İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə6/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   ...   121

 20 

mətdə  nəqliyyatın  maneəsiz  hərəkətini  təmin  edəcəkdir.  Həm-

çinin  körpüdən  Asif  Məhərrəmov  küçəsinə  köməkçi  yollar 

ayrılır. Bu da hərəkətin intensiv olduğu üçüncü mikrorayon dai-

rəsində tıxacların qarşısını alacaqdır. Demək olar ki, hərəkətin 

təhlükəsizliyi  üçün  hər  cür  şərait  yaradılmışdır.  Sağ  və  sol 

yollar tamamilə genişləndirilmiş, hərəkətin bütün istiqamətində 

yaşıllıqlar  salınmışdır.  Tikintidə  milli  memarlıq  ele-

mentlərindən  və  müasir  texnologiyadan  istifadə  olunmuşdur. 

Körpünün  inşasında  yerli,  habelə  Rusiya  və  İtaliya  istehsalı 

olan material və avadanlıqdan istifadə edilmişdir. 

İ l h a m   Ə l i y e v: Sizi təbrik edirəm. Nə qədər yaxşı iş 

görmüsünüz.  Bakının  nəqliyyat  sisteminin  yaxşılaşması  üçün 

çox böyük işlər görülür. Körpülər, yol qovşaqları, tunellər tiki-

lir,  şəhər  gözəlləşir.  Körpülər  həm  də  memarlıq  abidələridir, 

şəhərimizə  əlavə  gözəllik  verir.  Həm  də  insanların  rahatlığı 

üçün  yaxşı  şərait  yaradılır.  Körpü  elə  bir  qurğudur  ki,  buraya 

qoyulan vəsait geri qayıtmır. Zavod, fabrik deyil ki, oradan gəlir 

gəlsin.  Sadəcə  olaraq,  dövlət  bu  vəsaiti  qoyur  ki,  insanların 

rahatlığı  təmin  olunsun,  vaxtlarını  tıxaclarda  keçirməsinlər, 

rahat  hərəkət  etsinlər.  İnsanların  yaşayış  səviyyəsi  yaxşılaşır, 

imkanları artır, hamı maşın almaq istəyir. Maşınların çoxalması 

da  istər-istəməz  nəqliyyat  problemlərinin  yaranmasına  gətirib 

çıxarır.  Ona  görə  biz  bəri  başdan  bütün  tədbirləri  gördük. 

Nəqliyyat  Nazirliyinə  bütün  göstərişlər  verilmişdir.  Bu  işlər 

böyük plan çərçivəsində görülür. Artıq yeddinci körpü istismara 

verilibdir.  Bir  neçə  yerdə  tikintilər  davam  edir.  Nəqliyyat 

Nazirliyinə  göstəriş  verilibdir,  onlar  növbəti  proqram 

hazırlayırlar.  Yəqin  ki,  yaxın  zamanlarda  Bakıda  yeni 

körpülərin, yol ötürücülərinin, qovşaqların tikintisi üçün lazımi 

tədbirlər görüləcəkdir. Beləliklə, Bakıda tıxac problemi aradan 

qalxmalıdır. 

Bununla  yanaşı,  başqa  tədbirlər  də  görülür.  Bakıda  nəq-

liyyatın hərəkətinin idarə edilməsinin xüsusi intellektual sistemi 

yaradılacaq, yol hərəkəti kompyuter vasitəsilə tənzimlənəcəkdir. 




 

21 


Beləliklə, bütün şəhərimiz üçün, şəhərin infrastrukturu üçün lazım 

olan tədbirlər görüləcəkdir. 

Çox  şadam  ki,  bu  tikintidə  yerli  şirkətlər  işləyir.  Əvvəlki 

illərdə  daha  çox  xaricdən  dəvət  edirdik.  İndi  də  dəvət  edirik, 

amma az. O vaxt bizim təcrübəmiz yox idi, imkanımız yox idi, 

texnikamız  yox  idi.  Amma  indi  hər  şey  var  və  pul  Azər-

baycanda  qalır.  Bu  pulu  Azərbaycan  vətəndaşları  qazanırlar. 

Azərbaycan  şirkətləri  güclənir  və  böyük  şirkətlərə  çevrilir. 

Gələcəkdə  onlar  həm  Azərbaycanda,  həm  də  başqa  ölkələrdə 

işləyəcəklər.  Yəqin  ki,  burada  işləyənlərin  maaşı  da  yaxşıdır. 

800, 1000, 1500 manat alanlar var. Çox gözəl. 

Onu da demək istəyirəm ki, bu körpülər çox yüksək keyfiy-

yətlə,  böyük  təminatla  tikilir.  Xarici  görünüşü  mütləq  gözəl 

olmalıdır.  Çünki  bu  həm  də  şəhərin  gözəlliyidir.  Maşınların 

hərəkəti  üçün  körpü  tikmək  olar.  Amma  biz  gözəl  körpülər 

tikirik. Baxanda adamın ürəyi sevinir. 

Buradakı təhlükəsizlik sədləri də indi Azərbaycanda istehsal 

olunur,  xaricdən  gəlmir.  Biz  bir  müddət  bundan  əvvəl 

təhlükəsizlik  sədləri  və  qalvanizasiya  zavodunun  açılışında 

iştirak  etdik.  Bütün  lazımi  materiallar  Azərbaycanda  istehsal 

olunmalıdır  və  ölkə  iqtisadiyyatı  belə  inkişaf  edəcəkdir.  Əgər 

Azərbaycanda  son  illər  ərzində  yol  tikintisinə,  körpülərin 

tikintisinə  bu  qədər  böyük  vəsait  qoyulmasaydı,  onda  bu 

zavodun  tikintisinə  də  ehtiyac  olmazdı.  Bu  zavod  tikilib  və 

fəaliyyət göstərəcək, ustalar işləyəcəklər. 

Z i y a   M ə m m ə d o v: Cənab Prezident, bu təhlükəsizlik 

sədlərinin elastikliyi var, avtomobil dəyəndə onu geri atır. Yəni 

avtomobil  digər  istiqamətə  aşmır.  Doğrudur,  təhlükəsizlik 

səddini zədələyib sıradan çıxarır, amma xəsarət olmur. 



İ l h a m   Ə l i y e v: Bəli, bunu əyir, amma sonra bunu bər-

pa etmək olur. 



Z i y a   M ə m m ə d o v:  Cənab Prezident, Sizin tapşırı-

ğınızla  biz  təkcə  Bakıda  yox,  respublikanın  müxtəlif  bölgələ-

rində  buna  bənzər  körpülər  inşa  edirik.  Oğuzda,  Qəbələdə, 

Qazaxda təqribən 4 körpü istismara verilməyə hazırdır. 




 22 

İ l h a m   Ə l i y e v: Bəli, gedin açılışlarını edin. Körpülər 

hər yerdə tikilir və hər yerdə də tikilməlidir. 

Sizi  qarşıdan  gələn  bayramlar  münasibətilə  bir  daha  təbrik 

edirəm. Sağ olun. 

* * * 

Sonra prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. 

Lövhədə  «Yolötürücü  Azərbaycan  Respublikasının  Prezidenti 

cənab  İlham  Əliyevin  sərəncamı  əsasında  2006–2007-ci  illərdə 

inşa edilmişdir» sözləri yazılmışdır. 

Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu. 

Prezident İlham Əliyev körpünün üzərindən yardımçı yolları 

və  ətraf  ərazini  seyr  etdi,  körpünün  alt  hissəsində  müxtəlif 

istiqamətlərə çəkilmiş  yollara,  Salamzadə küçəsindəki  körpüdə 

aparılan əsaslı yenidənqurma işlərinə baxdı. 

Dövlətimizin  başçısı  körpünün  müasir,  möhkəm  olması, 

küçələrin,  yardımçı  yolların  genişləndirilməsi  və  ətraf  ərazidə 

abadlıq  işlərinin  aparılması  barədə  müvafiq  tövsiyə  və  tap-

şırıqlarını verdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə