İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə9/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   5   6   7   8   9   10   11   12   ...   121

 30 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV  

«PEYK» ZAVODUNUN AÇILIŞ  

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR 

 

Bakı 

 

21 dekabr 2007-ci il 

 

        Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



dekabrın  21-də  Müdafiə  Sənayesi  Nazirliyinin  Müdafiə,  Kəş-

fiyyat,  Naviqasiya  və  Rabitə  Sistemləri  İstehsalat  Birliyinin 

əsaslı  yenidənqurmadan  sonra  istifadəyə  verilən  «Peyk»  zavo-

dunun açılış mərasimində iştirak etmişdir. 

 Ulu öndər Heydər Əliyev Bakıda bu cür istehsal sahələrinin 

yaradılmasına  böyük  diqqət  yetirirdi.  Hələ  SSRİ  vaxtında 

tikintisinə başlanmış zavod 1993-cü ilin sentyabrında istifadəyə 

verilmiş, ümummilli lider onun açılışında iştirak etmişdi.  

 2006-cı  ilin  martından  zavod  Azərbaycan  Respublikası 

Müdafiə    Sənayesi  Nazirliyinin  tabeliyindədir.  Ötən  müddətdə 

dövlətimizin  başçısının  tapşırığına  əsasən  dünyanın  aparıcı 

şirkətlərinin  yaxından  iştirakı  ilə    tamamilə  yenidən  qurulmuş 

müəssisə hərbi və mülki təyinatlı məhsul – çap lövhələri  bura-

xır. İllik gücü 80 min kvadratmetr olan zavodda bütün  istehsal 

prosesi  avtomatlaşdırılmışdır.  Müəssisəyə  xammal  Belçika, 

Hollandiya və başqa ölkələrdən gətirilir. 

Prezident  İlham  Əliyev  əvvəlcə  ulu  öndər  Heydər  Əliyevin 

büstünü  ziyarət  etdi.  Sonra  dövlətimizin  başçısı  müəssisənin 

yenidənqurmadan  əvvəlki  və  indiki  vəziyyətini  və  ulu  öndərin 

1993-cü  ildə  müəssisənin  açılışında  iştirakını  əks  etdirən 

fotoguşəyə və qısa filmə baxdı. 


 

31 


Prezident İlham Əliyev zavodun rəmzi açılışını bildirən lenti 

kəsdi, istehsal prosesi ilə tanış oldu. 

Müdafiə  Sənayesi  naziri  Yavər  Camalov  məlumat  verərək 

dedi  ki,  zavodda  ABŞ,  Almaniya,  Fransa,  İtaliya  və  digər  öl-

kələrdən  alınmış  və  ən  son  elmi-texniki  nailiyyətlər  əsasında  

yaradılmış  avadanlıq  quraşdırılmışdır.  Artıq  Hollandiya,  Tür-

kiyə, İsrail, İsveç və başqa ölkələrdən sifarişlər daxil olmuşdur. 

Məhsullar  yüksək  keyfiyyətli  olduğundan  sifarişlər  artır.  Ayda  

20–30  min  kvadratmetr  çap  lövhəsi  istehsal  ediləcəkdir. 

Hazırda  dünyada  ildə  500  milyard  dollarlıq  çap  lövhəsi 

hazırlanır,  bunun  təqribən  75  faizi  Şərqi  Asiya  ölkələrinin 

payına düşür. Tələbat isə hər il orta hesabla 10 faiz artır. Rəqa-

bətə  davamlı  məhsul  istehsal  etməyi  qarşısına  məqsəd  qoyan 

müəssisə  dünya,  o  cümlədən  Avropa  bazarında  layiqli  yerini 

tutmaq əzmindədir. Hazırda zavodda 100 nəfər çalışır, 2008-ci 

ildə işçilərin sayını 250 nəfərə çatdırmaq nəzərdə tutulmuşdur.  

 Zavodla  yaxından  tanış  olan  prezident  İlham  Əliyev  qeyri-

neft  sektorunu  köklü  şəkildə  inkişaf  etdirməyi  prioritet  məqsəd 

kimi  qarşıya  qoyan  Azərbaycanda  müasir  texnologiyaların 

tətbiq  olunduğu  müəssisələrin  yaradılması  üçün  tədbirlərin 

daha da genişləndiriləcəyini bildirdi.  

İ l h a m   Ə l i y e v: Əgər biz Müdafiə Sənayesi Nazirliyini 

yaratmasaydıq, bu zavod da olmayacaqdı. Bu həm də dünyadakı 

yüksək  texnologiya  və  istehsalatdır.  Biz  buna  doğru  gedirik, 

iqtisadiyyatımızı  bu  istiqamətdə  inkişaf  etdiririk.  Əlbəttə,  bu 

həm  də  yeni    iş  yeridir.  Müəssisə  gəlirlə  işləyəcək,  vəsaitləri 

yeni  istehsal  sahələrinə  qoyacaqsınız.  Eyni  zamanda,  dövlət 

tərəfindən də vəsait ayrılır. Burada intellektual məhsul istehsal 

edilir. Bu çox vacibdir.  

Bəzi  hallarda  Azərbaycanda  istehsal  olunan  məhsullar 

alınmır,  xaricdən  gətirirlər.  Burada  isə  yüksək  keyfiyyətə, 

texnologiyaya  malik  məhsul  istehsal  olunur.  Bütün  yerli 

qurumlar  buradan  almalıdır.  Əlbəttə,  siz  də  təbliğat, reklam  işi 

təşkil edin, hamı bilsin ki, Azərbaycanda nələr istehsal olunur. 



 32 

Y  a  v  ə  r    C  a  m  a  l  o  v  :  Cənab  Prezident,  bütün  kollek-

tivimiz  adından  Sizə  minnətdarlığımı  bildirirəm  ki,  bizi 

dəstəklədiniz,  belə  şərait  yaratdınız  və  bu  zavodu  bərpa  etdik. 

Bu, bilavasitə Sizin sayənizdə mümkün olmuşdur. 



İ l h a m   Ə l i y e v: Bu sizin bərpa etdiyiniz birinci zavod 

deyil. 


Y a v ə r   C a m a l o v: Bəli, dörd zavod bərpa etmişik. 

İnşallah, hər biri ilə tanış olacaqsınız. 



İ l h a m   Ə l i y e v: 2008–2009-cu illərdə bu sahəyə böyük 

investisiyalar  qoyulacaqdır.  Azərbaycanda  həm  müdafiə 

sənayesi,  həm  də  belə  yüksək  texnoloji  prinsiplərə  əsaslanmış 

müəssisələr  yaradılmalıdır.  Bu,  gələcək  üçündür.  İndi  bizim 

yaxşı imkanlarımız var, təbii sərvətlərimiz var, sənaye istehsalı 

var.  Amma  bu  müəssisə  məni  xüsusilə  sevindirir,  yüksək 

texnologiyaya  əsaslanan  intellektual  istehsalatdır  və  Azərbay-

canı gələcəyə aparan yoldur. Sizə bu işdə uğurlar arzulayıram. 

Mən heç təsəvvür etmirdim ki, bu qısa müddət ərzində yüksək 

dünya  standartlarına  uyğun  belə  gözəl  sənaye  obyekti 

yaradılacaqdır. Artıq sizin istehsal etdiyiniz məhsula Avropada 

maraq  var.  Bölgədə,  MDB  məkanında  bu  zavodun  analoqu 

yoxdur.  Çox  sevindirici  haldır.  Sizə  uğurlar  arzulayıram.  Sağ 

olun. 


 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə