İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab


– Bu çox cəsarətli qərardır



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə4/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   ...   121

 14 

– Bu çox cəsarətli qərardır.  

–  Elədir.  Üstəlik,  biz  kənd  təsərrüfatına  çox  kömək  edirik. 

Əhalinin  yarısı  kənd  yerlərində  yaşayır.  Buğda  yetişdirilən 

torpaqların  hər  hektarına  görə  kəndlilərə  50  dollar  verilir. 

Bundan əlavə, biz kəndlilərə gübrə sarıdan ciddi kömək etməyi 

planlaşdırırıq  və  artıq  bu  işə  başlamışıq.  Biz  dövlət  xətti  ilə 

texnika alırıq və istehsalın artırılması üçün bu texnikanı güzəştli 

qiymətlə  kəndlilərə  icarəyə  veririk.  Bir  daha  demək  istəyirəm 

ki, iqtisadiyyat maksimum dərəcədə liberallaşdırılmışdır. Bizdə 

özəl sektorun ÜDM-də payı 80 faizdən çoxdur. Onu da nəzərə 

almaq  lazımdır  ki,  neft  və  qaz  sahəsi  dövlətin  inhisarındadır, 

bunlar isə iqtisadiyyatın əsasıdır. Buna görə də bütün amillərin 

məcmusu  və  əlbəttə,  vəziyyətin  sabitləşməsi,  xarici 

investorların  Azərbaycana  inamı  bu  uğurları  qazanmağımıza 

imkan vermişdir. Əlbəttə, üç il dalbadal təqribən 30 faiz və daha 

artıq  iqtisadi  artıma  nail  olmaq,  demək  olar  ki,  dünya 

rekordudur.  Lakin  mənim  üçün  hətta  bunlar  da  çox  mühüm 

göstərici  deyildir.  Ölkədə  yoxsulluğun  azalması  daha  mühüm 

göstəricidir,  çünki  ÜDM-in  səviyyəsi hələ o demək deyil  ki, bu 

imkanlardan  hamı  istifadə  etmişdir.  Yoxsulların  sayı  2003-cü 

ildəki 50 faizdən 2007-ci ildə 20 faizə qədər azalmışdır. 2007-ci 

ilin  yekunlarına  görə  isə,  bizdə  olan  məlumatlara  əsasən,  bu 

göstərici  daha  aşağı  olacaqdır.  Bu,  əsas  göstəricilərdən  biridir. 

Son  4  ildə  biz  regional  inkişaf  proqramını  həyata  keçirməklə 

ölkədə 600 mindən çox yeni iş yeri açmağa nail olmuşuq. Təkcə 

Bakı  deyil,  bütün  bölgələr  inkişaf  edir.  Biz  infrasrukturun 

inkişafına  külli  məbləğdə  vəsait  sərf  edirik.  Gələn  il,  ilk  dəfə 

olaraq,  daxili  investisiyaların  həcmi  xarici  investisiyaların 

həcmini  aşacaq,  xarici  investisiyalar  isə  ildə  bir  neçə  milyard 

dollar  deməkdir.  Buna  görə  də  ölkəmiz  iqtisadi  hərc-mərclik 

dövrünün  bütün  çətinliklərini  geridə  qoymuşdur  və  indi  biz 

inamla  inkişaf  edirik.  Son  5  ildə  biz  dövlət  xərclərini,  demək 

olar  ki,  10  dəfə  artırmağa  nail  olmuşuq.  2003-cü  ildə  bu 

xərclərin  məbləği  bir  milyard  dollardan  bir  qədər  artıq  olduğu 




 

15 


halda,  2008-ci  ildə  on  iki  milyard  dollara  çatacaqdır.  Bunlar 

bizim icmal büdcəsinin parametrləridir.  



–  Bəli,  cənab  Prezident,  Azərbaycan  Bakı–Tbilisi–

Ceyhan  neft  kəmərinin,  Bakı–Tbilisi–Ərzurum  qaz 

kəmərinin  çəkilməsində  xüsusi  fəallıq  göstərmişdir,  bu 

kəmərlərlə  enerji  daşıyıcılarını  nəql  edir.  İndi  isə 

eşitdiyimizə  görə, tezliklə  Bakı–Tbilisi–Qars  dəmir  yolu  da 

işə salınacaqdır. Xahiş edirəm, səhv etsəm səhvimi düzəldin. 

Deyə bilərikmi Azərbaycan regionda lider dövlətə çevrilir?  

– Hər halda, regionda mühüm rol oynayan dövlətə xas olan 

bütün  parametrlər  bizdə  mövcuddur.  Bizim  ölkəmiz 

karbohidrogen  ehtiyatları  ilə  zəngindir,  bu  həmişə  belə 

olmuşdur.  Biz  sahildən  uzaqda,  dənizin  dərinliyində  yerləşən 

yataqlardan  neft  çıxarmağa,  neft  və  qaz  kəmərləri  çəkməyə 

başlamışıq.  Bizim  dünya  bazarlarına  birbaşa  çıxışımız  yoxdur. 

Yeri  gəlmişkən,  neft  hasil  edən  ölkələr  arasında  bizimlə  eyni 

vəziyyətdə olanlar azdır. Həmin ölkələrin əksəriyyətinin dünya 

bazarlarına  birbaşa  çıxışı  vardır.  Buna  görə  də  biz  nefti 

çıxarmaqla, sahilə çatdırmaqla bərabər, onu iki ölkə ərazisindən 

keçməklə dünya bazarlarına nəql etməli idik. Bu gün bizim üç 

neft  kəmərimiz  var:  Bakı–Tbilisi–Ceyhan,  Qara  dənizə  çıxan 

Bakı–Supsa  və  Bakı–Novorossiysk  kəmərləri.  Bundan  əlavə, 

qazı  qonşu  ölkələrə  çatdıran  Bakı–Tbilisi–Ərzurum  qaz 

kəmərimiz  mövcuddur.  Artıq  indi  Azərbaycanda  hasil  edilən 

qaz  Gürcüstan,  Türkiyə  və  Yunanıstan  bazarlarına  daxil  olur. 

Gələcəkdə biz istehlakçılarımızın coğrafiyasını genişləndirməyi 

nəzərdə  tuturuq.  Azərbaycan  qazını  Yunanıstana  satmaqla  biz 

Avropa  İttifaqı  bazarına  çıxırıq.  Bu  çox  yaxşı  başlanğıcdır, 

onun  yaxşı  perspektivləri  vardır.  Bakı–Tbilisi–Qars  dəmir 

yolunun  layihəsi  ən  azı  10  il  müzakirə  edildi.  Lakin  maliyyə 

mənbələri olmadığına görə, bu layihə kağız üzərində qalmışdı. 

Biz  bu  prosesi,  necə  deyərlər,  ölü  nöqtədən  tərpətməyə  nail 

olduq.  Bu,  ölkəmiz  üçün,  eləcə  də  Gürcüstan  üçün,  Türkiyə 

üçün və bütövlükdə Mərkəzi Asiya regionu üçün, Avropa üçün 

tarixi  layihədir.  Çünki  bu  dəmir  yolu  Avropa  ilə  Asiyanı  çox 



 16 

etibarlı və qısa yolla birləşdirəcəkdir. Bu, İpək Yolu layihəsinin 

əməli  təcəssümüdür.  Bu  layihənin  təşəbbüsçüsü  bizik,  üstəlik, 

bundan ötrü zəruri vəsaitin yarısını – təqribən 200 milyon dollar 

pul ayırmışıq. Lap bu yaxınlarda biz Gürcüstanda mərasim ke-

çirdik,  Gürcüstan,  Türkiyə  və  Azərbaycan  prezidentləri  dəmir 

yolunun tikintisinin təməlini qoyduq. Bütün bu amillər, eləcə də 

Azərbaycanın  geosiyasi  əhəmiyyətinin  getdikcə  artması, 

regionda baş verən proseslərə təsir göstərmək imkanı sayəsində 

ölkəmiz  Cənubi  Qafqazın  adi  bir  ölkəsindən  regional 

problemlərin həllində fəal iştirak edən ölkəyə çevrilmişdir. Özü 

də  bütün  regional  layihələrimiz,  bütün  təşəbbüslərimiz 

əməkdaşlığa,  təhlükəsizlik,  o  cümlədən  Avropa  üçün  enerji 

təhlükəsizliyi  tədbirlərinin  möhkəmlənməsinə,  Xəzər,  Qara 

dəniz, Baltik dənizi, Mərkəzi Asiya regionu, Qafqaz və Avropa 

arasında regional əməkdaşlığa yönəlmişdir.  



–  Deməliyəm  ki,  sizin  Moldovadakı  səfirliyiniz  çox  fəal 

işləyir. Bu il baş vermiş dəhşətli quraqlıqdan sonra bizə san-

ballı  maliyyə  yardımı  göstərən  ilk  ölkə  Azərbaycan  olmuş-

dur.  Moldova–Azərbaycan  əməkdaşlığı  sahəsində  hansı 

perspektivlər var?  

–  Zənnimcə,  bu  sahədə  çox  gözəl  perspektivlər  var.  Bizim 

qarşılıqlı siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir. Sizin qeyd 

etdiyiniz  kimi,  biz  Moldovada  səfirlik  açmışıq  və  o,  artıq  fəal 

işləyir.  Biz  GUAM  təşkilatı  çərçivəsində  əməkdaşlıq  edirik, 

regional əməkdaşlıq məsələlərini orada da fəal müzakirə edirik. 

Bildiyiniz  kimi,  GUAM-ın  təşəbbüsü  ilə  Birləşmiş  Millətlər 

Təşkilatında  dondurulmuş  münaqişələr  məsələsi  müzakirə 

ediləcəkdir.  Bu  da  çox  vacibdir.  Münaqişələrin  həlli  üçün 

GUAM çərçivəsində səylərimizi birləşdirmişik, çünki yuxarıda 

dediyim  kimi,  bu  münaqişələrin  hamısı  eyni  təbiətlidir, 

təcavüzkar separatizmlə bağlıdır və bu münaqişələrin hamısı az 

və ya çox dərəcədə etnik təmizləmələrlə müşayiət olunmuşdur. 

Bu  münaqişələr  nəticəsində  Moldovanın,  Gürcüstanın  və 

Azərbaycanın  ərazi  bütövlüyü  pozulmuşdur.  Buna  görə  də  biz 

qarşıya 


qoyulmuş 

məqsədə 


çatmaq, 

müstəqilliyimizi 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə