İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə5/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   ...   115

 16 

inkişaf  getsin,  Azərbaycanın  hərtərəfli  inkişafı  məhz  bunun 

hesabına davam edəcəkdir. 

Bizim  artıq  çox  güclü  iqtisadi  potensialımız  mövcuddur. 

Neft-qaz layihələri Azərbaycanı inkişaf edən ölkəyə çeviribdir. 

Növbəti  illərdə  bizə  çoxlu  gəlirlər  gələcəkdir  və  ilk  növbədə, 

ölkəmizin müxtəlif sahələrini inkişaf etdirməliyik. İnfrastruktur, 

sosial  obyektlərin  yaradılması,  yeni    iş  yerlərinin  açılması, 

sahibkarlara  dəstək,  turizmin  inkişafı  və  beləliklə,  qeyri-neft 

sektorunun  ümumi  inkişafı  mümkün  olacaqdır.  Biz  bunu  artıq 

görürük.  Bu  yaxınlarda  regional  inkişaf  proqramının  üçilliyinə 

həsr  edilmiş  müşavirədə  biz  bunu  bir  daha  gördük.  Bütün 

bölgələrdə sürətli inkişaf gedir, böyük işlər görülür. Əminəm ki, 

bundan sonra da nəzərdə tutulmuş bütün proqramlar həyatda öz 

əksini tapacaqdır. 

Azərbaycan  öz  siyasətini  müstəqil  şəkildə  aparır,  bizim 

iqtisadi  imkanlarımız  artır,  Azərbaycan  iqtisadi  müstəqilliyini, 

enerji  təhlükəsizliyini  təmin  edibdir  və  başqa  ölkələrin  enerji 

təhlükəsizliyini də təmin edəcəkdir. Biz indi çox sürətlə inkişaf 

edən ölkəyik və qarşımızda duran əsas vəzifələr ondan ibarətdir 

ki,  insanların  həyat  səviyyəsini  yaxşılaşdıraq.  Bunu  müxtəlif 

yollarla, müxtəlif proqramlarla edirik. İlk növbədə, maaşları və 

pensiyaları  ildən-ilə  və  hətta  ildə  iki  dəfə  artırmaqla  edirik. 

Büdcə  təşkilatlarında  çalışanların  maaşları  və  pensiyaları 

artırılıbdır. Digər tərəfdən, minimum əməkhaqqının qaldırılması 

o deməkdir ki, artıq özəl sektorda da minimum əməkhaqqından 

aşağı  maaş  verilə  bilməz.  Qısa  müddət  ərzində  biz  minimum 

əməkhaqqını 50 manata çatdırdıq. 

Kreditlərin verilməsi, xüsusilə bölgələrdə yerli sahibkarlığın 

inkişafı, onlara dəstək verilməsi. Təkcə bu il sahibkarlara kredit 

şəklində  100  milyon  dollar  vəsait  veriləcəkdir.  Bu  kreditlər 

ğüzəştli  şərtlərlə  verilir.  Kənd  təsərrüfatının  inkişafı  üçün 

«Aqrolizinq»  Səhmdar  Cəmiyyəti  yaradılmışdır,  onun  xətti  ilə 

rayonlara böyük miqdarda texnika gətirilir və alınan texnikanın 

həcmi ildən-ilə artmaqdadır. 



 

17 


Kənd  təsərrüfatına  dəstək  vermək  üçün  bu  yaxınlarda  80 

milyon  manat  vəsait  nəzərdə  tutulubdur.  Bu  vəsaitlə  gübrələr 

alınacaq və eyni zamanda, fermerlərə vəsait veriləcək ki, onlar 

enerji daşıyıcılarını ala bilsinlər. Yəni dövlət bu yolla öz üzərinə 

düşən vəzifələri icra edir. 

Digər tərəfdən, sahibkarlığın inkişafı. Çünki müasir dünyada 

bu  ən  başlıca  amildir.  Hər  bir  inkişaf  etmiş  ölkənin 

iqtisadiyyatında  özəl  sektor  tam  əksəriyyət  təşkil  edir.  Azər-

baycanda da bu göstərici yüksək səviyyədədir. Nəzərə alsaq ki, 

biz  müstəqilliyimizi  əldə  edəndə  özəl  sektor  faktiki  olaraq  yox 

dərəcəsində idi, bu gün iqtisadiyyatımızda özəl sektorun payı 81 

faizdir. Bu çox böyük göstəricidir və qısa müddət ərzində, 15 il 

ərzində biz buna nail ola bilmişik. Nəyin hesabına? Çox uğurlu 

iqtisadi  islahatların  hesabına,  eyni  zamanda,  yeni  sahibkarlığın 

dəstəklənməsi sayəsində. 

Beynəlxalq  qurumlarla  bizim  münasibətlərimiz  güclənir. 

Bütövlükdə,  Azərbaycanda  aparılan  xarici  siyasət  bizim 

ölkəmizi  daha  da  möhkəmləndirir  və  ölkədə  gedən  proseslərin 

müsbət  istiqamətdə  davamını  təmin  edir.  Azərbaycanda  daxili 

sabitlik tam şəkildə bərqərar olunubdur. Bayaq qeyd etdiyim kimi, 

iqtisadi göstəricilər ən yüksək səviyyədədir. Sadəcə olaraq, bundan 

sonra  qəbul  edilmiş  bütün  proqramlar  vaxtlı-vaxtında  icra 

olunmalıdır  və  müəyyən  edilmiş  bütün  məsələlər  öz  həllini 

tapmalıdır.  

Təxminən il yarım bundan əvvəl bu su kəmərinin tikintisinə 

dair  məhz  Bakıda  geniş  müşavirə  keçirildi.  Orada  məruzələr 

dinlənildi və göstərişlər verildi. Konkret göstəriş verilmişdi ki, 

bütün  çətin  işlər  görülsün,  texniki-iqtisadi  əsaslandırma 

hazırlansın və biz tezliklə kəmərin tikintisinə başlayaq. Belə də 

oldu.  Bütün  bu  məsələlər  qısa  müddət  ərzində  öz  həllini  tapdı 

və bu gün biz kəmərin təməlini qoyduq.  

Bu kəmərin inşası eyni zamanda, Azərbaycanda yeni sənaye 

sahəsinin başlanmasına gətirib çıxarır. Keçən ilin sonunda mən 

Sumqayıtda  kompozit  borular  zavodunun  açılışında  iştirak 

etmişdim.  O  borular  məhz  bu  kəmərin  tikintisi  üçün  yaradılır. 



 18 

Əgər  biz  kəmərin  tikintisinə  başlamasaydıq,  heç  kim,  heç  bir 

investor  bu boruların istehsalına vəsait qoymazdı. Ona da külli 

miqdarda  vəsait  qoyulubdur  və  bu  borular  Azərbaycanda 

istehsal  olunur.  Biz  bunu  da  təmin  edirik.  Pulu  olan  ölkələr 

müxtəlif yerlərdən avadanlıq ala bilərlər, müxtəlif yerlərdən bu 

boruları ala bilərlər.  

Amma biz başqa yolu seçmişik. Biz istəyirik ki, əldə edilmiş 

gəlirlər  ilk  növbədə,  Azərbaycanda  yerli  istehsalın  möh-

kəmlənməsinə  yönəldilsin.  Özəl  sektor  da  bunu  bilir.  Bilir  ki, 

əgər Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal olunursa, 

onda  dövlət  xətti  ilə  icra  olunan  bütün  layihələrdə  məhz  bu 

məhsuldan istifadə ediləcəkdir. Belə də oldu. Bu gözəl borular 

artıq  Azərbaycanda  istehsal  olunur.  Bu  kəmərin  tikintisində 

onlardan  istifadə  edəcəyik.  Ondan  sonrakı  işlərdə  də  istifadə 

edəcəyik.  Sonra  bunlar  xaricə  satılacaqdır.  Beləliklə, 

Azərbaycanda  yeni  bir  istehsal  sahəsi  yaranır.  Bu  da  öz 

növbəsində  yeni iş  yerlərinin  açılmasına,  yaradılmasına  gətirib 

çıxarır. Yəni bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Sadəcə 

olaraq,  güclü  təkan  veriləndə  bütün  başqa  sektorlara  da  təsir 

güclü olur. 

Bizim iqtisadi potensialımız möhkəmlənir və belə olan halda 

istənilən məsələni həll edə bilərik. Büdcəmiz son 3-4 il ərzində 

4-5 dəfə artıbdır. Bu nə deməkdir? Əlavə vəsaitdir, dövlət xətti 

ilə qoyulan investisiyaların həcminin artımı, maaş, pensiyaların 

artımıdır.  Bizim  ölkəmiz  bundan  sonra  da  bu  istiqamətdə 

inkişaf  edəcəkdir.  Güclü  siyasi  sistem,  siyasi  sabitlik,  xalqla 

iqtidar  arasında  olan  birlik,  güclü  iqtisadi  potensial,  neft 

strategiyamızın  uğurla  davam  etdirilməsi,  sosial  məsələlərin 

həlli, sosial obyektlərin yaradılması və insanların ildən-ilə rifah 

halının  yaxşılaşdırılması  –  bizim  məqsədimiz  budur  və  bu 

məqsədə doğru inamla irəliləyirik. Bu günə qədər görülən işlər 

onu  göstərir  ki,  bu  istiqamətdə  bütün  planlarımızı  həyata 

keçiririk.  

 

Bu su kəmərinin tikintisi ona görə önəmlidir ki, ilk növbədə 



o Bakının su probleminin həllinə kömək göstərəcəkdir. Bu gün 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə