138
Bir sözlə, bütün bu iki il ərzində görülmüş işlər onu göstərir
ki, istiqamət düzgün seçilmişdir, prioritetlər düzgün müəyyən
edilmişdir və proqramın icrasında da müsbət meyllər kifayət
qədərdir. Amma problemlər də var, çatışmayan cəhətlər var və
biz bunları vaxtlı-vaxtında araşdırmalıyıq, tədbirlər görməliyik
ki, bu proqram, 2008-ci ilə qədər nəzərdə tutulmuş bütün
tədbirlər həyata keçirilsin.
YEKUN NİTQİ
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq iki
ildir ki, icra olunur və proqramın əhəmiyyəti də, onun vacibliyi
də hamımız üçün aydındır. Bu, Dövlət Proqramıdır. O deməkdir
ki, dövlət bu proqramın həyata keçirilməsində bütün
məsuliyyəti öz üzərinə götürübdür. Eyni zamanda, sahibkarların
da bu proqramda fəal iştirak etməsi üçün dövlət öz tərəfindən
onlara lazımi şəraiti yaradır. Bu, ilk növbədə, kreditlərin
verilməsi, digər tərəfdən, sahibkarlara olan dəstək, onlara olan
inam və ümumiyyətlə, Azərbaycanda sahibkarlığın inkişafına
göstərilən diqqətdir. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, orada iqtisadiyyat daha çox özəl
sektorun hesabına, ilk növbədə, kiçik və orta sahibkarların
fəaliyyəti nəticəsində inkişaf edir. Kiçik və orta sahibkarlığın
ümumi daxili məhsulda olan çəkisi nə qədər yüksəkdirsə,
deməli, ölkə iqtisadiyyatı da bir o qədər inkişaf edir.
Təbii ki, Azərbaycanda buna nail olmaq üçün müəyyən vaxt,
zaman lazımdır. Biz 15 il bundan əvvəl tamamilə başqa
sistemdə yaşamışıq. Bildiyiniz kimi, Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra da ölkədə gedən proseslər
imkan vermirdi ki, dərhal ciddi quruculuq işləri aparılsın.
Sosial-iqtisadi tənəzzül, siyasi-hərbi böhran – bütün bunlar,
əlbəttə ki, ölkəmizi çox çətin vəziyyətə salmışdı. Yalnız son 10
il ərzində, vəziyyət sabitləşəndən sonra davamlı iqtisadi
islahatlar aparılmağa başlandı və bu gün uğurla davam etdirilir.
139
Son iki ildə isə iqtisadi islahatların yeni dövrü başlandı. Bu
dövr də çox əhəmiyyətlidir, bizim üçün çox vacibdir. Yenə də
qeyd etmək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı üçün
indi ölkədə və bölgədə çox gözəl şərait mövcuddur. Bu şəraitin
yaranmasında, əlbəttə ki, təbii amillər də rol oynayır, ancaq
Azərbaycanın siyasəti, ölkəmizin dünyadakı, bölgədəki
möhkəmlənən mövqeyi də böyük rol oynayır. Azərbaycan
bölgədə gedən önəmli proseslərin təşəbbüskarıdır, icraçısıdır.
Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə – nə
siyasi, nə iqtisadi, nə də nəqliyyat layihəsi həyata keçirilə
bilməz. Bu reallıqdır və getdikcə bizim önəmimiz artacaqdır.
Mən ölkəmizin gələcəyinə çox nikbinliklə baxıram. Çünki
güclü Azərbaycan yaratmaq üçün bütün imkanlar var. Öl-
kəmizin coğrafi vəziyyəti, təbii sərvətlərlə zəngin olması,
cəmiyyətdə dövlət siyasətinə olan dəstək, xalqla iqtidar arasında
olan birlik, bizim iqtisadi islahatlarımız, enerji və nəqliyyat
dəhlizinin təmin olunmasında Azərbaycanın artan rolu – bütün
bunlar müsbət amillərdir. Biz bundan istifadə etməliyik.
Bu gün görülən işlər bir neçə ildən sonra öz bəhrəsini
verəcəkdir. Necə ki, iki il bundan əvvəl sahibkarlara verilmiş
kreditlər bu gün artıq yeni müəssisələrin açılışına gətirib
çıxarıbdır.
Biz iki il bundan əvvəl böyük həcmdə kredit verə bilməzdik.
Çünki maliyyə imkanlarımız o qədər də yaxşı deyildi. Ancaq bu
il 100 milyon dollar kredit veriləcəkdir. Bu kredit işləyəcək və
bəlkə də bir-iki ildən sonra yeni infrastrukturun, yeni iş
yerlərinin yaradılmasına, yeni inkişafa öz töhfəsini verəcəkdir.
İnkişaf budur. Əsas odur ki, siyasət düzgün müəyyən edilsin,
proqram tərtib olunsun və proqram şüara çevrilməsin. Reallığı
əks etdirsin və real nəticələrə gətirib çıxarsın. Əlbəttə ki, bütün
aidiyyəti orqanlar bu proqramın icrasında çox fəal iştirak
etməlidir.
Yerli hakimiyyət orqanlarının üzərinə böyük vəzifələr düşür
və bildiyiniz kimi, indi bölgələrdə kadr dəyişikliyi davam edir.
Bu da təbii prosesdir, çünki yeniləşmə getməlidir. Əsas tələb
140
ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi ilə, öz zəhməti ilə
ümumi işimizə öz töhfəsini versin, insanlara diqqət, qayğı
göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin.
Sahibkarlığın inkişafı bu baxımdan da proqramın tərkib
hissəsidir. Baxmayaraq ki, proqramın əsas yükü dövlətin,
hökumətin üzərinə düşür. Elektrik stansiyalarının, su kəmər-
lərinin tikintisi, qazpaylayıcı şəbəkənin yeniləşməsi, məktəb-
lərin, xəstəxanaların tikintisi, yolların – həm magistral,
Azərbaycanı başqa ölkələrlə birləşdirən, həm də şəhərdaxili və
kəndarası yolların tikintisi – bütün bunlar dövlət hesabına
həyata keçiriləcək və həyata keçirilən məsələlərdir.
Sahibkarların üzərinə düşən vəzifələr də aydındır. Bu da
ondan ibarətdir ki, bu gözəl sərmayə mühitindən istifadə edib
yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına nail
olsunlar. Yeni fabriklər, zavodlar yaradılsın ki, ölkəmiz inkişaf
etsin və sahibkarlar özləri də bundan faydalansınlar.
Proqramın əsas məqsədi işsizliyin aradan qaldırılmasından,
yoxsulluğun azaldılmasından ibarətdir. Hər iki istiqamətdə –
əlbəttə, bu iki istiqamət bir-biri ilə sıx bağlıdır–son iki il ərzində
uğurlar var. 340 min yeni iş yerinin açılması, yoxsulluğun
səviyyəsinin 49 faizdən 29 faizə düşməsi reallıqdır, real
nəticədir. Minimum əməkhaqqı bir neçə dəfə qalxıbdır.
Düzdür, bu bizi qane edə bilməz. Çünki indiki səviyyə bizi
qane etmir, minimum əməkhaqqı gərək insanın minimum
tələbatını ödəsin. Bu hələ ki, belə deyildir. Amma bu da
olacaqdır. Bu il də nəzərdə tutulub, gələn il də nəzərdə
tutulacaq və Azərbaycanda minimum əməkhaqqı ildən-ilə
qalxacaqdır. Gördüyümüz işlər, gələcəkdə bizi gözləyən
böyük neft gəlirləri, əlbəttə, bu imkanı bizə yaradacaqdır.
Ancaq biz gərək çox dəqiq olaq, çox diqqətli olaq, makroiqti-
sadi sabitliyi poza bilən amillərdən özümüzü qoruyaq.
Çünki inflyasiyanın qalxması, qiymətlərin qalxması bizi çox
ciddi düşündürür. Keçən ilin əvvəlində bu, ciddi xarakter
almışdı. Görülən tədbirlər nəticəsində onun qarşısı alındı. İndi
Dostları ilə paylaş: |