İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab


H  a  c  ı  b  a  l  a      A  b  u  t  a  l  ı  b  o  v



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə7/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   10   ...   106

 
 
27 
H  a  c  ı  b  a  l  a      A  b  u  t  a  l  ı  b  o  v:  Bizdə  indi  texnika 
problemi yoxdur.  
İ l h a m   Ə l i y e v: Bəs  mənə deyirlər ki, yollarda böyük 
problemlər var, tıxaclar yaranır.  
H a c ı b a l a   A b u t a l ı b o v: Yollarda üç yerdə tıxac 
əmələ  gəlmişdir:    «Ramstore»nin  yanından  «Cavanşir»  kör-
püsünə  qədər,  Qubanov  küçəsində,  bir  də  9-cu  mikrorayondan 
Tbilisi  prospektində  «20  Yanvar»  meydanına  qədər.  Orada  su 
borusu  partlamışdı,  elə  bu  saatlarda  təmir  edildi.  O  problemləri 
biz saat on birin yarısına kimi tam aradan götürdük. Hansı prob-
lemlər əmələ gəlirsə, onu respublika və Şəhər Dövlət Yol Polisi 
ilə  əməkdaşlıq  əsasında  aradan  götürməyə  çalışırıq.  Şəhərdə, 
ümumiyyətlə,  qaz  problemi  yoxdur.  Müəyyən  qəsəbələrdə  qaz 
problemi olur, onu da «Azəriqaz»la tez, operativ  həll edirik.  
İ l h a m   Ə l i y e v: İşıq necə?  
H a c ı b a l a   A b u t a l ı b o v: Hələlik, bu saata qədər 
şəhərdə heç bir problem yoxdur.  
İstilik  təchizatı  ilə  əlaqədar  deyim  ki,  1808  binaya  istilik 
verilməsi  tapşırılmışdır.  İstilik  sistemində  qaz,  su  problemimiz 
yoxdur. Yəni o binaların hamısı istilik alır. 116 məktəbə və 99 
uşaq bağçasına da mərkəzləşdirilmiş qaydada istilik verilir.  
İ l h a m   Ə l i y e v: Xəstəxanalar necə?  
H a c ı b a l a   A b u t a l ı b o v: Hələlik, bu saata qədər 
xəstəxanalarda hər hansı bir problemin olması ilə əlaqədar bizə 
müraciət  edilməyibdir.  Biz  əlimizdən  gələni  edəcəyik.  Bütün 
gecəni  işləyəcəyik,  qumsəpən  maşınlarımız  24  saat  ərzində 
işləyəcək, çünki gecə 8–10 dərəcə şaxta gözlənilir.  
İ l h a m   Ə l i y e v: Bakıda?  
H a c ı b a l a   A b u t a l ı b o v: Bakıda. Ona görə də biz 
bütün rayon icra hakimiyyətlərinə göstəriş verdik ki, hər biri ən 
azı 10 maşın qumla, iki traktorla tam hazır vəziyyətdə olsunlar.  
İ  l  h  a m     Ə l  i  y  e  v:  Yaxşı,  əyləşin.  Zeynal, rayonlarda 
vəziyyət necədir?  
Z e y n a l   N a ğ d ə l i y e v (Prezidentin İcra Aparatının 
Regional  İdarəetmə  və  Yerli  Özünüidarəetmə  Orqanları  ilə  iş 


 
 
28 
şöbəsinin  müdiri):  Cənab  Prezident,  bütün  rayonlarla  əlaqə 
saxlanılmışdır.  Dağ  rayonlarında  qar  düşüb,  normal  həyat  ya-
şanır.  Qeyri-adi  heç  nə  baş  verməmişdir.  Xızı,  Şamaxı,  Ağsu 
tərəfdə  bu  günlər  qar  çox  yağıb,  bu  da  yolda  problemlər 
yaradıbdır.  Amma  həyat  ritmində  elə  bir  dəyişiklik  baş 
verməmişdir.  Yalnız  işığın  verilməsində  müəyyən  məhdu-
diyyətlər  yaranmışdır.  Rayonlara  işıq  20–24  saat  verilirdi. 
Amma  rayonlardan  aldığımız  məlumata  görə,  son  iki  gündə 
müəyyən  məhdudiyyətlər  vardır.  Bu,  Bərdədə,  Masallıda, 
Astarada,  Beyləqanda  mövcuddur.  Amma  biz  rayonların 
rəhbərləri  ilə  birbaşa  danışdıq.  Camaatla  izahat  işi  aparılır  ki, 
respublikada  bu  qıtlığın  yaranması  müvəqqəti  haldır,  elektrik 
enerjisi  təchizatı  məsələsi  həllini  tapacaqdır.  Camaatımız 
vəziyyəti  başa  düşür,  narahatlıq  doğuran  elə  bir  problem 
yoxdur.  
Cənab  Prezident,  biz  eyni  zamanda  işıq  və  qaz  pullarının 
yığılmasını nəzarətə götürmüşük. Bununla bağlı şəhər və rayon 
icra  hakimiyyətləri  başçılarının  məsuliyyətini  artırırıq  ki,  onlar 
bununla  bilavasitə  məşğul  olsunlar.  Başqa  elə  bir  problem 
yaranmayıbdır.  
İ l h a m   Ə l i y e v: Mən yenə də demək istəyirəm ki, bu, 
təkcə  Azərbaycanda  deyil,  demək  olar,  bütün  Avropa  ölkə-
lərində müşahidə olunan bir mənzərədir. Biz gərək bu məsələyə 
çox  diqqətlə,  həssaslıqla  yanaşaq.  İlk  növbədə,  əhali  təmin 
olunmalıdır. Əgər bizdə kifayət qədər elektrik enerjisi yoxdursa 
– bu faktdır – qış aylarında çatışmazlıq, haradasa, 400 meqavat 
səviyyəsindədir,  biz gərək bunu, enerjini elə bölüşdürək ki, ilk 
növbədə  əhaliyə  çatsın,  uşaq  bağçalarına,  məktəblərə, 
xəstəxanalara  verilsin.  Ola  bilsin  ki,  bəzi  müəssisələrə 
məhdudiyyət 
qoyulsun. 
Ancaq 
ünvanlı 
məhdudiyyət 
qoyulmalıdır. İlk növbədə, əhali təmin olunmalıdır, ondan sonra 
bizim ən vacib, strateji müəssisələrimiz. Ancaq bəzi müəssisələr 
var  ki,  eybi  yoxdur,  onlar  bir  az  dözə  də  bilərlər.  Yəni  ticarət, 
kommersiya obyektləri var. Bəzi hallarda onlara artıqlaması ilə 
verilir,  orada  gecə-gündüz  işıq  yanır.  Amma  uşaq  bağçasında, 


 
 
29 
evdə,  xəstəxanada  işıq  yoxdur.  Buna  çox  ciddi  nəzarət 
etməliyik.  Həm  «Azərenerji»,  həm  də  rayon  və  şəhər  icra 
hakimiyyətlərinin  başçıları  nəzarət  etməlidirlər  ki,  ünvanlı, 
dəqiq bölüşdürülsün.  
Qazla necə, problem var?  
Ə l i x a n   M ə l i k o v («Azəriqaz» Səhmdar Cəmiyyətinin 
sədri):  Cənab  Prezident,  ümumilikdə  qaz  təchizatı  ilə  bağlı 
qlobal  problem  yoxdur.  Respublikamıza  gündə  15  milyon 
kubmetr  idxal  qazı  qəbul  olunur.  Dövlət  Neft  Şirkətindən 
«Azəri» yatağı da daxil olmaqla, təxminən 13,2 milyon kubmetr 
qaz  alınır.  Son  günlər  soyuqların  düşməsi  ilə  əlaqədar  yeraltı 
qaz  anbarlarından  maksimum  –  sutkada  9,8–9,9  milyon 
kubmetr  qaz  götürürük.  Bakı  şəhərinə  təxminən  sutkada  11 
milyon  kubmetr,  digər  rayonlara  9  milyon  kubmetr  qaz  verilir. 
O  cümlədən  Gəncə  şəhərinə  1  milyon  150–200  min 
kubmetrədək  qaz  verilir.  Ümumilikdə  götürəndə,  Bakının 
mərkəzində  qlobal  problem  yoxdur.  Bəzi  ətraf  qəsəbələrdə 
problem var. İndi bu problemi aradan götürmək mümkün deyil, 
yəni həcm buna imkan vermir.  
Sizin  tapşırığınızla  yanvarın  22-də  saat  21.00-dan  Gürcüs-
tana  qazın  verilməsinə  başlanmışdır.  Biz  müəyyən  işləri 
görmüşdük  və  bu  da  imkan  verdi  ki,  bir  sutka  ərzində  hazır-
lığımızı  gördük  və  dediyim  tarixdən  qazı  verdik.  Bu  gün 
Gürcüstana gündəlik 2,5 milyon kubmetr qaz verilir. Bu bizim 
daxili  təchizata  təsir  göstərmir.  Yəni  biz  yeraltı  qaz 
anbarlarından  götürülən  qazın  həcmini  təxminən  2  milyon 
kubmetr artırdıq və bunun hesabına Gürcüstana qazın verilməsi 
təmin  olundu.  Biz  istər  Bakı  şəhərində,  istərsə  də  digər 
şəhərlərdə,  rayon  mərkəzlərində  rəhbər  işçilərdən  növbətçilik 
təşkil  etmişik.  Hər  bir  məlumat  operativ  qəbul  olunur,  hansısa 
bir problem çıxarsa, dərhal həll edilir.  
İ l h a m   Ə l i y e v: Əfsuslar olsun ki, uzun illərdir Bakı 
kəndlərində  qaz  problemi  mövcuddur.  Bildiyiniz  kimi,  indi 
Bakının  ətraf  qəsəbələrinin  yeni  geniş  inkişaf  proqramı 
hazırlanır.  Əlbəttə,  orada  kəndlərin  qazla  təmin  olunması 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə