317
çox gözəl münasibətlər var. Türkiyə və Azərbaycan arasında, o
cümlədən də rəhbərlik səviyyəsində münasibətlər çox
yüksəkdir. Bu yaxınlarda Türkiyə prezidenti bizim ölkəmizə
səfər edəcəkdir. Səfər daha öncə nəzərdə tutulmuşdu, ancaq
hava şəraitinin yaxşı olmaması buna imkan vermədi. Amma
onu bu yaxınlarda gözləyirik.
Çox şadam ki, Türkiyənin bütün bölgələrini təmsil edən
millət vəkilləri bizimlə bərabərdirlər. Bu bir daha onu göstərir
ki, bizim aramızda olan münasibətlər hərtərəflidir. Türkiyənin
hər bir bölgəsi ilə də bizim tarixi, mədəni köklərimiz var. Bu
gün, demək olar ki, burada bütün Türkiyə təmsil olunur. Çünki
hər bir bölgədən xalq tərəfindən seçilmiş millət vəkilləri bu gün
buradadırlar. Bu çox böyük əhəmiyyətə malik hadisədir.
Siz qeyd etdiniz və mən də bunu tam dəstəkləyirəm ki,
gələcəkdə dünya türklərinin qurultayı da keçirilməlidir. Bütün
türkdilli dövlətlərin nümayəndələri də iştirak etməlidirlər. Biz
çox istəyirik ki, türkdilli dövlətlər arasında olan əlaqələr daha
da möhkəmlənsin, əlaqələr daha da mütəmadi, sıx olsun.
Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək
səviyyədədir. Lazımdır ki, bütün türkdilli dövlətlər daha da
səmərəli işləsinlər. Çünki bizim məqsədimiz birdir, niyyətimiz
birdir, problemlərimiz də bənzər problemlərdir.
Hörmətli millət vəkili qeyd etdi ki, ərazi bütövlüyümüzün
pozulması, torpaqlarımızın işğal altında qalması bizim üçün ən
böyük problemdir. Azərbaycan indi çox sürətlə inkişaf edir.
Siyasi proseslər müsbət istiqamətdə inkişaf edir, iqtisadiyyat
yüksəlir, ölkədə mövcud olan sosial problemlər öz həllini tapır.
Ümid edirəm ki, bizim gələcəkdə o qədər də böyük, ciddi
problemimiz olmayacaqdır. Ancaq torpaqlarımızın işğal altında
olması ən böyük problemdir. Bunun da səbəbi ondadır ki,
Ermənistanın təcavüzkar siyasəti buna gətirib çıxarıbdır.
Azərbaycanın torpaqları işğal altındadır, bir milyondan artıq
insan qaçqın-köçkün vəziyyətində yaşayır və əlbəttə, bu, bütün
bölgədə gedən proseslərə mənfi təsir göstərir.
318
Biz heç bir fövqəladə iddiada deyilik. Sadəcə, onu tələb edirik
ki, bizim torpaqlarımız işğaldan azad olunsun. Ermənistanın işğalçı
qüvvələri bu torpaqlardan çıxsın. Ondan sonra biz qonşu kimi
yaşayaq. Bizim problemimiz bundan ibarətdir. Əgər Ermənistanın
rəhbərliyi Türkiyəyə qarşı torpaq iddiasını kənara qoysa, qondarma
«soyqırımın» tanınmasına çalışmağa son qoysa, əlbəttə, Türkiyə–
Ermənistan münasibətləri normallaşa bilər. Əgər onlar bizim
torpaqlarımızdan çıxarlarsa, onda Ermənistan–Azərbaycan müna-
sibətləri də normallaşa bilər. Biz bu bölgədə yaşayırıq, qonşuyuq
və qonşuluqda yaşamağa məhkumuq. Ancaq o şərtlə ki,
separatizmə son qoyulsun, etnik təmizləmə siyasətinin nəticələri
aradan qaldırılsın, Azərbaycan vətəndaşları öz dədə-baba
torpaqlarına qayıda bilsinlər və əlbəttə ki, Türkiyə və Azərbaycana
olan əsassız torpaq iddialarına son qoyulsun. Bunlar təbii
tələblərdir və biz də bu tələblərdə çox israrlıyıq.
Əlbəttə, bölgədə gedən proseslər, Türkiyənin, Azərbaycanın
möhkəmlənməsi bizim mövqelərimizi daha da gücləndirir. Mən
bilirəm ki, son illər ərzində Türkiyədə iqtisadiyyat çox sürətlə
artır. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi böhran aradan
qaldırılıbdır. İndi iqtisadiyyat sürətlə irəliyə gedir. O cümlədən
Azərbaycanda da indi iqtisadiyyatda müsbət proseslər gedir,
yeni iş yerləri açılır, iqtisadi artım var. Bu yaxınlarda açılışında
iştirak edəcəyimiz Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi
başa çatır. Eyni zamanda, «Şahdəniz» yatağından çıxarılan qaz
artıq bu il Türkiyəyə nəql ediləcəkdir. Bütün bunlar həm
iqtisadi, həm də siyasi hadisələrdir və bizim mövqeyimizi daha da
möhkəmləndirəcəkdir. Azərbaycan Türkiyə vasitəsilə öz enerji
daşıyıcılarını Avropaya nəql edəcəkdir. Bildiyiniz kimi, Avropada
qaz məsələsi çox qabarıq şəkildə ortaya çıxıbdır. Yəni bölgədə
gedən proseslər, bizim regional əməkdaşlığımız bizim
mövqelərimizi möhkəmləndirir. Əlbəttə, bizi bağlayan çox dərin
tarixi köklərdir, bizim milli mənsubiyyətimizdir, mədəniyyətimiz,
tariximiz, qardaşlığımızdır. Bütün bunlar çox möhkəm təməldir.
Ancaq bunlarla yanaşı, bölgədə gedən proseslər indi daha çox
bizim birliyimizdən asılıdır. Biz nə qədər bir yerdə olsaq,
319
siyasətimizi nə qədər əlaqələndirilmiş şəkildə aparsaq, o qədər də
bölgədə istədiyimizə nail olacağıq.
Bu gün Türkiyədən, yaxud da Azərbaycandan yan keçməklə
bölgədə heç bir – istər siyasi, istər iqtisadi layihə, istər nəqliyyat
layihəsi, istərsə də hər hansı başqa layihə baş tuta bilməz. Bu
bizim önəmimizi artırır və biz birlikdə, əlbəttə, həm bölgədə
gedən proseslərə, həm də geniş mənada qitədə gedən proseslərə
təsir mexanizmlərimizi daha da gücləndiririk. O cümlədən buna
görə çox sıx əməkdaşlıq olmalıdır.
Siz qeyd etdiniz ki, bizim Milli Məclisin nümayəndə heyəti
Türkiyəyə səfər etmişdir. Onlar da çox razı qayıtmışlar, onlara
çox böyük hörmət göstərmişlər. Bu əlaqələr hər bir səviyyədə –
dövlətlərarası, hökumətlərarası, millət vəkilləri, iş adamları,
sənət adamları arasında əlaqələr – möhkəmlənməlidir. Biz bunu
görürük və bu bizim siyasətimizdir. Prezident kimi, mən çox
çalışıram ki, bu birlik daha da möhkəm olsun və biz bu
məqsədlərə nail olaq.
Sizi bir daha ürəkdən salamlayıram. Siz doğma ölkənizdə-
siniz, qardaşlar arasındasınız. Əminəm ki, burada keçirdiyiniz
günlər xatirənizdə uzun illər qalacaqdır.
Görüşdən sonra prezident İlham Əliyev Türkiyə nümayəndə
heyəti ilə xatirə şəkli çəkdirdi.
Dostları ilə paylaş: |