İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə26/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   22   23   24   25   26   27   28   29   ...   121

 86 

   

 

 

 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

MİLLİ PARKDAKI MUSİQİLİ  FƏVVARƏNİN 

AÇILIŞI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR 

 

28 dekabr 2007-ci il 

 

Dekabrın  28-də  Milli  parkda,  Muzey  Mərkəzinin  qar-

şısında  tamamilə  yenidən  qurulmuş  «Ağ»  musiqili  fəvvarə  işə 

salınmışdır. Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak 

etmişdir. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

prezidentə  onun  tapşırığı  əsasında  burada  görülən 

yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, 

fəvvarənin  layihəsi  İtaliyada  hazırlanıb  və  mütəxəssislər  də 

oradan gəlmişlər. Belə bir musiqili fəvvarə dünyada yeganədir 

və  layihənin  müəlliflik  hüququ  Azərbaycana  məxsusdur. 

Fəvvarənin hovuzunda Braziliyadan hazır gətirilən ağ kristallik 

mərmərlər,  ətrafa  isə  Yaponiya  texnologiyası  əsasında 

hazırlanan qranit döşənibdir. 

Fəvvarənin  ətrafındakı  işıqlandırma  sistemi  yapon  mütə-

xəssislərinin  ideyasıdır.  Fəvvarə  və  nasoslar  zirzəmidə  quraş-

dırılan avtomatik sistemlə idarə olunur. 

Musiqi kompozisiyası Çaykovski, Ştraus və Sviridovun əsər-

ləri,  habelə  Alim  Qasımovun  ifa  etdiyi  muğam  əsasında 

hazırlanmışdır. 

Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  Milli 

parkda  gəzintiyə,  istirahətə  çıxan  sakinlərlə  də  görüşdülər. 

Dövlətimizin başçısı soydaşlarımıza ən xoş arzularını, qarşıdakı 

bayramlar  münasibətilə  təbriklərini  yetirdi.  Paytaxt  sakinləri 

prezident  İlham  Əliyevin  Vətən  və  xalq  qarşısındakı  xidmət-

lərini  yüksək  qiymətləndirdilər,  ən  səmimi  arzularını 

çatdırdılar. Sonra xatirə şəkli çəkdirildi. 



 

87 


 

 

 

AZƏRBAYCAN  PREZİDENTİ İLHAM ƏLİYEV 

SAHİBKARLIĞIN İNKİŞAFINDA MÜHÜM 

MƏRHƏLƏ OLAN «BİR PƏNCƏRƏ» SİSTEMİNİN 

TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK 

ETMİŞDİR 

 

29 dekabr 2007-ci il 

 

Dekabrın 29-da Vergilər Nazirliyinin Xüsusi Rejimli Ver-



gi  Xidməti  Departamentində  Azərbaycanda  sahibkarlığın 

inkişafında  mühüm  mərhələ  olan  «bir  pəncərə»  sisteminin 

təqdimat mərasimi olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak  et-

mişdir. 

Dövlətimizin  başçısı  əvvəlcə  departamentin  binasında 

xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  büstü  önünə  gül 

dəstəsi qoydu. 

«Bir  pəncərə»  sisteminin  tətbiqi  proseduru  ilə  tanış  olan 

prezident  İlham  Əliyevə  məlumat  verildi.  Vergilər  naziri  Fazil 

Məmmədov  bildirdi  ki,  dövlət  başçısının  «Azərbaycan  Res-

publikasında  sahibkarlığın  inkişafı  ilə  bağlı  bəzi  tədbirlər 

haqqında»  2007-ci  il  30  aprel  tarixli  fərmanı  və  «Sahibkarlıq 

fəaliyyəti  subyektlərinin  fəaliyyətinin  «bir  pəncərə»  prinsipi 

üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 2007-ci il 25 

oktyabr  tarixli  sərəncamına  uyğun  olaraq,  elektron  hökumətin 

əsas  elementlərindən  olan  «bir  pəncərə»  sistemi  məlumatların 

bir  mərkəzdə  cəmləşdirilməsini,  vergi  qeydiyyatı  da  daxil 

olmaqla,  bütün  inzibati  qeydiyyatların  tamamilə  sinxron-

laşdırılmasını  nəzərdə  tutur.  İş  adamlarının  mərkəzi  sistemlə  av-

tomatik,  on-layn  və  davamlı  əlaqəsi  yaranır.  Faktiki  olaraq,  bu, 

lisenziyaların  mərkəzləşdirilmiş  qaydada  və  elektron  şəkildə 

təqdim  edilməsi  deməkdir.  Bu  zaman  qeydiyyat  prosedurlarının 


 88 

sayı  azalır  və  vaxt  itkisinin  qarşısı  alınır.  Qeydiyyatın  «bir  pən-

cərə»  prinsipi  üzrə  aparılması  sahibkarlıq  sektoruna  marağın 

güclənməsinə  və  biznesin  inkişafına  təkan  vermişdir.  Digər 

tərəfdən,  «bir  pəncərə»  sisteminin  tətbiqi  investisiya  mühitini 

daha  da  yaxşılaşdıracaq,  sahibkarların  dövlət  qurumlarından 

asılılığını azaldacaq, uzunmüddətli qeydiyyat prosedurları ləğv 

olunacaq və sadələşdiriləcəkdir. Bu isə son nəticədə sahibkarın 

cəmi  bir  neçə  gündə  qeydiyyata  alınmasına  və  fəaliyyətə  baş-

lamasına imkan verəcəkdir. 

Bu,  sərəncamda  nəzərdə  tutulduğu  kimi,  ölkədə  sahib-

karlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişli-

liyinin daha da artırılması və biznesə başlama prosedurlarının 

sadələşdirilməsi  üçün  zəruri  tədbirlərin  görülməsi  məqsədi  ilə 

yeni ildən tətbiq olunacaqdır. 

Prezident  İlham  Əliyev  təqdim  edilən  ərizə  əsasında  kom-

mersiya  üzrə  hüquqi  şəxsin  qeydiyyatı  prosesinin  yekun 

mərhələsi  ilə  tanış  oldu.  Dövlətimizin  başçısının  iştirakı  ilə 

kommersiya  üzrə  hüquqi  şəxs  dövlət  qeydiyyatına  alındı.  O  da 

bildirildi  ki,  burada  bütün  məlumat  kitabçaları  qoyulub, 

elektron  məlumat  terminalları  da  sahibkarlara  xidmət  edir. 

Sistem  vasitəsilə  şəffaflıq  tam  təmin  edilib  və  tətbiq  olunan 

təcrübəyə görə, ölkəmiz Şərqi Avropa ölkələrini qabaqlayır. 

İndiyədək  hökumət  lisenziya  verən  qurumların  sayının 

azaldılması  ilə  əlaqədar  tədbirlər  görsə  də,  qeydiyyat  məsə-

ləsində problemlər  hələ  də  qalırdı.  Sahibkarlar fəaliyyətə  baş-

lamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri 

əldə etmək üçün Vergilər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin 

Sosial  Müdafiəsi  nazirliklərindən,  Dövlət  Statistika  Komi-

təsindən,  Sosial  Müdafiə  Fondundan  və  digər  dövlət  qurum-

larından  keçməli  idilər.  Bu  isə  ən  azı  150  gün  vaxt  aparırdı. 

Hətta  işə  başlamaq  üçün  sahibkarlar  1  il  gözləməyə  məcbur 

idilər.  «Bir  pəncərə»  sisteminin  tətbiqindən  sonra  biznesini 

qeydiyyatdan  keçirmək  istəyən  sahibkar  əvvəllər  olduğu  kimi, 

72  deyil,  3  gün  gözləyəcək  və  tələb  olunan  prosedurların  sayı 

15-dən 5-ə qədər azaldılacaqdır. Sahibkarlar sənədlərini yalnız 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə