İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

 
 
30 
nəzərdə  tutulur.  Yaxınlarda  bu  proqram  təsdiq  olunacaq  və 
praktiki işlər aparılacaqdır. Ancaq çalışmalıyıq ki, indi mövcud 
olan  imkanlardan  maksimum  dərəcədə  istifadə  edib  şəhəri  və 
rayonları qazla təmin edək.  
Azərbaycanda qazın hasilatı ildən-ilə artacaqdır. «Şahdəniz» 
yatağından  bu  ilin  sonunda  hasil  ediləcək  qaz  bizim  sistemə 
veriləcəkdir.  Eyni  zamanda  «Azəri»  və  «Çıraq»  yataqlarından 
çıxan səmt qazı da bizə əlavə imkanlar yaradacaqdır. Ona görə 
gələcəkdə, haradasa 1-2 ilə Azərbaycanda qazın həcmi ilə bağlı 
problem  olmayacaqdır.  Əsas  məqsəd  xətlərin  yeniləşməsinə 
yönəldilməlidir.  Bakıda,  şəhərətrafı  qəsəbələrdə  və  rayonlarda 
bu  işlər  paralel  getməlidir.  Əlbəttə,  sayğaclaşma  da 
aparılmalıdır. Bilirəm ki, bu da aparılır, sayğaclar quraşdırılır və 
bu  ilin  sonuna  qədər  o  proqram  gərək  başa  çatsın,  hər  yerdə 
sayğaclar qoyulmalıdır.  
Biz  keçən  il  «Azəristiliktəchizat»  Səhmdar  Cəmiyyətini 
yaratdıq.  O  məqsədlə  ki,  təkcə  Bakının  yox,  Azərbaycanın 
bütün istilik təsərrüfatı yeniləşsin. Məqsəd qoyulmuşdu ki, qısa 
müddət  ərzində,  2005-ci  ilin  sonuna  qədər  evlərə  müəyyən 
həcmdə istilik verilsin və 2006-cı ilin, yəni bu ilin sonuna qədər 
bu problem maksimum səviyyədə həll olunmalıdır. Əlavə vəsait 
nəzərdə  tutulub,  verilib,  gələcəkdə  də  veriləcəkdir.  İndi  siz 
məruzə  edin,  indi  nə  qədər  yeni  ev  istiliklə  təmin  olunub  və 
bütövlükdə istiliklə bağlı vəziyyət necədir?  
Y a ş a r   H ə s ə n o v («Azəristiliktəchizat» Səhmdar Cə-
miyyətinin  sədri):  Cənab  Prezident,  Sizin  verdiyiniz  tapşırıq-
ların  icrası  ilə  əlaqədar  lazım  olan  və  gücümüz  daxilində  olan 
işləri görmüşük. Sizin tapşırığınızla bizə keçən il vəsait ayrılıb 
və  bu  vəsait  istilik  təsərrüfatı  sisteminin  yenidən  qurulmasına 
sərf olunubdur. 988 bina istiliklə təmin edilmişdi.  
İ l h a m   Ə l i y e v: Yeni bina?  
Y  a ş  a  r     H  ə s  ə  n  o  v:  Yox.  2004-cü  ildə  988  bina.  Bu 
günə kimi isə 1482 bina istiliklə təmin olunur.  
İ l h a m   Ə l i y e v: Bakı şəhərində?!  
Y a ş a r   H ə s ə n o v: Bəli.  


 
 
31 
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Yəni  siz  çoxmərtəbəli  binaları 
deyirsiniz? Bakıda bütövlükdə neçə bina var?  
Y a ş a r   H ə s ə n o v: Bizim layihə ilə bağlı 2900 binadır. 
Amma  bütün  Bakı  şəhəri  üzrə  mərkəzləşdirilmiş  istilik 
sistemlərinə qoşulmalı binalar təxminən 3600–3700-dür. Çünki 
dəqiq  uçot  aparmaq  olmur,  kooperativlərin,  müəssisələrin 
binaları var. Biz layihə hazırlayırıq.  
İ l h a m   Ə l i y e v: 1400 binaya artıq istilik verilibdir?  
Y a ş a r   H ə s ə n o v: Bu gün 1482 binaya istilik verilir. 
Düzdür,  bəzi  xırda  problemlər  olur.  Xətlərdə  problemlər  var, 
onların  yeniləşdirilməsi  ilə  də  məşğul  olmuşuq.  Yeni 
qazanxanalara  qaz  xətti  çəkilibdir.  Məsələn,  Hövsan  qəsəbə-
sində  tikdiyimiz  qazanxanadan  97  blok  istilik  almalı  idi.  15 
binada  7200  nəfər  yaşayır.  Bu  gün  hörmətli  Baş  nazir  də 
soruşmuşdu.  Bir  blok  qazanxana istifadəyə  veriləndə biz  aşağı 
paylayıcı  sistemi  dövlət  vəsaiti  hesabına  əsaslı  təmir  etmişdik. 
Bu  gün  bütün  bloklar  80  faiz  istiliklə  təmin  olunur.  Bu  işdə 
vətəndaşlar da iştirak edirlər. Biz sadəcə, onlara texniki kömək 
göstəririk.  İndi  Dövlət  Tikinti  və  Arxitektura  Komitəsinin  5 
layihə institutu bizim sifarişimizlə konkret layihələndirmə işləri 
ilə məşğuldur. 9-cu və digər mikrorayonlarda verdiyiniz tapşırıq 
əsasında  istilik  məntəqələrinin  yenidən  qurularaq  qazanxanaya 
çevrilməsi və digər qazanxanaların tikintisi aparılır. Dünən bizə 
bu  işləri  aparmaq  üçün  200  min  yeni  Azərbaycan  manatı 
ayrılıbdır.  Əlimizdən  gələni  edirik  ki,  Sizin  qarşımızda 
qoyduğunuz  tapşırıq  tamamilə  yerinə  yetirilsin.  Onu  da  deyim 
ki, bu işdə hamı bizə kömək edir.  
İ l h a m   Ə l i y e v: 2006-cı ildə əksər işlər görülməlidir. 
Belə olan halda işığa da tələbat azalacaqdır. Çünki insanlar daha 
istilikdən istifadə edəcəklər.  
«Azərenerji», məruzə edin, vəziyyət necədir?  
M a r l e n   Ə s g ə r o v («Azərenerji» Səhmdar Cəmiyyə-
tinin vitse-prezidenti): Möhtərəm Prezident, son günlər havanın 
kəskin  dəyişməsi  nəticəsində  elektrik  enerjisinə  olan  tələbat 
keçənilkinə nisbətən 450 meqavat artmışdır.  


 
 
32 
İ l h a m   Ə l i y e v: 450 meqavat artmışdır?  
M a r l e n   Ə s g ə r o v: Bəli, ancaq keçən ilə nisbətən 450 
meqavat artmışdır. Biz öz stansiyalarımızdan və Rusiyadan 250 
meqavat aldığımız enerji hesabına təxminən 4 min meqavat güc 
toplaya bilirik. Bu 4 min meqavatdan 2100-nü təkcə «Barmek» 
götürür.  Bakı,  Sumqayıt  və  şimal  zonaları  üçün.  Biz 
«Barmek»in zonasında heç bir məhdudiyyət vermirik. Nə qədər 
enerji  götürülürsə,  əhali  o  qədər  də  enerji  alır.  Yəni  aldığımız 
enerjinin  təxminən  50  faizindən  çoxunu  təkcə  «Barmek» 
götürür.  
Keçmiş  «Bayva»  isə  hələlik  bizə  verilməyibdir.  Onun 
ərazisində  isə  enerjinin  tələbatı,  əlbəttə,  məhdudiyyəti  nəzərə 
almaqla, keçənilki səviyyədən bir az aşağıdır. Ona görə ki, 400 
meqavata  qədər  gücümüz  çatmır.  Azərbaycan  Dövlət  Rayon 
Elektrik Stansiyasında 5-ci aqreqatın yenidən qurulması işi ötən 
ilin dekabrında başa çatmalı idi və biz oradan 300 meqavatdan 
artıq  enerji  götürməli  idik.  Həmin  aqreqatın  trubininin 
tənzimlənmə  sisteminin  paneli  «Siemens»  şirkətindən 
alınmışdır.  Burada  işləri  «Silovıye  maşinı»  görür.  Təəssüf  ki, 
panel  Almaniyadan  Azərbaycana  gətirilərkən  zədələnmişdir. 
Ona  görə  də  aqreqatın  işə  qoşulması  bir  müddət  gecikibdir. 
«Siemens» indi yeni panel göndərməlidir. Təxminən fevralın 1-
dək  onu  almalıyıq.  Bundan  sonra  bloku  10  gün  ərzində 
tənzimləyib  işə  qoşacağıq.  Fevralın  10-dək  həmin  blok  işə 
düşsə,  300–320  meqavat  artımımız  olacaq  və  əlbəttə,  bu  bizə 
kömək edəcəkdir.  
Ümumiyyətlə,  Astara  modul  stansiyasının  və  Azərbaycan 
DRES-də də blokların işə qoşulmasından sonra məhdudiyyətlər 
bu səviyyədə olmaz. Stansiyalarda qalan bütün avadanlıq işləyir 
və bunun sayəsində 4 min meqavata qədər güc yığa bilirik.  
İ l h a m   Ə l i y e v: «Şimal» DRES-də vəziyyət necədir?  
M a r l e n   Ə s g ə r o v: Normal işləyir. Ancaq qaz siste-
minin  tənzimlənməsi  zamanı  problem  yaranır.  Belə  ki,  bu 
günlər qaz oraya çatana qədər temperaturu təqribən 2 dərəcəyə 
yaxın olur. Oradakı filtrlərdə buzlaşma gedir və inanın ki, bütün 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə