İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə1/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
  1   2   3   4   5   6   7   8   9   ...   115


 

 

İNKİŞAF –  

MƏQSƏDİMİZDİR 

 

 



İYİRMİ ÜÇÜNCÜ  KİTAB 

————— 

MART 2007 - APREL 2007 

 

 

 

AZƏRNƏŞR  

BAKI - 2015 


 2 

 

 



 

ÇIXIŞLAR * NİTQLƏR 

 

BƏYANATLAR * MÜSAHİBƏLƏR 

 

MƏKTUBLAR * MƏRUZƏLƏR 

 

MÜRACİƏTLƏR * FƏRMANLAR 

 

 



 

AZƏRNƏŞR  

BAKI - 2015 

 

 


 



BBK 32 



Ə 56

   

 

Buraxılışına məsul 



akademik 

 

RAMİZ MEHDİYEV 

 

 

 



ƏLİYEV İLHAM 

Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2015, 400 səh. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  oxuculara 



təqdim olunan  «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu cildində ölkə-

mizin  iqtisadi,  siyasi,  mədəni  həyatına,  regionların  sosial-iqtisadi 

inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, göstərişləri öz 

əksini tapmışdır. 

Kitaba prezident İlham Əliyevin Tacikistana, Rusiya Federasiyasına, 

Cənubi Koreyaya rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət 

başçıları ilə danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq 

əməkdaşlığın  möhkəmləndirilməsi  və  genişləndirilməsinə  rəvac  verən 

nitqləri və çıxışları, həmçinin Bakıya rəsmi səfərə gələn Polşa prezidenti 

Lex  Kaçinski  və  başçılıq  etdiyi  nümayəndə  heyəti  ilə  keçirdiyi  gö-

rüşlərə, danışıqlara dair materiallar toplanmışdır. 

Bu cilddə,  həmçinin prezident İlham Əliyevin  Dünya  Azərbaycan 

və  türk  diaspor  təşkilatları  rəhbərlərinin  I  forumunda  və  Moskvada 

Mstislav  Rostropoviçin 80 illiyi şərəfinə təşkil edilmiş rəsmi qəbulda 

nitqi,  KİV-ə  verdiyi  müsahibələr,  Ermənistan–Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinə  dair  müzakirələr  və  bir  çox  digər  məsələlər 

dərc edilmişdir. 

 

İSBN  978-9952-8100-7-3 



 

32

-

ББК

     

          

          

2015

651(07)

М

0801000000

Я

  





 

   


 

 

 



 

   


 

 

 



© Azərnəşr, 2015 


 4 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

ŞAMAXI RAYONUNA SƏFƏRİ  

 

1 mart 2007-ci il 

 

Müalicə-Diaqnostika Mərkəzinin 



təməlqoyma mərasimi 

 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  1-də  Şamaxı 

rayonuna  gəlmişdir.  Rayonun  minlərlə  sakini  dövlətimizin  baş-

çısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, 

gül-çiçəklə  qarşıladılar.  Onların  əllərində  Azərbaycanın  Dövlət 

bayraqları, ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin 

portretləri,  xalqımızın  ümummilli  liderinin  müdrik  kəlamları 

yazılmış transparantlar var idi.    

Prezident  İlham  Əliyev  əvvəlcə  Şamaxı  Müalicə-Diaqnostika 

Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi.  

Dövlətimizin başçısı mərkəzin Baş planı ilə tanış oldu. Dövlət 

Neft Şirkətinin  prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, 3 

mərtəbədən ibarət olacaq mərkəzdə poliklinika, cərrahiyyə şöbəsi, 

əməliyyat bloku yerləşəcəkdir. Ümumi ərazisi 1,5 hektardır, tikinti 

sahəsi isə 2200 kvadratmetrdir. Burada qazanxana, camaşırxana, 

su  hovuzu,  yanğınsöndürmə  hovuzu,  avtomobil  dayanacağı  da 

olacaqdır.  Sifarişçi  Dövlət  Neft  Şirkətidir.  Tikinti  işlərini  

«Sənayetikinti» Səhmdar Cəmiyyəti yerinə yetirəcək və 1 il ərzində 

obyekti tam təhvil verəcəkdir. Avadanlıqla birlikdə mərkəzin smeta 

dəyəri 5 milyon manatdır. Bu, ölkəmizdə tikilən 10-cu diaqnostika 

mərkəzi olacaqdır.  

Prezident İlham Əliyev diaqnostika mərkəzinin təməlinə gilizi 

qoydu və beton qarışığı tökdü. 

Sonra Şamaxı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş 

keçirildi. 

Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 


 



 



 

 

ŞAMAXI RAYONU İCTİMAİYYƏTİNİN 

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ  

NİTQ 

 

1 mart 2007-ci il 

 

Əziz şamaxılılar! 

Əziz bacılar və qardaşlar! 

   


Bu gün çox əlamətdar bir gündür. Şamaxı rayonunda yeni 

Müalicə-Diaqnostika Mərkəzinin təməlini qoyduq. Əminəm ki, 

qısa müddət ərzində burada çox gözəl bir tibb ocağı tikiləcək və 

şamaxılıların istifadəsinə veriləcəkdir. Burada ən yüksək dünya 

standartlarına  uyğun  müasir  avadanlıqlar  olacaq,  diaqnostika, 

müalicə  və  müayinə  üçün hər cür şərait  yaradılacaqdır.  Bu  bir 

də  onu  göstərir  ki,  Azərbaycanda  çox  güclü  sosial  siyasət 

aparılır.  

Bildiyiniz  kimi,  ölkəmizin  müxtəlif  rayonlarında  yeni, 

müasir xəstəxanalar tikilir. Artıq Lənkəranda və Naxçıvanda bu 

xəstəxanalar  fəaliyyətə  başlamışdır  və  orada  çox  yüksək  tibbi 

xidmət  var.  Başqa  şəhər  və  rayonlarda  da  eyni  tibb  ocaqları 

tikilir.  Bu  gün  Şamaxıda  təməlini  qoyduğumuz  xəstəxana, 

əlbəttə  ki,  ən  yüksək  səviyyədə  tikilib  istifadəyə  veriləcəkdir. 

Bütün  bunları  biz  indi  həyata  keçiririk,  imkanlarımız  artır,  ulu 

öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  başlanmış  Azərbaycanın 

neft strategiyası nəticəsində bütün bunlar mümkün olur. Çünki 

bütün  bu  yeni  xəstəxanalar  və  diaqnostika-müalicə  mərkəzləri 

Neft Şirkətinin hesabına tikilir. Əgər 1994-cü ildə biz xarici neft 

şirkətləri ilə əməkdaşlığa başlamasaydıq, bu gün bunları etmək 

qeyri-mümkün  olacaqdı.  Bu  onu  göstərir  ki,  Azərbaycan  nefti, 

Azərbaycanın  təbii  sərvətləri  insanların  rifah  halının 

yaxşılaşmasında  öz  rolunu  oynayır.  Bizim  güclü  sosial 

siyasətimizin  də  əsas  məqsədi  ondan  ibarətdir  ki,  Azərbaycan 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə