İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə7/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   2   3   4   5   6   7   8   9   10   ...   121

 

23 


 

 

PAKİSTAN İSLAM RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ 

 

Hörmətli cənab Prezident! 

Mehrabpur  şəhəri  yaxınlığında  sərnişin  qatarının  qəzaya 

uğraması  nəticəsində  çoxsaylı  insan  tələfatı  xəbəri  məni 

olduqca kədərləndirdi. 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə 

və  yaxın  adamlarına  dərin  hüznlə  başsağlığı  verir,  xəsarət 

alanlara şəfa diləyirəm. 

Allah rəhmət eləsin! 

 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 20 dekabr 2007-ci il 



 

 

 


 24 

 

 

 

ƏJDƏRBƏY MƏSCİDİNDƏ VƏ ONUN 

ƏRAZİSİNDƏ APARILAN TƏMİR-TİKİNTİ, 

ABADLIQ İŞLƏRİ İLƏ TANIŞLIQ 

 

20 dekabr 2007-ci il 

 

Dekabrın  20-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 

paytaxtın  Əjdərbəy  məscidində  və  onun  ərazisində  aparılan 

təmir-tikinti və abadlıq işləri ilə tanış olmuşdur. 

Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  şeyxülislam  Allah-

şükür Paşazadə dövlətimizin başçısına məscid barədə məlumat 

verdi  və  bildirdi  ki,  ərazidə  işlərə  bu  ilin  aprelindən  başlanıl-

mışdır. Təmir-bərpa işlərində müasir texnologiyalardan istifadə 

olunsa da, məscidin tarixi abidə olması nəzərə alınır və təmir-

bərpa  işlərindən  sonra  da  ilkin  görkəminə  uyğun  olacaqdır. 

Məscidin ətrafında daxili həyət inşa olunur. Burada qurbangah, 

namazgah və yardımçı otaqlar yerləşəcəkdir. 

Prezident  İlham  Əliyev  məscidin  daxilində  aparılan  işlərlə 

də maraqlandı. Bildirildi ki, məscidin daxilindəki əsas çilçıraq 

dəyişdiriləcək, işıqlandırma sistemi müasir üslubda qurulacaq-

dır. Tavan və divarları Qurani-Kərimin ayələri bəzəyəcəkdir. 

Prezident  İlham  Əliyev  ətraf  ərazini  gəzdi,  məscidin  xarici 

görünüşünə  xüsusi  diqqət  yetirilməsinin,  təmir-bərpa  işlərinin 

yüksək səviyyədə davam etdirilməsinin zəruriliyini söylədi. 

 

 




 

25 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

BİBİHEYBƏT ZİYARƏTGAH  KOMPLEKSİNDƏ  

 

20 dekabr 2007-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  Qurban  bayramı 



günü  –  dekabrın  20-də  Bibiheybət  ziyarətgah  kompleksində 

olmuşdur.VII  əsrin  yadigarı,  müqəddəs  qəbirlərin  sayına  görə 

islam  dünyasının  3-cü  ziyarətgahı  sayılan  Bibiheybətdə  Pey-

ğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın 

qızı həzrəti Hökümə xanımın məzarı da həmin ziyarətgahdadır. 

Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət 

abidələrimiz,  o  cümlədən  xalqımızın  iman  və  inanc  yeri  olan 

Bibiheybət  ziyarətgahı  da  sovet  dövründə  repressiyaya  məruz 

qalmış, 1934-cü ildə buradakı məscid dağıdılmışdır. 

Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu 

öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi 

dəyərlərimizə  dərindən  bağlılığı  sayəsində  bu  ziyarətgaha 

yenidən  həyat  verilmişdir.  Ümummilli  lider  1994-cü  ilin 

martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət 

etmiş,  1997-ci il iyulun  23-də,  Peyğəmbərin  mövludu  günündə 

burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il 

sonra,  yenə  də  Peyğəmbərin  mövludu  günündə  məscidin  əsas 

korpusunun açılış mərasimində iştirak etmişdir. 

Heydər  Əliyev  ideyalarına  sadiq  qalan  və  uğurla  davam 

etdirən  prezident  İlham  Əliyevin  maddi-mədəniyyət  abidələ-

rimizin,  müqəddəs  ocaqlarımızın  bərpası  ilə  bağlı  imzaladığı 

fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət 

məscid  kompleksinin  genişləndirilməsi  də  əksini  tapmışdır. 

Dövlətimizin  başçısı  2005-ci  ilin  oktyabrında  buranı  ziyarət 

edərkən  fikirlərini  bölüşmüş,  tövsiyələrini  vermişdir.  Hazırda 


 26 

Bibiheybət  ziyarətgah  kompleksinin  inşası  sürətlə  davam 

etdirilir. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  ərazinin  rel-

yefinin  mürəkkəbliyi  nəzərə  alınaraq,  ziyarətgahın  və  buradan 

keçən magistral yolun genişləndirilməsi üçün bir sıra tədbirlər 

həyata  keçirilmişdir.  Köhnə  evlər  sahiblərinə  yeni  mənzillər 

verilməklə və ya konpensasiya ödənilməklə sökülmüşdür. Tikin-

tinin  ümumi  sahəsi  1800  kvadratmetrdən  çoxdur.  Məscidin 

yaxınlığından keçən magistralın 1,8 kilometri genişləndirilərək, 

30–34  metrə  çatdırılmışdır.  Müsəlmanların  digər  möhtəşəm 

ziyarətgahlarında  olduğu  kimi,  bu  məsciddə  də  ilk  dəfə  muzey 

və  kitabxana  zəvvarların  ixtiyarına  veriləcəkdir.  Burada 

aparılan  yenidənqurma  tədbirləri  ölkəmizdə  dini  dəyərlərə  nə 

qədər  həssaslıqla  yanaşılmasının  bariz  nümunəsidir.  Dövlə-

timizin  başçısına  məlumat  verildi  ki,  məsciddə  eyni  vaxtda 

təxminən 3 min nəfərin namaz qılması mümkündür. Qadınlar və 

kişilərin  ayrılıqda  namaz  qılmaları  üçün  müvafiq  şərait  yara-

dılmışdır.  Namaz  qılınacaq  yerin  döşəməsinin  altında  xüsusi 

istilik  sistemi  quraşdırılmışdır.  İnşaat  və  tərtibat  işləri  klassik 

Şərq memarlığı üslubunda yerinə yetirilir. 

Kompleksdə çoxlu yardımçı otaqlar da tikilmişdir. 

Hər  cür  şəraiti  olan  qurbangah  da  yaradılmışdır.  İndiki 

Qurban  bayramı  münasibətilə  bu  ziyarətgahda  kəsilən  qur-

banlar Bibiheybət qəsəbəsində yaşayan aztəminatlı insanlara və 

şəhid  ailələrinə  paylanılmışdır.  Kompleksdə  yeməkxana, 

meyitlərin yuyulması üçün xüsusi yer də olacaqdır. 

Ziyarətgahın axundu Hikmət Əlizadə bildirdi ki, layihəçilər, 

inşaatçılar  bütün  işləri  yüksək  səviyyədə  görürlər.  Buranın 

ayrıca  qazanxanası,  su  təchizatı  sistemi  vardır.  Bütün 

kommunikasiya sistemi mükəmməl şəkildə quraşdırılır. 

Dövlətimizin  başçısına  kompleksin  üst  hissəsində  görülən 

işlər  barədə  də  məlumat  verildi.  Bildirildi  ki,  burada  geniş 

meydança  olacaq,  yay  aylarında  ziyarətgaha  gələnlərin  istira-

həti üçün hər cür şərait yaradılacaqdır. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə