İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə67/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   63   64   65   66   67   68   69   70   ...   121

 228 

ictimai-siyasi  quruluş  tamamilə  başqa  idi.  Amma  indi  bütün 

MDB  dövlətlərində  bazar  iqtisadiyyatı  prinsipləri  üstünlük 

təşkil  edir.  Belə  olan  halda,  əlbəttə,  işçilərlə  işverənlər 

arasındakı  münasibətlər  tənzimlənməlidir,  işçilərin  hüquqları 

tam  şəkildə qorunmalıdır. Dövlət öz  tərəfindən  qəbul  edilmiş 

qərarlarla bu sahəyə töhfəsini verməlidir və verir. 

Azərbaycanda sosial məsələlərin həllinə son zamanlar böyük 

vəsaitlər ayrılır, işçilərin əməkhaqları ildə bir neçə dəfə artırılır. 

O  cümlədən  minimum  əməkhaqqı  bir  neçə  dəfə  artırılmışdır. 

Hesab  edirəm  ki,  gələcəkdə  ölkəmizin  iqtisadi  imkanları 

genişləndikcə bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir. 

Mən  əminəm  ki,  qurultayda  səslənən  fikirlər,  məruzələr 

böyük  maraq  doğurur  və  bu  baxımdan  qurultay  uğurlu  ola-

caqdır.  Eyni  zamanda,  bu,  yeni  imkan  yaradır  ki,  müxtəlif 

ölkələrdən olan nümayəndələr bir yerə yığışsınlar, görüşsünlər, 

öz  dostluq  münasibətlərini  daha  da  möhkəmləndirsinlər  və 

ölkələrimiz arasında əməkdaşlıq, o cümlədən bu sahədə sürətlə 

inkişaf etsin. 

M i x a i l   Ş m a k o v (Panavropa Regional Həmkarlar 

İttifaqları  Şurasının  prezidenti,  Rusiya  Müstəqil  Həmkarlar 

İttifaqları  Federasiyasının  sədri,  Həmkarlar  İttifaqları  Bey-

nəlxalq Konfederasiyasının vitse-prezidenti): Sağ olun, hörmətli 

İlham  Heydər  oğlu.  Mən,  Şmakov  Mixail  Viktoroviç  Rusiya 

Müstəqil  Həmkarlar  İttifaqları  Federasiyasının  sədri  və  eyni 

zamanda,  Panavropa  Regional  Həmkarlar  İttifaqları  Şurasının 

prezidentiyəm.  Möhtərəm  İlham  Heydər  oğlu,  bu  qəbula  görə, 

həmkarlar  ittifaqları  hərəkatında  mövcud  problemləri  Sizinlə 

müzakirə etmək imkanına görə minnətdarıq. Biz bilirik ki, Siz 

Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasına  çox 

səmimi münasibət bəsləyirsiniz. Heç şübhəsiz, biz Azərbaycan 

Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Həmkarlar 

İttifaqları  Konfederasiyasında,  Panavropa  Regional  Həmkarlar 

İttifaqları  Şurasında  apardığı  işləri  yüksək  qiymətləndiririk. 

Hazırda  Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyası 

bizim təşkilatın Baş Şurasının – Panavropa Regional Həmkarlar 




 

229 


İttifaqları  Şurasının  üzvüdür.  Əlbəttə,  biz  Azərbaycanın 

təcrübəsini həmişə təbliğ edirik. Bu təcrübə ondan ibarətdir ki, 

sizin ölkənizin, respublikanızın əmək qanunvericiliyində çoxları 

üçün  bəlkə  də  hələ  əlçatmaz  olan  belə  bir  müddəa  vardır  ki, 

işçinin işə qəbul edilməsi, işdən azad olunması ilə bağlı bütün 

məsələlər hökmən həmkarlar ittifaqları ilə müzakirə edilməlidir. 

Hesab  edirik  ki,  bu,  bütövlükdə  Azərbaycanın  və  əlbəttə, 

Azərbaycan  Həmkarlar  İttifaqları  Konfederasiyasının  çox 

böyük nailiyyətidir. 

Daha  sonra  M.Şmakov  MDB  ölkələrində,  o  cümlədən  Azər-

baycanda  işə  götürənlərlə  işçilər  arasında  münasibətlərdən,  bu 

sahədə  həllini  gözləyən  problemlərdən  və  digər  məsələlərdən 

danışdı.  O  qarşıda  duran  vəzifələrin  həlli  üçün  MDB  ölkələri 

həmkarlar  ittifaqlarının  fəal  təcrübə  mübadiləsi  apardığını, 

ümumi problemlərin həlli üçün səyləri birləşdirdiyini bildirdi. Bu 

baxımdan  Bakıda  keçirilən  qurultayın  böyük  əhəmiyyətini  vur-

ğuladı. M.Şmakov dedi: 

–  Fevralın  26-da  Panavropa  Regional  Həmkarlar  İttifaq-

ları  Şurası  və  Həmkarlar  İttifaqlarının  Beynəlxalq  Konfede-

rasiyası  Azərbaycanda  qeyri-formal  iqtisadiyyata  qarşı  mü-

barizə  məsələlərinin  müzakirəsinə  və  öyrənilməsinə  həsr 

olunmuş  layihəyə  başlayacaqdır.  Biz  Azərbaycanda  bu  layi-

həni  başlamaqla  müvafiq  orqanlara  müraciət  etmək  istərdik 

ki, bu layihə dövlət tərəfindən bəyənilsin və ya dəstəklənsin, 

çünki  bu  elə  bir  ümumi  problemdir  ki,  onun həlli  hamımıza 

kömək edə bilər. 



N  i  h  a  d      Y  u  r  d  a  k  u  l  (Türk  İşçi  Həmkarlar  İttifaqları 

Konfederasiyasının  təhsil  üzrə  katibi):  Sizinlə  birlikdə  olmaqdan 

məmnun olduğumu ifadə etmək istəyirəm. Türkiyədə çalışan bütün 

işçi qardaşlarımın və bütün türk xalqının Sizə hörmət və ehtiramını 

çatdırmaq istəyirəm. Böyük dövlət adamı və böyük lider mərhum 

Heydər  Əliyevin  biz  «bir  millət,  iki  dövlətik»  müdrik  kəlamına 

söykənərək, hazırda Sizin liderliyinizlə iki ölkə arasındakı iqtisadi 

və sosial əlaqələr genişlənməkdə davam etməkdədir. Bunu məm-

nuniyyətlə  vurğulayıram  ki,  Sizin  önərliyinizlə  Türkiyə  və 




 230 

Azərbaycanın  həmkarlar  ittifaqları  arasında  əməkdaşlıq,  sosial 

əlaqələr  bundan  sonra  da  genişlənəcəkdir.  Sizin  rəhbərliyinizlə 

Azərbaycanda  həyata  keçirilən  sosial  siyasətin  əməkçilərin 

mənafeyinə  uyğun  olaraq,  gələcəkdə  də  inkişaf  edəcəyini  bilirik. 

Sizə bundan sonrakı fəaliyyətinizdə  uğurlar diləyirəm. 



V l a d i m i r   Ş e r b a k o v (Həmkarlar İttifaqları Ümumi 

Konfederasiyasının  Baş  katibi):  Burada  olmağımıza  imkan 

yaratdığınıza  görə  Sizə  çox  minnətdaram.  Mən  Sizin  atanızı  çox 

yaxşı  tanıyırdım.  O,  SSRİ  Nazirlər  Sovetinin  sədrinin  birinci 

müavini  olanda  mən  Baş  direktor  idim.  Orada  rastlaşırdıq. 

Ümumiyyətlə,  mən ona  minnətdaram, onunla 10 il bundan əvvəl 

burada görüşmüşdük.  

Sizin  gözəl ölkənizin bütün uğurlarını diqqətlə izləyirəm. Son 

üç ilin göstəriciləri məni heyran etdi. Jurnalda Sizin məqalənizi də 

oxumuşam.  İndi  ölkəniz  sosial  problemlərin  həlli  baxımından 

Rusiyaya  çox  oxşayır.  Təhsil  sistemi,  mədəniyyətin  inkişafı, 

mənzil tikintisi, infrastruktur – bütün bunlar bizə yaxın olan həssas 

məsələlərdir,  ona  görə  ki,  indi  MDB  ölkələri  müxtəlif  tərzdə, 

müxtəlif  səviyyədə  inkişaf  edir.  Lakin  artıq  üçüncü  ildir  ki,  biz 

minimum  əməkhaqqının  əhəmiyyətli  dərəcədə  artırılmasına  dair 

birgə kampaniya keçiririk. Mən ona görə «əhəmiyyətli dərəcədə» 

deyirəm ki, indi biz minimum əməkhaqqının yaşayış minimumuna 

bərabər  olması  məsələsini  qaldırmışıq.  Bu  sahədə  məhz 

Qazaxıstan, Azərbaycan və Rusiya liderlik edir. 



Daha  sonra  V.Şerbakov  MDB  ölkələrində,  o  cümlədən  Rusi-

yada  sosial  məsələlərin  həlli  üçün  görülən  ardıcıl  tədbirlərdən 

danışdı, mövcud problemlərə toxundu, həmkarlar təşkilatlarının da 

həmin  problemlərin  həllinə  yardımçı  olmaq  məqsədi  ilə 

əməkdaşlığı  daha  da  genişləndirdiyini  bildirdi.  O,  Həmkarlar  İt-

tifaqları  Ümumi  Konfederasiyasının  ölkələrimiz  arasında  in-

teqrasiyanın güclənməsi, qarşılıqlı anlaşmanın və dostluğun daha 

geniş vüsət alması üçün mümkün olan hər şeyi etməyə çalışdığını 

vurğuladı və Azərbaycan xalqına daha böyük firavanlıq arzuladı. 

 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə