İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə66/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   62   63   64   65   66   67   68   69   ...   115

 234 

Hazırda  biz  məktəb  tikintisinə  çox  böyük  diqqət  yetiririk. 

Son üç ildə təxminən 800 yeni məktəb tikilmişdir, o cümlədən 

də İvanovkada məktəbin inşası başa çatmaqdadır. Bütün dövlət 

universitetlərində rus dilində bölmələr var. 

Ermənistanla münaqişə həll edilmədiyinə və davam etdiyinə 

görə  –  münaqişənin  aradan  qaldırılması  ilə  məşğul  olanların, 

yəni prezidentlərin, Xarici İşlər nazirlərinin əlaqələrindən başqa 

–  əlbəttə,  bizim  əlaqələrimiz  məhdudlaşmışdır.  Bu  da  təbiidir. 

Lakin  bu,  belə  bir  konfransın  keçirilməsinə  maneə  olmadı. 

Bizim  üçün  konfransın  keçirilməsi  faktının  özü  vacibdir.  O 

haqlı olaraq Bakıda keçirilir, çünki Cənubi Qafqazda ən böyük 

rus icması bizim ölkəmizdədir. 

 

* * * 



 

Görüşdən  sonra  qonaqlar  Azərbaycan  prezidenti  ilə  xatirə 

şəkli çəkdirdilər. 


 

235 


 

 

 

ƏLCƏZAİR XALQ DEMOKRATİK 

RESPUBLİKASININ PREZİDENTİ 

   

ZATİ-ALİLƏRİ  

CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin  paytaxtında  çoxsaylı  insan  təl

ə

fatına  səbəb 



olmuş  partlayışlar  törədilməsi  xəbərini  dərin  kədər  və  hiddət 

hissi ilə qarşıladıq.  

Biz  terrorizmin  bütün  təzahürlərini  qətiyyətlə  pisləyir,  belə 

dəhşətli  cinayət  əməllərinə  qarşı  mübarizədə  birgə  səylər 

göstərilməsini zəruri hesab edirik.  

Baş  vermiş  faciə  ilə  əlaqədar  dərdinizə  şərik  çıxır,  Sizə, 

həlak  olanların  ailələrinə  və  yaxın  adamlarına  dərin  hüznlə 

başsağlığı  verir,  yaralananlara  və  xəsarət  alanlara  şəfa  dilə-

yirəm.  

Allah rəhmət eləsin! 

 

 

 



 

 

 



     

 

 



 

 

İLHAM ƏLİYEV  



 

 

  

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 12 aprel 2007-ci il



 

 



 236 

 

 



 

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ 

 

Zati-müqəddəsləri! 



Tacqoyma  gününüzün  ildönümü  münasibətilə  Sizə  öz 

adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi 

yetirirəm. 

Əmin  olduğumu  bildirirəm  ki,  Azərbaycan–Vatikan  müna-

sibətləri,  dostluq  və  əməkdaşlıq  əlaqələrimiz  xalqlarımızın 

qarşılıqlı  iradəsinə  və  məramına  uyğun  olaraq  daim  inkişaf 

edəcək və genişlənəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  bütün 

həmməzhəblərinizə sülh və rifah diləyirəm. 

 

Hörmətlə, 

 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 13 aprel 2007-ci il 




 

237 


 

 

 



NİDERLAND KRALİÇASI 

ÜLYAHƏZRƏT II BEATRİKSƏ 

 

Ülyahəzrət! 

Niderland  Krallığının  milli  bayramı  –  Kraliça  günü  mü-

nasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 

Biz  Azərbaycan–Niderland  münasibətlərinə  böyük  əhə-

miyyət veririk. Əminəm ki, ikitərəfli əlaqələrimizin, dostluq və 

əməkdaşlığımızın  hərtərəfli  inkişafı  üçün  qarşılıqlı  səylərimizi 

bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Belə  bir  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetir-

məkdən  məmnunluq  duyur,  möhkəm  cansağlığı,  işlərinizdə 

uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 13 aprel 2007-ci il 




 238 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM   ƏLİYEVİN    

SƏDRLİYİ   İLƏ  NAZİRLƏR    

KABİNETİNİN 2007-ci  İLİN BİRİNCİ  

RÜBÜNÜN YEKUNLARINA HƏSR  

OLUNMUŞ İCLASINDA NİTQ



 

 

Prezident sarayı 

 

13 aprel 2007-ci il 

 

Nazirlər  Kabinetinin  bugünkü  iclası  ilin  birinci  rübünün 



yekunlarına  həsr  olunur.  Son  illər  ərzində  Azərbaycan  iqti-

sadiyyatında  müşahidə  olunan  müsbət  meyillər  2007-ci  ilin 

birinci  rübündə  də  davam  edir.  İqtisadiyyatımız  çox  yüksək 

sürətlə artır. Son üç ildə Azərbaycan iqtisadiyyatı dünyada analoqu 

olmayan  sürətlə  artmışdır  –  2005-ci  ildə  26  faiz,  2006-cı  ildə  35 

faiz.  2007-ci  ilin  birinci  rübündə  isə  Azərbaycanda  ümumi  daxili 

məhsul  istehsalı  təxminən  40  faiz  artmışdır.  Bu  onu  göstərir  ki, 

Azərbaycanda  aparılan  iqtisadi  islahatlar  öz  səmərəsini  verir  və 

bizim  müəyyən  etdiyimiz  bütün  proqramlar  vaxtlı-vaxtında  icra 

olunur. Bir daha demək istəyirəm ki, bu yüksək göstəricilər heç bir 

başqa  ölkədə  müşahidə  edilmir.  İnkişaf  etmiş  ölkələrdə  ümumi 

daxili  məhsul,  adətən,  3-4  faiz  artır,  keçmiş  Sovet  İttifaqının 

respublikalarında,  yəni  postsovet  məkanında  isə  orta  hesabla 

təxminən  7-8  faiz  artım  var.  Azərbaycanda  isə  artım  çox 

böyükdür  və  bu  bizə  imkan  verir  ki,  öz  iqtisadi  potensialımızı 

daha da möhkəmləndirək. 

--------------------------------- 

    


   


İclasda  Maliyyə  naziri  Samir  Şərifov,  İqtisadi  İnkişaf  naziri  Heydər 

Babayev,  Vergilər  naziri  Fazil  Məmmədov,  Cənclər  və  İdman  naziri  Azad 

Rəhimov,  Milli  Bankın  İdarə    Heyətinin  sədri  Elman  Rüstəmov  və  Dövlət 

Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış etmişlər.

  



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə