizin 

müstəqilliyinin  bərpa  edilməsinin  ilk  illərində  biz  vətəndaş 

müharibəsinin,  xaosun,  dağıntıların  çox  ağır  nəticələri  ilə 

üzləşmişik.  Lakin  1993-cü  ildə  bütün  mənfi  meyillər  dayan-

dırıldı  və  1996-cı  ildən  2004-cü  ilə  qədər  biz  dinamik  şəkildə 

inkişaf  etdik.  İqtisadiyyatın  həcmi  orta  hesabla  ildə  10  faiz 

artırdı. Bu, yaxşı göstəricidir və demək olar ki, 10 il müddətində 

hər il vəziyyət belə olmuşdur. 2005-ci il 90-cı illərdə başlanmış 

və  2000-ci  illərdə  davam  etdirilmiş  bütün  islahatların  bir  növ 

inikası olmuşdur. 2005-ci ildə bizdə iqtisadi artım göstəricisi 26 

faiz səviyyəsində idi. 2006-cı ildə isə sizin qeyd etdiyiniz kimi, 

2005-ci  ilin  26  faizlik  bazası  əsasında  bu  artım  35  faizə 

çatmışdır.  Artıq  cari  ilə  yekun  vurulur,  bu  il  iqtisadi  artım 

göstəricisi 30 faiz həddində olacaqdır. Bu o deməkdir ki, biz üç 

ildə  ÜDM-i  faktiki  olaraq  iki  dəfə  artırırıq.  Əlbəttə,  burada 

enerji  amili  –  neft  və  qaz  hasilatının  artırılması,  eləcə  də 

islahatların  fəal  aparılması,  iqtisadiyyatın  liberallaşdırılması, 

özəl  sektorun  stimullaşdırılması  mühüm  rol  oynayır.  Biz  özəl 

sektora  hər  il  təqribən  yüz  milyon  dollar  məbləğində  güzəştli 

kreditlər veririk.  




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə