İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
  1   2   3   4   5   6   7   8   9   ...   100


 
 
 
İNKİŞAF –  
MƏQSƏDİMİZDİR 
 
 
OTUZ İKİNCİ KİTAB 
————— 
AVQUST 2008 - SENTYABR 2008 
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2016 


 2 
 
 
 
ÇIXIŞLAR * NİTQLƏR 
 
BƏYANATLAR * MÜSAHİBƏLƏR 
 
MƏKTUBLAR * MƏRUZƏLƏR 
 
MÜRACİƏTLƏR  
 
 
 
AZƏRNƏŞR  
BAKI - 2016 


 

BBK 32 
Ə 56            
 
 
Buraxılışına məsul 
akademik 
 
        RAMİZ MEHDİYEV 
 
ƏLİYEV İLHAM 
Ə 56   İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2016,  384 səh. 
 
   Azərbaycan    Respublikasının  Prezidenti  İlham  Əliyevin  oxu-
culara təqdim olunan «İnkişaf  – məqsədimizdir» çoxcildliyinin bu cildində 
Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğanın,  Rumıniya  prezidenti 
Trayan Beseskunun, Türkiyə prezidenti Abdullah  Gülün  və  Özbəkistan 
prezidenti İslam Kərimovun ölkəmizə səfərləri, həmçinin  Azərbaycan 
prezidenti  İlham  Əliyevin  Moskvaya  işgüzar  səfəri  zamanı  həmin 
ölkələrin  dövlət  və  hökumət  rəhbərləri  ilə  görüş  və  danışıqlarından, 
ikitərəfli əlaqələrin inkişafı üçün bağlanan müqavilələrdən bəhs edilir.   
Ölkə  başçısının  Xızı,  Salyan, Cəlilabad, Zaqatala, Şəki, Qax, Ba-
lakən,  Oğuz,  Qəbələ  bölgələrinə  səfəri  zamanı    bu  bölgələrin  sosial, 
iqtisadi, kənd təsərrüfatı və mədəni cəhətdən inkişafına həsr olunmuş 
çıxışları,  nitqləri  və  ictimaiyyətin  nümayəndələri  ilə  görüşlərinə  aid 
materiallar toplanmışdır. 
Bu  cilddə,  həmçinin  Azərbaycan  prezidentinin  ölkəmizə  gəlmiş 
mədəniyyət xadimləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri 
ilə görüşləri, kütləvi informasiya  vasitələrinə  verdiyi müsahibələri də 
dərc olunmuşdur.   
 
 
İSBN  978-9952-8100-7-3 
 
32
-
ББК
     
          
          
2016
651(07)
М
0801000000
Я
  


 
 
© Azərnəşr, 2016


 4 
 
 
 
TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB 
ƏRDOĞANIN AZƏRBAYCANA İŞGÜZAR 
SƏFƏRİ 
 
20 avqust 2008-ci il 
 
Avqustun  20-də  Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib 
Ərdoğan Azərbaycana işgüzar səfərə gəlmişdir. 
Heydər  Əliyev  Beynəlxalq  Aeroportunda  Türkiyə  hökuməti 
başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 
Hörmətli  qonağı  Azərbaycan  Respublikası  Baş  nazirinin 
müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar. 
 
 


 

 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ 
NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN 
TƏKBƏTƏK GÖRÜŞÜ 
 
     Prezident sarayı 
 
20 avqust 2008-ci il 
 
Avqustun 20-də Azərbaycan prezidenti İlham Əliyevin və 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü 
olmuşdur.  
     Azərbaycan  prezidenti  Türkiyə  hökumətinin  başçısını 
səmimiyyətlə qarşıladı. 
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın, ikitərəfli müna-
sibətlərin  bütün  sahələrdə  daim  inkişaf  etdiyi  bildirildi  və 
əlaqələrin  bundan  sonra  da  genişlənəcəyinə  əminlik  ifadə 
olundu. 
Söhbət  zamanı  ikitərəfli  münasibətlər,  regional  və  bey-
nəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
 
 


 6 
 
 
 
 
 
DÖVLƏT RƏHBƏRLƏRİNİN GENİŞ TƏRKİBDƏ   
GÖRÜŞÜ 
 
Prezident sarayı 
 
20 avqust 2008-ci il 
 
Avqustun 20-də Azərbaycan prezidenti İlham Əliyevin və 
Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğanın  nümayəndə 
heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.  
İ l h a m  Ə l i y e v: Hörmətli cənab Baş nazir! 
Hörmətli qonaqlar! 
Mən  sizi  Azərbaycanda  səmimiyyətlə  salamlayıram.  Xoş 
gəlmisiniz!  Bizim  görüşlərimiz  mütəmadi  xarakter  daşıyır  və 
hər dəfə görüşəndə həm ikitərəfli münasibətlər, həm də bölgədə 
gedən  proseslər  geniş  müzakirə  olunur.  Bu  onu  göstərir  ki, 
bizim  əlaqələrimiz  ən  yüksək  zirvədədir,  bütün  sahələrdə  çox 
fəal əməkdaşlıq, işbirliyi aparılır. 
Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən və icra edilən 
bütün  təşəbbüslər  uğurla  nəticələnir.  Biz  bundan  çox 
məmnunuq  və  əminəm  ki,  gələcək  illərdə  də  Türkiyə–Azər-
baycan  birliyi,  qardaşlığı  daha  da  inkişaf  edəcək,  möhkəm-
lənəcək,  həm  ölkələrimiz,  xalqlarımız  üçün  müsbət  nəticələr 
gətirəcək,  həm  də  bölgədə  gedən  proseslərə  müsbət  təsir 
göstərəcəkdir.  Bölgədə  sabitliyin,  təhlükəsizliyin  təmin  olun-
ması  və  bərpası    gündəlikdə  duran  vacib  məsələlərdəndir.  Bu 
barədə biz bu gün danışdıq.  
Əminəm  ki,  nümayəndə  heyətlərinin  üzvləri  də  bir-biri  ilə 
təmasda olublar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə 
olunubdur.  Belə  məsələlər  kifayət  qədər  çoxdur  –  həm  siyasi, 
həm  iqtisadi,  enerji,  nəqliyyat,  təhlükəsizlik  məsələləri.  Yəni 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə