İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə8/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   4   5   6   7   8   9   10   11   ...   115

 

25 


Kitabxana»  yaradılmışdır.  Bu  layihənin  müəllifi  «Azərbaycan 

Nyumedia»  şirkətidir.  Burada  ulu  öndərin  zəngin  irsini  əks 

etdirən  materiallar  toplanmışdır.  25  dildə  hazırlanmış  və  100 

mindən  çox  sənədin  yerləşdiyi  sayt  daim  zənginləşdirilir, 

ekspertlər  tarixi  araşdırmalar  aparır.  Azərbaycanın  xarici 

dövlətlərlə münasibətlərinə dair qısa oçerklər, məlumat, sorğu 

materialları toplanmışdır. Saytın fotoqalereyasında ulu öndərə 

aid nadir fotolar da vardır. Hər ay 100-dən çox ölkədən 10 min 

oxucu sayta daxil olur. Amerika, Fransa, İngiltərə, Almaniya və 

digər ölkələrin vətəndaşları bu sayta mütəmadi müraciət edir və 

sənədlərlə tanış olurlar. Muzeydə tədbirlərin, təlimlərin və veb-

konfransların 

keçirilməsi, 

videomaterialların 

nümayiş 

etdirilməsi  üçün  brifinq  zalı  vardır.  Məktəblilər    muzeyə  daim 

gələcək və ulu öndərin zəngin irsi ilə tanış ola biləcəklər.  

Dövlətimizin  başçısı  muzeyin  ayrı-ayrı  guşələri  ilə  tanış 

oldu, Xatirə kitabına ürək sözlərini yazdı.  

Sonra  Qəbələ  rayonu  ictimaiyyətinin  nümayəndələri  ilə 

görüş keçirildi. 

Prezident İlham Əliyev görüşdə nitq söylədi. 


 26 

 

 

 

QƏBƏLƏ RAYONU İCTİMAİYYƏTİNİN 

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ  

NİTQ 

 

2 mart 2007-ci il 

 

Əziz bacılar və qardaşlar! 

Əziz qəbələlilər! 

Mən  sizin  hamınızı  ürəkdən  salamlayıram.  Bu  gün  çox 

gözəl  bir  gündür,  ulu  öndər  Heydər  Əliyevin  muzeyi  açılır. 

Muzeyin  çox  gözəl  ekspozisiyası  var.  Ulu  öndərin  həyat  və 

fəaliyyətini  çox  dolğun  şəkildə  əks  etdirir.  Eyni  zamanda  bu, 

memarlıq baxımından da çox gözəl binadır və Qəbələ şəhərinə 

əlavə yaraşıq verəcəkdir.  

Bu gün muzeydə nümayiş etdirilən fotoşəkillər və sənədlərlə 

tanış  olarkən  bir  daha  görürük  ki,  ulu  öndər  Heydər  Əliyevin 

Azərbaycan  xalqının  inkişafında,  Azərbaycan  Respublikasının 

möhkəmlənməsində  çox  böyük  rolu  olmuşdur.  70-ci  illərdə 

Azərbaycanı çox yüksək inkişaf səviyyəsinə gətirib çıxarmışdır. 

1969-cu ildə rəhbərliyə gəldiyi zaman Azərbaycan Sovet İttifa-

qında  ən  geridə  qalmış  respublika  idi.  1982-ci  ildən  isə  ən 

qabaqcıl respublikaya çevrilmişdir.  

Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi o ağır 

vəziyyət,  o  böhranlı  günlər,  faktiki  olaraq  ölkəmizi  həm 

iqtisadi, həm  də  siyasi  cəhətdən  çox  çətin  vəziyyətə salmışdır. 

Bizim  müstəqilliyimiz  faktiki  olaraq  şübhə  altında  idi.  Yalnız 

Azərbaycan  xalqının  tələbi  və  xahişi  ilə  1993-cü  ildə  Heydər 

Əliyevin  rəhbərliyə  gəlişindən  sonra  bütün  xoşagəlməz 

meyillərin  qarşısı  alındı  və  ölkəmiz  inkişaf  yoluna  qədəm 

qoydu.  Əgər  o  vaxt  bütün  müstəqilliyini  yenicə  əldə  etmiş 

respublikalar arasında Azərbaycan ən ağır vəziyyətdə idisə, bu 




 

27 


gün Azərbaycan ən sürətlə inkişaf edən ölkədir. Budur tarixdə 

liderlərin rolu və onların fəaliyyəti! 

Bu  gün  biz  inamla  inkişaf  edirik.  Bunu  biz  Qəbələ  rayo-

nunun  timsalında  da  görürük.  Deyə  bilərəm  ki,  Qəbələ  rayo-

nunun  sürətli  inkişafı  ulu  öndər  Heydər  Əliyevin  2002-ci  ildə 

Qəbələyə  gəlişindən  sonra  başlanmışdır.  O  burada  vəziyyətlə 

tanış  olmuş,  öz  göstərişlərini  vermiş  və  inkişaf  proqramlarını 

müəyyən etmişdi. Bu gün  bu proqramlar uğurla icra edilir. Siz 

də  bunu  yaxşı  bilirsiniz  ki,  qısa  müddət  ərzində  Qəbələnin, 

demək  olar,  siması dəyişdi.  Yollar,  xiyabanlar,  parklar  salındı, 

yeni binalar, sənaye müəssisələri tikilir. Bu gün böyük konserv 

zavodunun  açılışında  olacağam,  ondan  sonra  digər  sənaye 

obyektlərinin tikintisi ilə tanış olacağam.  

Qəbələnin  iqtisadi  potensialı  artır,  yeni  iş  yerləri  açılır, 

sənaye  müəssisələri  ilə  yanaşı,  sosial  infrastruktura  da  böyük 

diqqət  göstərilir.  Bildiyiniz  kimi,  Qəbələdə  yeni  müasir 

Müalicə-Diaqnostika Mərkəzinin tikintisinə başlamışıq və ümid 

edirəm  ki,  yaxın  zamanlarda  bu  gözəl  xəstəxana  istifadəyə 

veriləcəkdir.  

Qəbələdə mehmanxanalar tikilir, buranın çox gözəl təbiəti var. 

Turizm üçün çox gözəl yerlər var. Turizmin inkişafı, infrastrukturun 

inkişafı,  sosial  məsələlərin  həlli,  məktəb  tikintisi  –  bütün  bunlar 

Qəbələ rayonunun inkişafında çox mühüm rol oynayan amillərdir. 

Rayonun  potensialı  ildən-ilə  möhkəmlənir  və  mən  bu  gün  deyə 

bilərəm  ki,  Qəbələ  rayonu  Azərbaycanın  ən  sürətlə  inkişaf  edən 

rayonları sırasındadır. Bu uğurlar münasibətilə mən sizin hamınızı 

təbrik edirəm. 

Bütövlükdə,  bu  bölgənin  inkişafı  çox  sürətlə  gedir.  Bildiyiniz 

kimi,  mən  bölgələrə  tez-tez  gedir,  vəziyyətlə  tanış  oluram.  O 

cümlədən,  bu  bölgədə  də  dəfələrlə  olmuşam.  Son  zamanlar 

bölgənin  iqtisadi  potensialının    möhkəmləndirilməsi  üçün  böyük 

işlər  görülübdür.  Enerji  təchizatı  sistemi  müasirləşir.  Şəkidə 

istifadəyə  verilmiş  yeni  elektrik  stansiyası  bütün  bu  bölgəni 

elektrik  enerjisi  ilə  təmin  edəcəkdir.  Artıq  biz  çoxlu  elektrik 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə