İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə3/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   ...   115

 



 



Sonra  prezident  İlham  Əliyev  sakinlərlə  görüşüb  hal-əhval 

tutdu.  Onlar  dövlətimizin  başçısına  təşəkkürlərini  bildirdilər. 

Ölkənin  sosial-iqtisadi  inkişafı  sahəsində  görülən  işlərdən 

razılıqlarını ifadə etdilər, ulu öndərin tarixi xidmətlərini xatır-

ladılar,  onun  arzularının  həyata  keçirilməsi  istiqamətində 

dövlətimizin  başçısının  rəhbərliyi  ilə  daha  böyük  uğurlar 

qazanılacağına  əminliklərini  söylədilər.  Eyni  zamanda,  bildir-

dilər  ki,  bu  yolda  şamaxılılar  hər  zaman  prezidentə  arxa  ola-

caqlar. 

 

 




 10 

 

 



 

«STAR» MƏİŞƏT AVADANLIĞI ZAVODU  

İLƏ TANIŞLIQ 

 

Şamaxı şəhəri 

 

1 mart 2007-ci il 

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  1-də  Şamaxı  şəhərindəki  «Star»  məişət  avadanlığı 

zavodu ilə tanış olmuşdur.  

Zavodun kollektivi dövlətimizin başçısını və xanımını böyük 

hörmət və ehtiramla qarşıladı. 

«Evsen»  şirkətlər  qrupunun  prezidenti  Əli  Evsen  dövlə-

timizin  başçısına  məlumat  verərək  bildirdi  ki,  uzunluğu  210 

metr,  eni  72  metr  olan  sahədə  istehsal  xətti  quraşdırılmışdır. 

Burada  soyuducu,  kondisioner  və  paltaryuyan  maşın  istehsal 

ediləcəkdir.  Müəssisədə  tam  istehsal  prosesi  yaradılacaq,  yəni 

məhsul  buraxılışı  üçün  lazım  olan  bütün  hissələr  burada 

hazırlanacaqdır.  Zavodda  quraşdırılan  avadanlıq  ABŞ,  Ya-

poniya, Tayvan və İtaliyadan gətirilmişdir. Burada ildə müxtəlif 

modellərdə  300  min  ədəd  kondisioner,  200  min  ədəd  müxtəlif 

ölçülü  soyuducu  və  150  min  ədəd  paltaryuyan  maşını  istehsal 

etmək  nəzərdə  tutulur.  Müəssisədə  1500  nəfər  çalışacaq, 

onların 3 faizini xarici mütəxəssislər təşkil edəcəkdir. İşçilərin 

hamısı  xaricdə  xüsusi  kurslar  keçmişdir.  Hazırda  orta 

əməkhaqqı  150–160  manatdır.  Gələcəkdə  istehsal  sahələri 

genişləndikcə,  əməkhaqqı  da  artırılacaqdır.  Bu  ilin  mayında 

Malayziyadan gələn mütəxəssislərin iştirakı ilə müəssisə tam işə 

düşəcəkdir.  

Prezident  İlham  Əliyev  müəssisənin  ayrı-ayrı  istehsal  sahə-

lərini gəzdi, quraşdırılmış avadanlıqla tanış oldu. Dövlətimizin 

başçısına  məlumat  verildi  ki,  zavod  təkcə  Azərbaycanda  yox, 


 

11 


bütün  regionda  bu  tipli  yeganə  müəssisədir.  Zavod  zəngin 

təcrübəsi  olan  beynəlxalq  səviyyəli  müəssisələrlə  əməkdaşlıq 

edəcəkdir. 

Sonra prezident İlham Əliyev Şamaxı avtomobil zavodunun 

istehsalı  olan  ehtiyat  hissələrindən  ibarət  sərgiyə  baxdı. 

Məlumat verildi ki, «AzSamand» markalı avtomobillər istehsal 

edən  bu  zavodda  indiyədək  1000  ədəd  maşın  buraxılmışdır. 

Gələcəkdə  «Pejo-206»  və  «Pejo-405»  markalı  avtomobillərin 

istehsalı  nəzərdə tutulur. Hazırda zavodda bir növbədə 70 işçi 

çalışır, müəssisənin özünün sınaq poliqonu vardır. 

Dövlətimizin  başçısı bu  cür  müəssisələrin  ölkə iqtisadiyyatı 

üçün əhəmiyyətini vurğuladı və ölkəmizdə belə yüksək səviyyəli 

istehsal  sahələrinin  yaradılmasının  qürur  doğurduğunu 

bildirdi.  

Burada  rayon  icra  hakimiyyətinin  başçısı  Nazim  İsmayılov 

prezident  İlham  Əliyevə  Şamaxıda  görülən  işlərlə  bağlı 

məlumat verdi. Bildirdi ki, Heydər Əliyev Fondunun «Yeniləşən 

Azərbaycana  yeni  məktəb»  proqramı  çərçivəsində  rayonda  bir 

neçə  məktəb  tikilmişdir.  Yeni  yollar  çəkilir,  elektrik  enerjisi 

təminatında  heç  bir  problem  yoxdur.  Turizmin  inkişafı  üçün 

Fransa şirkətləri ilə yeni layihə hazırlanır. Şamaxıya göstərilən 

diqqət  və  qayğıya  görə  minnətdarlığını  bildirən  icra 

hakimiyyətinin  başçısı  dedi  ki,  ayrılan  vəsaitlər  hesabına  bir 

çox  problemlər  öz  həllini  tapır.  Sürüşmə  zonasında  yerləşən 

obyektlər,  məktəblər  Fövqəladə  Hallar  Nazirliyi  tərəfindən 

qeydiyyata alınmışdır.  

Prezident İlham Əliyev rayonun inkişafı, abadlıq-quruculuq 

işlərinin  davam  etdirilməsi  üçün  gələcəkdə  də  tədbirlər 

görüləcəyini  bildirdi,  səhiyyə,  təhsil,  turizm  sektorunun  dirçəl-

dilməsi,  fermer  təsərrüfatlarına  xüsusi  diqqətin  yetirilməsi 

barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.  

Bununla da prezidentin Şamaxıya səfəri başa çatdı. 

 

 



 

 

 



 

 

 



  

 

 




 12 

 

 



 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

OĞUZ RAYONUNA SƏFƏRİ  

 

1 mart 2007-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  1-də  Şamaxı 

rayonundan  Oğuz  rayonuna  gəlmişdir.  Dövlətimizin  başçısı 

Oğuz–Qəbələ–Bakı  su  kəmərinin  təməlqoyma    mərasimində 

iştirak etmişdir.  

Buraya  toplaşan  və  əllərində  Azərbaycanın  Dövlət  bayraq-

ları,  ulu  öndər  Heydər  Əliyevin  və  prezident  İlham  Əliyevin 

portretləri,  xalqımızın  ümummilli  liderinin  müdrik  kəlamları 

yazılmış  transparantlar  olan  minlərlə  sakin  dövlətimizin 

başçısını böyük hörmət və ehtiramla qarşıladı.    

Prezident  əvvəlcə  Oğuz–Qəbələ–Bakı  su  kəmərinin  layihəsi 

ilə tanış oldu.  

«Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rza-

yev,    Türkiyənin    «Tekser  İnşaat,  Sənaye  və  Ticarət»  Anonim 

Şirkətinin  prezidenti    Mete  Yalçın,  «Gəncə  Körpü–Tikinti-2» 

Açıq  Tipli  Səhmdar  Cəmiyyətinin  sədri  Aqibət  Məmmədov 

prezident  İlham  Əliyevə  məlumat  verərək  bildirdilər  ki,  Alma-

niyanın  «CES  Consulting  Engineers»  şirkəti  texniki-iqtisadi 

əsaslandırmanı  və  layihə  sənədlərini  hazırlamışdır.  Podratçı 

şirkət  isə  Türkiyənin  «Hazinadaroğlu»,  «Tekser»  və  Gəncə 

«Körpü  Hüquqi  Şəxslər  Birliyi»dir.  Tikinti  420  günə  başa 

çatdırılacaqdır. Təkcə layihənin özünə ayrılan xərclər təqribən 

142,1  milyon  ABŞ  dolları  olacaqdır.  Layihənin  ümumi  dəyəri 

isə  3  müqavilə  ilə  birlikdə,  bütün  vergilər  daxil  olmaqla,  480 

milyon manatdır.  

Kəmərin çəkilməsində Sumqayıtdakı «Azkompozit» zavodun-

da  istehsal  olunan  borulardan  istifadə  ediləcəkdir.  500  nə-

fərdən  çox  adamın  çalışacağı  tikintidə  işçilərin  90–95  faizi 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə