İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə2/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   ...   106

 
 

iqtisadi  sahədə  çox  böyük  nailiyyətlər  əldə  edilməsinə  imkan 
veribdir.  
2005-ci  ildə  Azərbaycanın  iqtisadiyyatı  26  faiz  artmışdır. 
Yəni ümumi daxili məhsulun artımı 26 faiz təşkil etmişdir. Bu, 
dünyada  analoqu  olmayan  bir  göstəricidir  və  Azərbaycan  bu 
göstəriciyə  görə  dünyada  birinci  ölkədir.  Müqayisə  üçün  deyə 
bilərəm  ki,  inkişaf  etmiş  ölkələrdə  ümumi  daxili  məhsul 
təxminən  2–3  faiz  artır,  MDB  ölkələrində  bu,  orta  hesabla  7 
faiz,  Azərbaycanda  isə  26  faizdir.  Sənaye  istehsalı  33  faiz 
artıbdır.  Əhalinin  pul  gəlirləri  təxminən  30  faiz  artıbdır. 
Azərbaycanda  orta  aylıq  əməkhaqqı  artıq  140  dollara  gəlib 
çatıbdır. Son iki il ərzində Azərbaycanda 340 min  yeni iş yeri 
açılmışdır  ki,  bu  da  bir  daha  onu  göstərir  ki,  bizim  bütün 
planlarımız,  bəyan  etdiyimiz  proqramlar  reallığa  söykənir  və 
uğurla icra edilir.  
Azərbaycanda  bizi  narahat  edən  problemlərdən  biri  də 
yoxsulluqdur. Əgər 2004-cü ilin əvvəlində yoxsulluq şəraitin-
də  yaşayanların  sayı  49  faiz  idisə,  2005-ci  ilin  əvvəlində  bu, 
40  faizə  düşmüşdür  və  2006-cı  ilin  əvvəlində  29  faiz  təşkil 
edəcəkdir. Əlbəttə, 29 faiz də çoxdur. Mən istəyirəm ki, Azər-
baycanda  yoxsulluq  şəraitində  yaşayan  bir  nəfər  də  olmasın. 
Amma  bu  gözəl  dinamika  onu  göstərir  ki,  biz  düz  yoldayıq. 
Azərbaycanın  iqtisadiyyatı  inkişaf  edir,  möhkəmlənir  və 
gələcəkdə daha da böyük sürətlə inkişaf edəcəkdir.  
Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan 
və  onun  təşəbbüsü  ilə  inşa  edilən  Bakı–Tbilisi–Ceyhan  neft 
kəməri  2006-cı  ildə  işə  düşəcəkdir.  Bakı–Tbilisi–Ərzurum  qaz 
kəməri  işə  düşəcəkdir.  Bu,  ölkəmizə  böyük  miqdarda  əlavə 
maddi  vəsaitin  daxil  olmasına  gətirib  çıxaracaqdır.  Belə  olan 
halda, Azərbaycanda bütün sosial məsələlər  daha da sürətlə öz 
həllini tapacaqdır.  
Bilirsiniz  ki,  sosial  problemlərin  həlli  bizim  üçün  başlıca 
vəzifədir  və  büdcəmiz  də  sosialyönümlüdür.  Onu  da  qeyd 
etməliyəm  ki,  2006-cı  ildə  büdcə  xərcləri  2005-ci  ilə  nisbətən 
70  faiz  artacaqdır  və  bütövlükdə,  büdcəmiz  4  milyard  dollar 


 
 

təşkil edəcəkdir. Ona görə sosial məsələlərə ayrılan xərclər təbii 
ki,  artmalıdır.  2005-ci  ildə  Azərbaycanda  130  ümumtəhsil 
məktəbi  tikilmişdir.  Bu  da  keçmişdə  heç  vaxt  görünməmiş  bir 
göstəricidir.  İndi  bölgələrdə  və  Bakıda  yeni  məktəblər  tikilir, 
yeni  müalicə-diaqnostika  mərkəzləri  tikilir,  yeni  yollar  salınır, 
elektrik  stansiyaları  tikilir,  su  kəmərləri,  qaz  xətləri  çəkilir. 
Bütün bunlar inkişafın əlamətidir, inkişafın təzahürüdür. Bütün 
bunların  nəticəsində,  görülən  işlərin  nəticəsində  Azərbaycan 
xalqı yaxşı yaşayacaq, Azərbaycan daha da möhkəmlənəcək və 
Azərbaycanın  hər  bir  vətəndaşı  müsbət  dəyişiklikləri  öz 
gündəlik  həyatında  görməlidir  və  görəcəkdir.  Bizim  əsas 
məqsədimiz  bundan  ibarətdir.  Mənim  göstərdiyim  rəqəmlər, 
makroiqtisadi  vəziyyəti  əks  etdirən  rəqəmlər,  əlbəttə,  hər  bir 
vətəndaşın həyatında öz əksini tapmalıdır, hər bir vətəndaş bunu 
hiss etməlidir. Mənim məqsədim bundan ibarətdir.  
Mən hesab edirəm ki, 2006-cı ildə biz bu siyasəti davam et-
dirməliyik. Azərbaycanda bu siyasətə alternativ siyasət yoxdur 
və  şübhə  etmirəm  ki,  qısa  müddət  ərzində  Azərbaycan  zəngin 
dövlətə çevriləcəkdir.  
2005-ci  ildə  Azərbaycanda  ictimai-siyasi  sahədə  də  müsbət 
meyllər  daha  da  güclənmişdir.  Azərbaycanda  sabitlik  qorunub 
saxlanılmışdır,  ictimai-siyasi  asayiş  qorunub  saxlanılmışdır. 
2005-ci  ildə  Azərbaycanın  gələcəyi  üçün  mühüm  rol  oynayan 
parlament  seçkiləri  keçirilmişdir.  Parlament  seçkiləri  bir  daha 
göstərdi  ki,  Azərbaycan  xalqı  öz  seçiminə  sadiqdir.  Müxtəlif 
qüvvələr, müxtəlif dairələr bu seçkilərdən, bu hadisədən istifadə 
edib  öz  məqsədlərini  təmin  etmək  üçün  səylər  göstərmişlər. 
Ancaq  Azərbaycan  iqtidarı  xalqın  dəstəyinə  arxalanaraq, 
Azərbaycanın milli maraqlarını maksimum dərəcədə qorudu və 
möhkəmləndirdi.  Parlament  seçkilərinin  nəticələri  tam  şəkildə 
Azərbaycan  xalqının  iradəsini  əks  etdirir  və  bir  daha  bizim 
siyasətimizə nə qədər böyük dəstək verilməsindən xəbər verir.  
Mən  ümid  edirəm  ki,  Azərbaycanda  2006-cı  ildə  və  ondan 
sonrakı  illərdə  də  ictimai-siyasi  vəziyyət  müsbət  olacaqdır, 
xalqla  iqtidar  arasında  olan  birlik,  vəhdət  daha  da  möhkəm-


 
 

lənəcəkdir.  Hər  bir  ölkənin  inkişafı  üçün  bu  çox  mühüm  bir 
məsələdir.  Harada  iqtidarla  xalq  arasında  birlik,  vəhdət  var,  o 
ölkələrdə inkişaf da var. Harada ki, bu yoxdur, o ölkələr çətin 
vəziyyətə düşürlər. Bölgədə yerləşən ölkələrin yaxın tarixi onu 
göstərir  ki,  harada  uçurum  var,  orada  inkişafdan  söhbət  gedə 
bilməz,  sabitlikdən  söhbət  gedə  bilməz.  Azərbaycanda  xalqla 
iqtidar arasında inam var, məhəbbət var, birlik var, vəhdət var.  
Mən 2003-cü ildə xalqın dəstəyi ilə prezident vəzifəsinə se-
çilmişəm.  O  vaxt  bəyan  etmişdim  ki,  mən  öz  həyatımı  doğma 
xalqıma həsr edəcəyəm. O vaxtdan bu günə qədər öz əməyimlə, 
öz  işimlə  çalışmışam  və  çalışacağam  ki,  doğma  xalqıma 
ləyaqətlə  xidmət  edim,  Azərbaycanı  möhkəmləndirək, 
Azərbaycanı  gücləndirək,  Azərbaycanın  dövlət  müstəqilliyini 
əbədi,  dönməz  edək.  Azərbaycanın  milli  maraqlarını  daha  da 
möhkəmləndirək. Bütün bu istiqamətlərdə uğurlar var.  
Mən  qürur  hissi  ilə  deyə  bilərəm  ki,  bu  gün  Azərbaycan 
sözün  əsl  mənasında  müstəqil  siyasət  aparır.  Bu  siyasət  Azər-
baycan  xalqının  milli  maraqlarına  cavab  verir.  Bu  siyasət 
Azərbaycanı  regionda  lider  dövlətə  çevirir.  Bu  siyasət  gənc, 
müstəqil ölkə kimi, Azərbaycanı dünyada tanıdır. Ümid edirəm 
ki, görülən bütün işlər və görüləcək işlər bizim gücümüzü daha 
da  artıracaqdır.  Azərbaycan  öz  dövlət  müstəqilliyini  möh-
kəmləndirəcək,  Azərbaycan  regionda  daha  da  möhkəm  yerini 
tutacaq  və  Azərbaycan  xalqı,  Azərbaycan  vətəndaşları  daha  da 
yaxşı,  rahat  yaşayacaqlar,  sülh,  əmin-amanlıq,  firavanlıq 
şəraitində yaşayacaqlar. Mənim məqsədim budur. Mənim başqa 
amalım yoxdur. Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, 
xalqa  xidmət  edirəm.  Dəfələrlə  demişəm  ki,  prezident  başda 
olmaqla,  bütün  məmurlar  xalqın  xidmətçiləridir.  Bizim 
vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə 
olaq,  xalqın  qayğıları  ilə  yaşayaq.  Mən  buna  çalışmışam, 
bundan  sonra  da  çalışacağam,  heç  kim  və  heç  nə  məni  bu 
yoldan döndərə bilməz.  
 
Əziz dostlar!  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə