İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə4/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   ...   106

 
 
13 
 
 
 
 
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN 
PREZİDENTİ, ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ  
BİN ZAİD ƏL-NƏHƏYYANA 
 
Əlahəzrət! 
Birləşmiş  Ərəb  Əmirliklərinin  vitse-prezidenti,  Baş 
naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məktum bin Rəşid əl-
Məktumun vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. 
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, Birləşmiş 
Ərəb  Əmirliklərinin  dost  xalqına  şəxsən  öz  adımdan  və  bütün 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
4 yanvar 2006-cı il 
 
 
 


 
 
14 
 
 
 
 
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN MÜDAFİƏ 
NAZİRİ,  DUBAY ƏMİRLİYİNİN VƏLİƏHDİ 
ƏLAHƏZRƏT ŞEYX MƏHƏMMƏD BİN RƏŞİD 
ƏL-MƏKTUMA 
 
Əlahəzrət! 
Qardaşınız  –  Birləşmiş  Ərəb  Əmirliklərinin  vitse-prezi-
denti,  Baş  naziri,  Dubay  Əmirliyinin  hökmdarı  Şeyx  Məktum 
bin  Rəşid  əl-Məktumun  vəfatı  xəbərini  kədər  hissi  ilə  qarşı-
ladıq. 
Bu ağır anlarda Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, 
dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
4 yanvar 2006-cı il 
 
 


 
 
15 
 
 
 
 
MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ 
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN 
İCMASINA  TƏBRİK 
 
Hörmətli həmvətənlər! 
Sizi – Azərbaycanın bütün xristianlarını müqəddəs Milad 
bayramı  münasibətilə  ürəkdən    təbrik  edir,  hər  birinizə  ən  xoş 
arzularımı yetirirəm. 
Azərbaycanda  tarixən  ayrı-ayrı  dinlər  qarşılıqlı  hörmət  və 
əmin-amanlıq  şəraitində  mövcud  olmuş  və  bu  gün  də  dinc 
yanaşı  fəaliyyət  göstərməkdədir.  Qeyd  etmək  xoşdur  ki,  islam 
dini  özündən  əvvəlki  dinlərə  və  səmavi  kitablara,  o  cümlədən 
xristianlığa  yüksək  ehtiramla  yanaşaraq  zaman-zaman  insanlar 
arasında  başqa  etiqad  və  inanclara  qarşı  yüksək  dözümlülük, 
səbirli  münasibət  duyğuları  aşılamışdır.  Müsəlmanların 
müqəddəs  kitabı  Qurani-Kərimdə  İsa  Peyğəmbər  və  onun 
mövludundan  məhəbbətlə  bəhs  edilir  ki,  bu  da  dinlərimiz 
arasında ənənəvi xoş münasibətlərin sarsılmaz təməllər üzərində 
bərqərar olduğunu göstərir. 
Bu  gün  dünyada  tolerantlıq  örnəyi  kimi  tanınan  Azərbay-
canda heç vaxt milli-dini ayrı-seçkilik hallarına yol verilməmiş, 
burada  yaşayan  bütün  xalqlar  öz  dil  və  mədəniyyətini,  dini 
etiqadını,  milli  adət-ənənələrini  qoruyub  saxlayaraq  daha  da 
inkişaf etdirmişlər. 
Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, 
bütün  vətəndaşlarımız  kimi,  pravoslav  xristianlar  da  res-
publikamızda  yaradılmış  demokratik-hüquqi  şəraitdən,  insan 
hüquq  və  azadlıqlarından  hərtərəfli  yararlanmaqla  Azər-
baycanda gedən tarixi yeniləşmə və müstəqil dövlət quruculuğu 
prosesində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə 
yerinə yetirirlər. 


 
 
16 
 
Əziz bacı və qardaşlar! 
Hər  il  böyük  təntənə  ilə  qeyd  etdiyiniz  İsa  Peyğəmbərin 
Mövludu  günü  yenilik,  əmin-amanlıq,  mərhəmət  və  şəfqət 
bayramıdır.  Bu  əziz  gündə  bir  daha  sizə  möhkəm  cansağlığı, 
ailələrinizə səadət və əmin-amanlıq arzulayıram. 
Bayramınız mübarək olsun! 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
5 yanvar 2006-cı il 


 
 
17 
 
 
 
 
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ  
AZƏRBAYCAN XALQINA TƏBRİK 
 
Hörmətli həmvətənlər!  
Sizi  və  dünyanın  müxtəlif  guşələrində  yaşayan  bütün 
soydaşlarımızı müsəlmanların həmrəylik və qardaşlıq günü olan 
müqəddəs  Qurban  bayramı  münasibətilə  ürəkdən  təbrik  edir, 
hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.  
Azərbaycan  xalqı  uzun  illər  yad  ideologiya  və  rejimlərin 
qadağaları  şəraitində  yaşamalı  olsa  da,  heç  vaxt  tarixi  kök-
lərindən  ayrı  düşməmiş,  milli  adət-ənənələrini,  dini  etiqadını, 
inanc  və  mərasimlərini  günümüzəcən  qoruyub  saxlamışdır.  Bu 
gün  demokratik-hüquqi  prinsiplərin,  din  və  vicdan  azadlığının 
bərqərar  edildiyi  müstəqil  Azərbaycan  Respublikasında  hər  il 
dövlət  səviyyəsində  qeyd  olunan  Qurban  bayramı  da  belə 
əbədiyaşar adətlərimizdəndir.  
Yüz  illərdir  ki,  xalqımız  Uca  Tanrının  islamı  bir  din  kimi 
tamamlayıb  insanlar  üçün  hidayət  yolu  seçdiyi  mübarək  günü 
böyük  təntənə  ilə  bayram  edir,  özünün  İlahi  kəlama,  bəşəri 
ideallara,  milli-mənəvi  dəyərlərə  bağlılığını  və  sadiqliyini  ürək 
açıqlığı ilə nümayiş etdirir.  
İnsanlar  arasında  şəfqət  və  mərhəmət  duyğularının, 
humanizm  və  qardaşlığın  rəmzi  olan  Qurban  bayramı,  eyni 
zamanda,  müsəlmanların  xeyirxah  amallar  uğrunda  hər  cür 
fədakarlığa hazır olmaq şərəfinin təcəssümüdür.  
Bu  müqəddəs  bayram  günlərində  respublikamızın  daha  da 
tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün etdiyiniz dua 
və  niyyətlərə  qoşularaq,  Azərbaycanın  müstəqilliyi  və  ərazi 
bütövlüyü  uğrunda  canlarından  keçmiş  şəhidlərimizin  əziz 
xatirəsini  bir  daha  böyük  ehtiramla  yad  edir,  onlara  Allahdan 
rəhmət  diləyirəm.  Əmin  olduğumu  bildirirəm  ki,  builki 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə