İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə9/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   5   6   7   8   9   10   11   12   ...   115

 28 

stansiyalarının  tikintisi  ilə  enerji  potensialını  gücləndiririk.  Çünki 

buna böyük tələbat var, böyük ehtiyac var.  

Ölkəmizin  əhalisi  artır.  Bu  çox  müsbət  haldır  və  çox  gözəl 

göstəricidir. Biz bilirik ki,  inkişaf etmiş ölkələrdə, onların tam 

əksəriyyətində  əhali  artımı  müşahidə  olunur.  Bəzi  ölkələrdə 

əksinə,  ildən-ilə  əhali  azalır.  Azərbaycanda  isə  bu  artım  çox 

sürətlə  gedir  və  bu  bizi  çox  sevindirir.  Bizim  əhalimiz  indi  8 

milyon 500 min nəfərə çatıbdır və getdikcə artır. Eyni zamanda, 

bu onu göstərir ki, ölkədə sosial və iqtisadi vəziyyət yaxşılaşır. 

Belə olan halda təbii ki, insanların yaşaması üçün daha da yaxşı 

şərait yaradılacaqdır.  

Digər  tərəfdən,  Azərbaycanda  həyata  keçirilən  geniş  quru-

culuq-abadlıq,  yenidənqurma  işləri,  regionların  sosial-iqtisadi 

inkişafı Dövlət Proqramının icrası, əlbəttə ki, yeni müəssisələrin 

yaranmasına gətirib çıxarır. Bütün yeni yaranan müəssisələr, təbii 

ki,  enerji  ilə  qidalanır.  Ona  görə  əminəm  ki,  elektrik 

stansiyalarının tikintisi qısa müddət ərzində Azərbaycanı elektrik 

enerjisi ilə tam şəkildə təmin edəcəkdir. Bununla bərabər, elektrik 

xətlərinin  yeniləşməsinə  də  böyük  fikir  veririk  və  əlbəttə  ki,  bu 

sahəni biz diqqətdə saxlayacağıq. 

Bölgədə sənaye müəssisələrinin yaranması çox sürətlə gedir. 

Dünən mən Şamaxı və Oğuz rayonlarında idim. Hər iki rayonda 

çoxlu  tədbirlər  görülür,  çoxlu  yeniliklər  var.  Şamaxıda  yeni 

xəstəxananın  tikintisinə  başlamışıq,  orada  böyük  sənaye 

kompleksi  tikilibdir.  Şamaxıda  istehsal  olunan  sənaye  malları 

artıq başqa ölkələrə, o cümlədən Avropa ölkələrinə ixrac edilir. 

Oğuzda  yeni  mehmanxana,  yeni  xəstəxana  tikilir,  digər  gözəl 

obyektlər  tikilir,  rayon  mərkəzi  abadlaşır.  Yəni  bütün  bunlar 

göstərir  ki,  ölkəmizin  hər  bir  yerində  gözəl  dinamika  var. 

Bölgələrə  tez-tez  səfər  etdiyimə  görə,  deyə  bilərəm  ki,  hər  bir 

yerdə  biz  bunu  görürük.  Çünki  indi  bizim  imkanlarımız  artır. 

Bu  imkanların  artımı  da  ilk  növbədə,  Azərbaycanda  həyata 

keçirilən 

uğurlu 

iqtisadi 



islahatların 

nəticəsidir 

və 

Azərbaycanda  hökm  sürən  əmin-amanlıq,  sabitlik  və  ictimai-



siyasi  asayişin  hesabına  mümkün  olmuşdur.  Əgər  biz  başqa 


 

29 


ölkələrin tarixinə nəzər salsaq görərik ki, ancaq və ancaq siyasi 

sabitlik olan yerlərdə inkişafa  imkan yaranır. Azərbaycanda bu 

iki mühüm amil var. Eyni zamanda, iqtidarın güclü iradəsi var, 

xalqın  iqtidara  dəstəyi  var.  Əlbəttə  ki,  bütün  bu  amillər  qısa 

müddət ərzində ölkəmizi çox sürətlə inkişaf etdirir.  

Haraya  baxsaq  görərik  ki,  o  sahədə  inkişaf  var.  Neft 

kəmərləri  tikilibdir  və  oradan  əldə  olunan  gəlirlərlə  biz  dünən 

Oğuzda  böyük  su  kəmərinin  tikintisinə  başlamışıq.  Bu  çox 

böyük  sosial  məsələdir.  Ölkə  əhalisini  içməli  su  ilə,  elektrik 

enerjisi,  qazla,  tibbi  xidmətlə,  müasir  şəraitlə  təmin  etmək  – 

budur bizim əsas məqsədimiz. Bunu etmək üçün mütləq maddi 

imkanlar lazımdır. Onlar olmasa heç bir məsələ öz həllini tapa 

bilməz. Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində 

nə  qədər  çətinliklər  var  idi.  Deyə  bilərəm  ki,  o  vaxt  biz 

təkbaşına  qalmışdıq,  heç  kim  bizə  kömək  etmirdi.  Biz  gördük 

ki, ölkəmizi gərək ancaq və ancaq özümüz gücləndirək, özümüz 

işləməliyik  ki,  xalqımızı  yaxşı  səviyyəyə  gətirib  çıxaraq.  Bu 

gün biz çox böyük iftixar hissi ilə deyə bilərik ki, buna nail ola 

bilmişik! 

Bizim ən böyük layihələrimiz artıq həyata keçirilir. Ulu öndər 

Heydər  Əliyevin  adını  daşıyan  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri 

fəaliyyətə başlamışdır və bunun nəticəsində ölkəyə böyük valyuta 

axını  var.  Bu  bizə  imkan  verir  ki,  büdcəmizi  artıraq.  Son  3-4  il 

ərzində  büdcəmiz  4-5  dəfə  artmışdır.  Bu  heç  bir  başqa  ölkədə, 

dünya  tarixində  görünməmiş  bir  hadisədir.  İqtisadi  artım 

Azərbaycanda  ən  yüksək  dinamika  ilə  ölçülür.  İqtisadiyyatımız 

2005-ci  ildə  26  faiz,  2006-cı  ildə  34  faiz  və  2007-ci  ilin  yanvar 

ayında  təxminən  50  faiz  artıbdır.  Nəzərə  alsaq  ki,  dünyada  orta 

hesabla iqtisadi artım təxminən 6 faiz təşkil edir, onda bunun bizə 

nə  dərəcədə  əlavə  imkanlar  yaradacağını  görərik.  Əsas  məqsəd 

bütün  bu  imkanları  səfərbər  edib,  insanların  həyat  səviyyəsinin 

yaxşılaşmasına yönəltməkdir. Ona görə aparılan iqtisadi islahatlar 

bizim üçün çox vacibdir.  

İqtisadi  artım,  əlbəttə  ki,  hər  bir  ölkənin  iqtisadi  dina-

mikasını  müəyyən  edir.  Amma  deyə  bilərəm  ki,  bundan  az 



 30 

əhəmiyyət daşımayan bir məsələ məni daha çox sevindirir. Bu 

da ondan ibarətdir ki, son 3 il ərzində Azərbaycanda yoxsulluq 

şəraitində yaşayanların sayı kəskin şəkildə aşağı düşübdür. Əgər 

2003-cü  ildə  Azərbaycanda  əhalinin  49  faizi  yoxsulluq 

şəraitində  yaşayırdısa,  2006-cı  ilin  yekunlarına  görə,  20  faizə 

düşübdür.  Yenə  də  çoxdur  və  bu  məni  incidir.  Nə  üçün 

Azərbaycan  əhalisinin  20  faizi  yoxsulluq  şəraitində  yaşasın? 

Ancaq  dinamika  onu  göstərir  ki,  biz  bu  yoxsulluğu  aradan 

qaldıracağıq.  Mən  qarşıya  vəzifə  qoymuşam  ki,  Azərbaycanda 

yoxsulluq tam şəkildə aradan qaldırılmalıdır, insanlar işlə təmin 

edilməlidir  və  beləliklə,  Azərbaycanda  kasıb  olmamalıdır. 

İşləmək  istəyən  insanlar  işlə  təmin  olunmalıdır,  xüsusilə  də 

bölgələrdə.  Yadınızdadır,  mən  prezident  vəzifəsinə  seçiləndən 

bir  neçə  ay  sonra,  2004-cü  ilin  fevralında  regionların  sosial-

iqtisadi  inkişafına  dair  Dövlət  Proqramını  qəbul  etdim.  Çox 

geniş  bir  proqramdır  və  orada  bütün  məsələlər,  eyni  zamanda, 

maliyyə məsələləri öz əksini tapmışdır. Bir var ki, xoş niyyətin 

olsun,  yəni  gözəl  şüarın  olsun,  amma  bunu  icra  etmək  üçün 

mexanizm  olmasın.  Amma  bizdə  həm  bu  niyyət  var,  həm  də 

icra mexanizmləri. Üç il ərzində ölkəmizdə 520 min yeni iş yeri 

açılıbdır.  Bu  520  min  iş  yerinin  açılması  yeni  müəssisələr 

deməkdir,  yeni  imkanlar  deməkdir,  maaşların  artırılması 

deməkdir.  Dövlət  öz  tərəfindən  bunu  edir.  Digər  tərəfdən, 

sahibkarlığın inkişafı üçün vəsait ayırır. Hər il dövlət büdcəsindən 

sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara 100 milyon dollar 

səviyyəsində  güzəştli  kreditlər  verilir.  Bu  kreditlərin  hesabına 

çoxlu  işlər  görülür  və  bölgələrdə  işlərin  əksəriyyəti  o  kreditlərin 

hesabına  görülür.  Dövlət  İnvestisiya  Şirkəti  yaradılıbdır,  onun  da 

kapitalı  100  milyon  dollardır.  O  da  Azərbaycanda  bizim  üçün 

lazım  olan  investisiya  layihələrini  həyata  keçirəcəkdir.  Çünki  biz 

əvvəllər  daha  çox  xarici  sərmayədən  asılı  idik.  İndi  isə 

imkanlarımız  artır,  özümüz  müəyyən  etməliyik  ki,  hansı  sahəyə 

investisiyalar  qoymalıyıq.  Xarici  investor  onu  maraqlandıran 

sahələrə investisiyalar qoyur. Bu da təbiidir. Amma elə sahələr var 

ki,  bizim  üçün  vacibdir,  lakin  ora  investisiya  tapa  bilmirik.  Ona 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə