İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə6/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   2   3   4   5   6   7   8   9   ...   115

 

19 


Bakı  əhalisinin  təxminən  40  faizi  fasilələrlə  su  alır.  Digər 

tərəfdən, bu kəmərin tikintisi bir daha onu göstərir ki, müstəqil 

Azərbaycan dövləti hər şeyə qadirdir. Burada deyildi və mən də 

qeyd  etdim  ki,  bu  layihə  uzun  illər  idi  ki,  müzakirə  olunurdu. 

Hələ  Sovet  İttifaqı  dövründə  burada  böyük  su  mənbələrinin 

olması  aşkar  edilmişdi.  Sadəcə,  lazım  olan  tədqiqat-kəşfiyyat 

işləri aparılmamışdır. Çünki o vaxt buna vəsait tapa bilmirdilər. 

Əlbəttə  ki,  bu,  Azərbaycanın  müstəqilliyinin  ilk  illərində  də 

müzakirə  olunurdu.  Ancaq  o  vaxt  bizim  imkanımız  yox  idi  və 

bu sahəyə beynəlxalq maliyyə qurumlarından kredit almaq çox 

çətin  məsələ  idi.  Çünki  adətən,  krediti  o  sahəyə  verirlər  ki, 

oradan qazanc götürsünlər. Biz isə bilirik ki, bu kəmərdən heç 

vaxt heç bir qazanc götürülə bilməz. Çünki biz buraya qoyulan 

yüz  milyon  dollarla  ölçülən  vəsaiti  heç  vaxt  suyun  pulundan 

qaytara  bilməyəcəyik.  Yəni  bu,  sırf  sosial  xarakter  daşıyan 

məsələdir. Ona görə xarici banklarla da danışıqlar heç bir nəticə 

verməmişdi  və  biz  gözləyirdik.  Nəinki  gözləyirdik,  işləyirdik, 

çalışırdıq  ki,  güc  toplayaq,  maddi  imkanları  yaradaq  və  öz 

pulumuzla  bunu  edək.  İndi  bu  kəmər  Dövlət  Neft  Fondunun 

hesabına  tikilir.  Neftdən  əldə  olunan  gəlirlər  Neft  fondunda 

cəmləşir və ondan sonra, bax, bu cür məsələlərə yönəldilir. Biz 

bunu  ilk  növbədə  maaşlara,  pensiyalara,  qaçqın-köçkünlərin 

sosial  vəziyyətinin  yaxşılaşdırılmasına  və  ölkəmiz  üçün  ən 

önəmli məsələlərə yönəldirik. Yəni bu bir daha onu göstərir ki, 

Azərbaycanın  milli  sərvəti  olan  neft,  qaz  Azərbaycanın 

hərtərəfli  inkişafına  xidmət  edir.  Biz  bunu  gündəlik  həyatda  

görürük  və  bundan  sonra  da  görəcəyik.  Çünki  bundan  sonra 

Azərbaycan  yalnız  və  yalnız  irəliyə  gedəcək  və  sürətlə  inkişaf 

edəcəkdir.  

Mən  çox  istəyirəm  ki,  Azərbaycanın  hər  bir  rayonu  inkişaf 

etsin,  o  cümlədən  Oğuz  rayonu.  Mən  il  yarım  bundan  əvvəl 

Oğuza  ilk  dəfə  gəlmişdim,  vəziyyətlə  tanış  olmuş,  öz 

göstərişlərimi  vermişdim.  Bu  gün  çox  şadam  ki,  artıq  burada 

böyük  tikinti  işləri  gedir.  Burada  icra  hakimiyyətinin  başçısı 

qeyd  etdi,  turizm  infrastrukturu  yaradılır,  yeni  müəssisələr, 



 20 

xəstəxana, məktəblər, digər obyektlər tikilir. Mən istəyirəm ki, 

daha da çox işlər görülsün. Buranın çox gözəl təbiəti var, turizm 

üçün  çox  gözəl  yerlər  var.  Biz  elə  etməliyik  ki,  Oğuz 

Azərbaycanın  ən  qabaqcıl  rayonuna  çevrilsin.  Bunun  üçün  biz 

gərək birgə işləyək. Siz burada, biz də Bakıda. Mən əminəm ki, 

nəzərdə tutulmuş bütün məsələləri  birlikdə həll edəcəyik.  

Əziz  bacılar  və  qardaşlar,  mən  bir  daha  sizə  öz  hörmət  və  

məhəbbətimi ifadə edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. 

Sağ olun.  

 

* * * 


 

Sonra  prezident  İlham  Əliyev  rayon  sakinləri  ilə  səmi-

miyyətlə  görüşüb  hal-əhval  tutdu,  qayğıları  ilə  maraqlandı. 

Oğuzlular belə mühüm layihənin həyata keçirilməsinə, əhalinin 

sosial  rifahının  yaxşılaşdırılması,  bölgələrin inkişafı sahəsində 

gördüyü  tədbirlərə  görə  dövlətimizin  başçısına  təşəkkürlərini 

bildirdilər. 

 


 

21 


 

 

 



PREZİDENT İLHAM ƏLİYEV  

OĞUZ RAYONUNDA  

 

1 mart 2007-ci il 

 

Ulu öndərin abidəsini ziyarət 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  1-də  Oğuz 

şəhərinin mərkəzində yerləşən istirahət parkına gəldi. 

Dövlətimizin  başçısı  xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin burada ucaldılmış abidəsini ziyarət edərək  gül dəstəsi 

qoydu. 

Heydər Əliyev muzeyinin açılışı

 

 



Həmin  gün  Oğuz  şəhərində  ulu  öndərin  adını  daşıyan 

muzeyin açılış mərasimi oldu.  

Azərbaycan  prezidenti  İlham  Əliyev  rəmzi  açılışı  bildirən 

lenti kəsdi.  

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  muzey  görkəmli 

dövlət  xadimi  və  siyasi  xadim,  dahi  şəxsiyyət  Heydər  Əliyevin 

irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə 

yaradılmışdır.  Burada  ulu  öndərin  uşaqlıq  və  gənclik  illərini, 

ailə həyatını, Azərbaycana rəhbərliyinin hər iki  dövrünü, kənd 

təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna, mədə-

niyyətə  və  idmana  qayğısını,  «Əsrin  müqaviləsi»nin  imzalan-

masını,  Bakı–Tbilisi–Ceyhan  layihəsinin  həyata  keçirilməsini 

əks  etdirən  240-a  yaxın  şəkil  və  eksponat,  habelə  ulu  öndərin 

həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən kitablar 

toplanmışdır.  Dörd  bölmədən  ibarət  olan  muzeydə  prezident 

İlham  Əliyevin  2005-ci  ildə  Oğuz  rayonuna  səfəri  və  burada 

keçirdiyi görüşlərə dair fotoşəkillər  toplanmışdır.  

Dövlətimizin  başçısı  muzeyin  ayrı-ayrı  guşələri  ilə  tanış 

oldu, muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.  


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə