İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə52/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

 
 
193 
nə olmadı, yəni qərar qəbul edilmədi. Məsələ təxirə  salındı və 
sonra nə vaxtsa baxılacaqdır. Bu prinsip də mövcuddur. 
Amma bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü 
heç  vaxt  danışıqlar  mövzusu  olmayacaqdır.  Biz  heç  bir  yolla 
razılıq  vermərik  ki,  Dağlıq  Qarabağ  Azərbaycandan  ayrılsın, 
çünki  bu  bizim  torpağımızdır,  bizim  ulu  babalarımız  orada 
yaşayıblar. Ermənilər Dağlıq Qarabağa qonaq kimi gəlmişdilər. 
Çar  Rusiyası  XIX  əsrin  birinci  yarısında  onları  oraya 
köçürmüşdü.  1978-ci  ildə  Dağlıq  Qarabağda  bunu  əks  etdirən 
bir abidə  də  ucaldılmışdır. Abidə ermənilərin  Dağlıq Qarabağa 
gəlişinin  150  illiyini  əks  etdirirdi.  Sonra,  yəni  müharibə 
başlayanda,  ermənilər  təbii  ki,  onu  vurub  dağıtdılar  ki,  izi 
qalmasın.  Amma  onlar  oraya  qonaq  kimi  gəlmişdilər. 
Azərbaycanlılar  onları,  necə  deyərlər,  qonaq  kimi  qəbul 
etmişdilər. Amma çoxluq əldə etdikdən sonra, Sovet İttifaqının 
dağılma ərəfəsində onlar bu separatçı hərəkətlərə başladılar. Bu 
hallar təkcə orada deyil, başqa yerlərdə də var. İndi qonşuluqda 
da bu meyllər var. Ermənilər nə vaxt ki, üstünlük, çoxluq təşkil 
edirlər, dərhal iddia əmələ gəlir. Baxın, dünyada nə qədər ölkə 
var və hər bir ölkədə milli azlıq var. Bu o demək deyil ki, milli 
azlıq yaşadığı torpağı ölkədən parçalayıb ayırsın. Əgər bu belə-
dirsə,  onda  gərək  Kaliforniyada,  Fransada,  Gürcüstanda, 
Rusiyanın  Krasnodar  vilayətində  və  başqa  yerlərdə  erməni 
dövlətləri  yaradılsın.  Ermənilər  hər  yerdə  yaşayırlar.  Azər-
baycanda  başqa  milli  azlıqlar  da  yaşayır,  ancaq  heç  kim 
separatçılıqla  məşğul  olmur.  Heç  kim  yaşadığı  torpağı  ayırıb 
özəl bir dövlət yaratmaq istəmir. Xüsusilə, ikinci erməni dövləti 
yaradıla  bilməz.  Yəni  bütün  bunlar  reallıqdır,  faktlardır.  Bir 
daha  deyirəm,  beynəlxalq  hüquq  normaları,  haqq-ədalət  bizim 
tərəfimizdədir.  Biz  elə  etməliyik  ki,  bütün  başqa  amillər  də  – 
iqtisadi,  hərbi,  siyasi,  diplomatik  və  sair  –  bizim  tərəfimizdə 
olsun. Ondan sonra biz istədiyimizə nail olacağıq. 
S u a l: Münaqişənin istədiyiniz şəkildə, sülh yolu ilə həll 
olunması üçün həm Sizin düşündüyünüz, həm də Avropanın 
düşündüyü müddət varmı? 


 
 
194 
C a v a b: Əlbəttə, biz istəyirik ki, bu münaqişə tezliklə öz 
həllini  tapsın.  Çünki  Azərbaycan  qaçqın-köçkünləri  əziyyət 
çəkirlər.  Onlar  öz  torpaqlarını  itiriblər.  Düzdür,  biz  indi  onları 
yeni şəraitlə təmin edirik. Biz onlar üçün yeni evlər, şəhərciklər 
tikirik.  Amma  onlar  əziyyət  çəkirlər.  Ona  görə  də  biz  çox 
istəyirik  ki,  bu  məsələ  tezliklə  həll  olunsun.  Amma  nəyin 
bahasına? 
Yəni  fikirləşməliyik  ki,  tələsik,  bizi  qane  etməyən  hansısa 
sazişə, yaxud təklifə razılıq verək, yoxsa bir az gözləyib daha da 
əlverişli  nəticəyə  nail  olaq?  Mən  ikincinin  tərəfdarıyam. 
Bəziləri  deyir  ki,  zaman  heç  kimin  xeyrinə  deyildir.  Bu, 
mübahisəli  tezisdir.  Mən  bununla  razı  ola  bilmərəm.  Baxın, 
Ermənistanın və Azərbaycanın vəziyyəti son iki il ərzində necə 
dəyişibdir. İki il bundan əvvəl bizim büdcəmizdə elə bir böyük 
fərq  yox  idi.  Bu  gün  Azərbaycanın  büdcəsi  Ermənistanın 
büdcəsindən 4 dəfə böyükdür. Gələn il 6 dəfə böyük olacaqdır. 
2008-ci  ildə,  mənim  birinci  dönəmim  başa  çatanda  daha  da  – 
indi rəqəmləri demək istəmirəm – böyük olacaqdır. Ermənistan 
iqtisadi  cəhətdən,  hərbi  cəhətdən  Azərbaycan  ilə  rəqabət 
aparmaq  iqtidarında  deyildir.  Eyni  zamanda  regionda  gedən 
proseslər,  regional  əməkdaşlıq,  Azərbaycan,  Gürcüstan, 
Türkiyəni  birləşdirən  bütün  enerji  layihələri,  Orta  Asiyanı 
Avropa  ilə  birləşdirən  nəqliyyat  dəhlizləri  –  onların  hamısı 
Ermənistandan  yan  keçir.  Nə  üçün?  Çünki  biz  ona  icazə 
vermirik.  Biz  imkan  verə  bilmərik  ki,  işğalçı  dövlət  gəlsin, 
burada  bizimlə  hansısa  regional  əməkdaşlıqda  iştirak  etsin. 
Regional  əməkdaşlıq  Ermənistansız  mümkündür,  amma 
Azərbaycansız  mümkün  deyildir.      Məqsədimizə  nail  olmaq 
üçün biz gərək bütün tədbirləri görək. Mən bu siyasəti aparıram 
və çalışacağam ki, tezliklə biz bu məsələni həll edək. 
S  u  a  l  :  İnşallah!  Prezidentimiz  Əhməd  Necdət  Sezərin 
Azərbaycana  səfəri  olacaqdı.  Təəssüf  ki,  ölkələrimizdəki 
hava  şəraiti  bu  səfəri  təxirə  salmışdır.  Bu  səfərin  tarixi 
dəqiqləşdirildimi, yoxsa daha sonraya gözlənilir? 


 
 
195 
C  a  v  a  b  :  Biz  hörmətli  prezidenti  hər  an  gözləyirik. 
Telefonla  danışdıq,  hava  imkan  vermədi,  həm  burada,  həm 
Türkiyədə  hava  şəraiti  elə  idi  ki,  təəssüf  ki,  bu  səfər  baş 
tutmadı.  Amma  ümid  edirəm  ki,  yaxın  zamanlarda  hörmətli 
prezident  səfər  edəcəkdir.  Biz  artıq  öz  təkliflərimizi  verdik. 
Türkiyə tərəfini qane edən istənilən tarixdə biz prezidenti qəbul 
etməyə  çox  məmnun  olacağıq,  bu  bizim  üçün  böyük  şərəfdir. 
Bizim şəxsi münasibətlərimiz də çox yaxşıdır, çox səmimidir və 
ümid edirəm ki, səfər tezliklə baş tutacaqdır. 
S  u  a  l:  Azərbaycanda  türk  şirkətləri  də  çox  fəaldır. 
İnşaatda, enerji sektorunda və başqa sahələrdə. Hətta keçən 
il  türk  iş  adamı  Əhməd  Erentok  burada  Azərbaycanın 
beynəlxalq  biznes  ictimaiyyətinə  inteqrasiyasına  köməyinə 
görə  mükafat  da  aldı.  Buradakı  türk  iş  adamları  ilə 
azərbaycanlı  iş  adamları  arasındakı  əlaqələrin  inkişafı 
barədə nə düşünürsünüz? Bu, istədiyiniz səviyyədədirmi və 
gələcəkdə nələr gözləyirsiniz? 
C  a  v  a  b  :  İşlər  yaxşı  gedir.  Bir  müddət  əvvəl  burada 
Türkiyə–Azərbaycan  biznes  forumu  keçirilmişdir.  Mən  də 
açılışda iştirak etmişdim. Bu forum bir daha göstərdi ki, bizim 
iqtisadi,  biznes  əlaqələrimiz  çox  yüksək  səviyyədədir. 
Azərbaycanda  türk  iş  adamlarına  həmişə  böyük  hörmət  var, 
böyük  məhəbbət  var.  Uzun  illərdir  ki,  onlar  burada  işləyirlər. 
Mən  dəfələrlə  onlarla  görüşmüşəm,  görüşürəm  və  görürəm  ki, 
onlar  da  burada  özlərini  rahat  hiss  edirlər.  Yəni  Azərbaycan 
Türkiyədən  gələnlər  üçün  ikinci  vətəndir.  Necə  ki,  bizdən 
Türkiyəyə gedənlər orada özlərini vətəndəki kimi hiss edirlər. 
İndi Azərbaycanda biznes üçün çox gözəl şərait var. Bizim 
bazarımız  inkişaf  edir,  ölkəmiz  möhkəmlənir  və  iqtisadiyyatda 
liberallaşma çox geniş vüsət alıbdır. Baxmayaraq ki, neft bizim 
əsas iqtisadi amilimizdir və bu, dövlətin inhisarındadır, ümumi 
daxili  məhsulun  çəkisində,  yəni  iqtisadiyyatın  çəkisində  özəl 
sektorun faizi 75 faizdir. Bu o deməkdir ki, Azərbaycanda bazar 
iqtisadiyyatı  çox  geniş  yayılıbdır.  Heç  bir  məhdudiyyət 
qoyulmur,  əksinə,  biz  çalışırıq  ki,  daha  çox  işlər  görülsün, 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə