İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə30/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

 
 
110 
təbii sərvətlər o zaman insanlara xidmət edir ki, onlar işlənilir, 
onlardan istifadə  olunur,  neft  hasil  edilir,  neft  kəmərləri tikilir, 
stansiyalar,  qaz  kəmərləri  tikilir.  Şübhəsiz  ki,  bizim  enerji 
təhlükəsizliyimiz  çox  yüksək  səviyyədə  təmin  olunacaq  və 
Azərbaycan  gələcək  illərdə  bölgə  üçün,  region  üçün,  Avropa 
istehlakçıları  üçün  çox  önəmli  enerji  mənbəyi  olan  ölkəyə 
çevriləcəkdir.  Biz  bundan  məharətlə  istifadə  etməliyik. 
Azərbaycanın coğrafi vəziyyəti, onun regiondakı artan nüfuzu, 
rolu, habelə təbii sərvətlərimiz bizə çox gözəl imkanlar yaradır. 
Bu  imkanlar  Azərbaycan  xalqının  rifah  halının  yaxşılaşmasına 
xidmət  edəcək,  eyni  zamanda,  Azərbaycanın  bölgədəki  və 
dünyadakı mövqelərini möhkəmləndirəcəkdir. 
Mən  bu  gün  çox  xoşbəxtəm,  çox  şadam.  Bilirsiniz,  bu 
stansiyanın 4-5 ay ərzində tikilməsi çox böyük nailiyyətdir. Bu 
gün  mən  xarici  mütəxəssislərlə,  bu  stansiyanın  tikintisində 
iştirak  etmiş  mütəxəssislərlə  söhbət  əsnasında  eşitdim  ki, 
onların  təcrübəsində  də  bu  rekorddur.  Bu  stansiyanın 
tikintisində  iştirak  edən  şirkətlər  müxtəlif  yerlərdə  də  belə 
stansiyalar  tikiblər.  Amma  heç  bir  yerdə  belə  qısa  müddət 
ərzində  buna  nail  ola  bilməmişdilər.  Azərbaycanda  isə  qısa 
müddət ərzində stansiya tikildi. Bu nəyi göstərir? Onu göstərir 
ki, Azərbaycanda işlər düzgün qurulur. Onu göstərir ki, burada 
məqsəd qoyulursa, mütləq nail olunmalıdır. Bu onu göstərir ki, 
bizim  sözümüzlə  əməlimiz  arasında  heç  bir  ziddiyyət  yoxdur. 
Əgər  demişiksə,  yerinə  yetirməliyik.  Yadımdadır,  mən 
sentyabrda  vəzifə  qoydum  ki,  qış  aylarında  stansiya  istismara 
verilməlidir.  Çünki  bizə  işıq  qış  aylarında  daha  çox  lazımdır. 
Biz buna nail olduq. Şübhə etmirəm ki, bütün sahələrdə, bütün 
təşəbbüslərdə biz həmişə istədiyimizə nail olacaq, Azərbaycanı 
daha  da  möhkəmləndirəcək,  Azərbaycan  xalqının  rifah  halının 
yaxşılaşmasına çox ləyaqətlə xidmət edəcəyik. 
Əziz  dostlar,  bir  daha  mən  sizin  hamınızı  bu  stansiyanın 
açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, bundan 
sonra bizim işığımız həmişə yanacaq, müəssisələrimiz işləyəcək 
və insanlar daha da yaxşı, rahat yaşayacaqlar. 


 
 
111 
Sağ olun. 
* * * 
 
Prezident  İlham  Əliyev  açılış  mərasimindən  sonra  Astara 
elektrik  stansiyasının  inzibati  binası  ilə  və  burada  yaradılmış 
Heydər Əliyev muzeyi ilə tanış oldu. 
Muzeydə  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  ölkəmizə 
rəhbərliyi  dövründə  tikilmiş  elektrik  stansiyalarının  açılış 
mərasimlərində  iştirakını,  energetiklərlə  görüşlərini  əks  etdirən 
fotoşəkillər toplanmışdır. Burada prezident İlham Əliyevin iştirakı ilə 
ötən  il  Astarada  istifadəyə  verilmiş  qaz-kompressor  stansiyasının 
açılışına  dair  fotoşəkillər  də    nümayiş  etdirilir.  Bütün  bunlar  ulu 
öndərin və dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət 
və qayğı barədə dolğun təsəvvür yaradır. 
 
Azərbaycan prezidenti İlham Əliyevin muzeyin fəxri 
qonaqlar kitabına yazdığı ürək sözləri: 
 
«Azərbaycanın  enerji  potensialının  möhkəmlənməsində  ulu 
öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 
Bu  gün  bu  işlər  davam  edir.  Astara  elektrik  stansiyasının 
istismara verilməsi bunun bariz nümunəsidir. 
Ölkəmizin  enerji  təhlükəsizliyinin  təmin  olunmasında  Astara 
elektrik  stansiyası  öz  rolunu  oynayacaqdır  və  cənub  bölgəsini  
keyfiyyətli enerji ilə təmin edəcəkdir. 
Astaralılara yeni uğurlar və xoşbəxtlik arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
03.02.2006» 
 
 
 
 
Sonra  prezident  İlham  Əliyev  stansiyanın  qarşısına  toplaşan 
sakinlərlə  görüşüb  səmimi  söhbət  etdi,  qayğı  və  problemləri, 
yaşayış şəraiti ilə maraqlandı. 


 
 
112 
Sakinlər  Astaraya  göstərdiyi  böyük  diqqətə  görə  ulu  öndər 
Heydər  Əliyevə  Allahdan  rəhmət  diləyərək,  onun  tarixi  xid-
mətlərini xatırladılar və xalqımızın ümummilli liderinin siyasətini 
uğurla  davam  etdirən,  insanların  daim  qayğısına  qalan  döv-
lətimizin  başçısına  dərin  minnətdarlıqlarını  bildirdilər.  Onlar 
regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Astarada  
görülən  işləri  yüksək  qiymətləndirdilər,  şəxsi  qayğıları  və  prob-
lemləri barədə də söhbət açdılar. 
Azərbaycan  prezidenti  xoş  sözlərə  görə  sakinlərə  təşəkkürünü 
bildirdi,  onların  problemlərinin  aradan  qaldırılması  üçün  lazımi 
tədbirlər görüləcəyini vurğuladı. 
 
 
 
 


 
 
113 
 
 
 
LƏNKƏRAN MÜALİCƏ-DİAQNOSTİKA 
MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ 
 
3 fevral 2006-cı il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  müalicə-diaqnostika 
mərkəzinin tikintisi ilə tanış olmaq üçün fevralın 3-də Lənkəran 
şəhərinə  gəldi.  Burada  çalışan  inşaatçılar  prezident  İlham 
Əliyevi və onun xanımını hörmət və ehtiramla qarşıladılar, gül 
dəstəsi təqdim etdilər. 
Ötən  ilin  sentyabrında  prezidentin  xeyir-duası  ilə  təməli 
qoyulan  mərkəzin  tikintisində  son  tamamlama  işləri  görülür. 
Smeta  dəyəri  32  milyard  manat  olan  yeni  səhiyyə  ocağının 
tikintisində  «Embavood»  MMC-nin  inşaatçıları  ilə  yanaşı,  170 
nəfər  yerli  sakin  də  çalışır.  Mərkəzi  Almaniyanın  «Siemens» 
şirkətinin  istehsalı  olan  2,7  milyon  dollarlıq  tibb  avadanlığı  ilə 
təchiz ediləcəkdir. 
Prezidentə məlumat verildi ki, əsasən böyrək xəstəliklərinin 
diaqnostikası və müalicəsi üçün lazım olan avadanlıq dünyanın 
ən  tanınmış  və  nüfuzlu  şirkətləri  tərəfindən  quraşdırılacaqdır. 
Burada  həmçinin  oftalmologiya,  kompüter  tomoqrafiyası  və 
kardiologiya kabinetləri də fəaliyyət göstərəcəkdir. Mərkəzin bu 
ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 
 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə