İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
55 
Paytaxtın 6 və 9-cu mikrorayonlarını birləşdirən stansiyanın 
ətrafı abadlaşdırılmış, yaxınlıqdakı binalarda təmir-bərpa işləri 
aparılmışdır.  
Ərazidə  yaşayan  sakinlər  də  insanların  rahatlığı  üçün 
yaradılan  şəraitə  görə  dövlətimizin  başçısına  təşəkkürlərini 
bildirdilər. 
İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Görürsünüz,  Binəqədi  rayonu  necə 
gözəlləşir, abadlaşır.  
S a k i n l ə r: Cənab Prezident, çox sağ olun. Bəli, hər şey 
göz  qabağındadır.  Bunlar  hamısı  Sizin  diqqətiniz  sayəsində 
olmuşdur. Binəqədi camaatı bunu yaxşı başa düşür.  
İ l h a m  Ə l i y e v: Metro insanların rahatlığı üçün əsas 
nəqliyyat vasitəsidir.  
S a k i n l ə r: Bəli, cənab Prezident, metronun işə düşməsi 
ilə əlaqədar yeni iş yerləri də açılır. Allaha çox şükür, indi hər 
cür şərait var.  
İ l h a m  Ə l i y e v: Əlbəttə, həm də metro çox gözəl tikilir. 
İnsanlara rahatlıq yaradacaqdır.  
S a k i n l ə r : Cənab Prezident, hər şey çox gözəldir. Yeni 
avtovağzal  da  tikilir,  körpülər,  yollar  salınır.  Bütün  bunlar 
insanlara  göstərilən  diqqətdir.  Ölkəmiz  günbəgün  dəyişir.  Biz 
Sizi həmişə dəstəkləyirik.  
İ l h a m  Ə l i y e v: Çox sağ olun. Bütün ölkədə, o cüm-
lədən  Bakı  şəhərində,  Bakının  bütün  rayonlarında  böyük 
quruculuq işləri gedir. 
S  a  k  i  n  l  ə  r:  Hörmətli  Prezident,  gənclər  Sizi  daha  çox 
sevir. Bu da təbiidir. Sizin onlara qarşı diqqətiniz böyükdür. Bu 
yaxınlarda  Olimpiya  oyunlarından  gənclərimiz  alnıaçıq 
qayıtdılar.  Sizi,  xalqımızı  hamımız  ürəkdən  təbrik  edirik. 
Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalandı. 
İ l h a m  Ə l i y e v: Sağ olun. Sizə də cansağlığı və uğurlar 
arzulayıram.  
S  a  k  i  n  l  ə  r:  Biz  də  Sizə  uğurlar  arzulayırıq.  Sizə  min-
nətdarıq. 


 56 
Sonra prezident İlham Əliyev metronun tikintisi davam edən  
«Azadlıq  prospekti»  stansiyasına  gəldi.  Həmin  stansiya 
paytaxtın  Binəqədi  rayonunun  7  və  8-ci  mikrorayonları 
arasında yerləşir.  
Dövlətimizin  başçısına  burada  2007-ci  ilin  avqust  ayından 
başlanan  tikinti-quraşdırma  işləri  barədə  məlumat  verildi. 
Bildirildi ki, «Nəsimi» stansiyasını «Azadlıq prospekti» stansi-
yası  ilə  birləşdirəcək  tunelin  uzunluğu  1300  metr  olacaqdır. 
İndiyədək burada təxminən 50 min kubmetr torpaq, 4 min 500 
kubmetr  beton  işi  görülmüşdür.  Tikintidə  150  nəfər  çalışır. 
Artıq platforma və hər iki giriş inşa olunmuş, stansiyanı elektrik 
enerjisi  ilə  qidalandıracaq  yardımçı  stansiya  tikilmişdir. 
Azərbaycanda ilk dəfə məhz bu stansiyada platformanın tavanı 
tağ  şəklində  inşa  olunmuşdur.  Tikinti  işlərini  «Azər-
metrotuneltikinti»  Qapalı  Səhmdar  Cəmiyyəti  görür.  Ehtiyac 
olduqda iş dörd növbədə aparılır.  
Prezident  İlham  Əliyevə  «Azadlıq  prospekti»  stansiyasının 
davamı  kimi  nəzərdə  tutulan  stansiyalar  və  bununla  bağlı 
görüləcək tədbirlər barədə geniş məlumat verildi.  
«Bakımetrolayihə» İnstitutu stansiyanın daxili görünüşünün 
iki  variantda  layihəsini  hazırlamışdır.  Hər  iki  layihə  ilə  tanış 
olan  prezident  İlham  Əliyev  birinci  variantı  bəyəndi.  «Azadlıq 
prospekti»  stansiyasının  dərinliyi  12  metr,  uzunluğu  isə  220 
metrdir.  Stansiyanın  tikintisi  2009-cu  ilin  sonunda  başa 
çatdırılacaqdır. 
Dövlətimizin  başçısına  «Azadlıq  prospekti»  –  «Dərnəgül  de-
posu» stansiyaları arasındakı ərazinin torpaq planı da nümayiş 
etdirildi.  
Tikinti  işlərinin  gedişi  ilə  yaxından  tanış  olan  prezident 
İlham  Əliyev  metronun  bu  stansiyasında  və  ətraf  ərazilərdə 
görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.  
 
 
 
 


 
57 
 
 
 
RUMINİYA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN 
DİREKTORU MİXAY REZVAN 
UNQUREANUNUN BAŞÇILIQ ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
27 avqust 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
avqustun 27-də Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru 
Mixay  Rezvan  Unqureanunun  başçılıq  etdiyi  nümayəndə 
heyətini qəbul etmişdir. 
Dövlətimizin  başçısı  Rumıniya  prezidenti  Trayan  Beses-
kunun  bu  yaxınlarda  ölkəmizə  səfərini  xatırlayaraq  səfər 
zamanı  ikitərəfli  münasibətlərin  daha  da  genişləndirilməsi 
istiqamətində  səmərəli  danışıqlar  aparıldığını  vurğuladı. 
Azərbaycanla Rumıniya arasında əlaqələrin müxtəlif sahələrdə 
uğurla inkişaf etdiyini bildirən prezident İlham Əliyev regionda 
təhlükəsizliyin  möhkəmləndirilməsi  sahəsində  də  əməkdaşlığın 
böyük əhəmiyyət daşıdığını qeyd etdi və əmin olduğunu bildirdi 
ki,  qonağın  ölkəmizə  səfəri  əlaqələrin  daha  da  genişlənməsinə 
öz töhfəsini verəcəkdir.  
Rumıniya  Xarici  Kəşfiyyat  Xidmətinin  direktoru  Mixay 
Rezvan  Unqureanu  ölkəmizə  səfərindən  və  prezident  İlham 
Əliyevlə  görüşündən  böyük  şərəf  duyduğunu  dedi.  O,  iki  ölkə 
arasında  əlaqələrin  uğurla  inkişaf  etdiyini  vurğuladı  və  bu 
səfərin  də  əməkdaşlığın  möhkəmlənməsinə  xidmət  edəcəyini 
bildirdi.  
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə