İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə2/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   ...   100

 

gündəlik çox genişdir və biz bütün  məsələləri səmimi şəkildə 
müzakirə edirik.  
Bir daha xoş gəlmisiniz! 
R ə c ə b  T a y y i b  Ə r d o ğ a n: Hörmətli Prezident!  
Hörmətli nümayəndə heyətinin üzvləri! 
Təbii  ki,  biz iki  qardaş ölkə  olaraq  ötən  altı illik  müddətdə 
çox  faydalı  addımlar  atdıq  və  atmağa  da  davam  edəcəyik.  Bu 
qərarlılığımız  davam  edir.  Bütün  sahələrdə  –  siyasi,  hərbi, 
iqtisadi,  ticari,  mədəni,  turizm  –  gözəl  inkişaf  vardır.  Mühüm 
addımlar  atılır.  İstəyimiz  bundan  sonrakı  müddətdə  bunu  daha 
anlamlı  şəkildə,  xüsusilə  bölgəyə  sanbal  gətirəcək  şəkildə 
qurmaq  və  inkişaf  etdirməkdir.  Bu  sahədə  Türkiyə  ilə 
Azərbaycanın üzərinə mühüm vəzifələr düşür.  
Sizinlə  bərabər  müzakirə  etdiyimiz  kimi,  həqiqətən  Qaf-
qazda Sabitlik və Əməkdaşlıq Platformasına ciddi önəm veririk. 
Bu  sahədəki  yekdilliyimiz  bizdə  xüsusi  məmnunluq  doğurur. 
İnanıram  ki,  inşallah,  həll  edilməmiş  bir  çox  problemləri  də 
birlikdə  çözmək  imkanımız  olacaqdır.  Bu  həmrəyliyimiz 
nəticəsini  verəcəkdir.  Biz  bölgəmizin  xaricindən  ümid 
gözləyirik, amma hələlik bunun faydası yoxdur. Demək  ki, bu 
bölgənin  problemlərini  özümüz  həll  edəcəyik.  Ona  görə  də 
atacağımız addımların çox faydalı olacağına inanıram.  
 
 


 8 
 
 
 
DÖVLƏT RƏHBƏRLƏRİNİN MƏTBUAT ÜÇÜN 
BƏYANATLARLA ÇIXIŞLARI 
 
Prezident sarayı 
 
20 avqust 2008-ci il 
 
Avqustun  20-də  geniş  tərkibdə  görüş  başa  çatdıqdan 
sonra  Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Türkiyənin  Baş 
naziri Rəcəb Tayyib Ərdoğan mətbuat üçün birgə bəyanatlarla 
çıxış etmişlər.  
                 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli cənab Baş nazir! 
Hörmətli qonaqlar! 
Xanımlar və cənablar! 
İlk  növbədə,  hörmətli  Baş  nazir,  əziz  qardaşım,  Sizi  bir 
daha  Azərbaycanda  səmimiyyətlə  salamlayıram.  Xoş  gəl-
misiniz! 
Bu  gün  biz  Türkiyə–Azərbaycan  münasibətlərinin  bütün 
aspektlərini  geniş  müzakirə  etdik.  Bildiyiniz  kimi,  bizim 
aramızda əlaqələr çox sürətlə inkişaf edir və deyə bilərəm ki, bu 
gün  bu  əlaqələr  ən  yüksək  zirvədədir.  Bütün  sahələrdə  –  həm 
siyasi,  iqtisadi,  həm  mədəni  sahələrdə  Türkiyə–Azərbaycan 
əməkdaşlığı,  işbirliyi  güclənir  və  həm  ölkələrimiz,  xalqlarımız 
üçün,  həm  də  yaşadığımız  bölgə  üçün  çox  müsbət  nəticələr 
gətirir. 
Biz  çalışacağıq  ki,  gələcəkdə  də  bütün  başlanan  layihələr 
icra  olunsun  və  bizim  tərəfimizdən  irəli  sürülən  birgə  təşəb-
büslər tezliklə həyata keçirilsin. Bildiyiniz kimi, bizim aramızda 
çoxlu sayda iqtisadi, nəqliyyat, enerji layihələri var və bütün bu 


 

layihələr  həm  ölkələrimizi  gücləndirir,  həm  də  bölgəyə 
əməkdaşlıq,  sabitlik  gətirir.  Türkiyə–Azərbaycan  əməkdaşlığı 
amili  bölgədə  sabitliyin,  əmin-amanlığın,  sülhün  bərqərar 
olunması üçün çox mühüm rol oynayır. 
Bütövlükdə,  müstəqillik  dövrü  ərzində  Azərbaycan Türkiyə 
ilə  münasibətlərdə  ən  səmimi  addımlarla  öz  niyyətini  ifadə 
etmişdir  və  Türkiyə  tərəfindən  də  biz  daim  dəstək,  qardaşlıq, 
dostluq görmüşük. Bu gün bu münasibətlər bizə imkan verir ki, 
əməkdaşlığımızın  bütün  formatlarını  daha  da  genişləndirək. 
Bakı–Tbilisi–Ceyhan,  Bakı–Tbilisi–Ərzurum  və  Bakı–Tbilisi–
Qars  kimi  nəhəng  layihələr  onu  göstərir,  bizim  iradəmiz  ona 
gətirib çıxarır ki, hətta bəzilərinin inanmadıqları layihələr bizim 
təşəbbüsümüzlə, təkidimizlə uğurla icra edilir. 
Enerji  təhlükəsizliyi,  nəqliyyat  təhlükəsizliyi  məsələləri  bu 
gün  diqqət  mərkəzindədir  və  danışıqlarımızın  mövzusu  idi. 
Başqa məsələlərlə də bağlı fikir mübadiləsi aparılmışdır. 
Əlbəttə,  bölgədə  gedən  proseslər  bizi  çox  narahat  edir. 
Gürcüstanda yaşanan olaylar müzakirə edildi.  
Biz  çox  istəyirik  ki,  tezliklə  Gürcüstanda  həyat  normal 
məcraya düşsün, sabitlik bərqərar olunsun və qarşıdurmaya son 
qoyulsun. 
Bildiyiniz  kimi,  Rusiya  və  Gürcüstan  Azərbaycanın  qonşu-
larıdır.  Hər  iki  ölkə  ilə  bizim  sərhədimiz  var.  Hər  iki  ölkə  ilə 
bizim  dostluq  münasibətlərimiz  var  və  biz  çox  istəyirik  ki, 
dostlarımız  da  öz  aralarında  dost  olsunlar.  Bu  baxımdan, 
əminəm ki, Türkiyə–Azərbaycan münasibətlərinin və təşəbbüs-
lərinin  mövcudluğu  gələcəkdə  bölgədə  əməkdaşlığın,  sülhün 
möhkəmlənməsinə gətirib çıxaracaqdır. 
Biz  istəyirik  ki,  bütün  başlanan  layihələr  bölgəyə  əlavə 
əməkdaşlıq  əhval-ruhiyyəsi  gətirsin  və  bizim  tərəfimizdən 
atılmış  bütün  addımlar,  irəli  sürülmüş  bütün  planlar  məhz  o 
məqsədi  daşıyır:  həm  bizim  ölkələrimizin,  xalqlarımızın 
mənafeyi  və  rifah  halının  yaxşılaşması,  həm  də  sabitliyin, 
təhlükəsizliyin təmin olunması. Son günlərdə yaşanan hadisələr 
onu göstərir ki, bölgə nə dərəcədə sabitliyə həssasdır. Biz birgə 


 10 
səylərlə,  geniş  formatda  öz  addımlarımızla  bölgədə  vəziyyətin 
sabitləşməsinə çalışmalıyıq və bunu edirik. Mövcud olan bütün 
layihələrin uğurla icra olunması bölgənin sabitliyi üçün başlıca 
şərtdir.  
Gürcüstanda  yaşanan  hadisələr  nəticəsində,  əlbəttə,  hər  bir 
ölkənin iqtisadi maraqları da zərbə altına düşür. Son məlumata 
görə, Azərbaycanın ixrac potensialına müəyyən dərəcədə zərbə 
dəymişdir.  Bizim  nəqliyyat  imkanlarımız  məhdudlaşdırılıbdır. 
Bildiyiniz  kimi,  Gürcüstanda  körpünün  partlaması  nəticəsində 
Azərbaycanın  ixracının  həcmi  böyük  dərəcədə  azalıbdır. 
Əlbəttə, istəyirik ki, bizim qonşuluğumuzda vəziyyət sabitləşsin 
və məsələ sülh yolu ilə öz həllini tapsın. 
Şübhəsiz ki, bütün beynəlxalq hüquq normaları da öz yerini 
tapmalıdır.  Azərbaycan  bütün  ölkələrin  ərazi  bütövlüyünü 
tanıyır və biz hesab edirik ki, danışıqlar yolu ilə, sülh yolu ilə və 
beynəlxalq  hüquq  əsasında  bütün  münaqişələr  öz  həllini  tapa 
bilər. 
Əlbəttə  ki,  bu  gün  biz  Ermənistan–Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinin  həlli  üçün  atılmış  addımları  da  mü-
zakirə  etmişik.  Həmişə  olduğu  kimi,  Türkiyənin  mövqeyi  bu 
gün  də  səsləndi.  Türkiyə  Azərbaycanın  ərazi  bütövlüyünü 
dəstəkləyir  və  Azərbaycanın  haqlı  olduğunu  bildirir.  Bütün 
başqa  münaqişələrlə  birlikdə,  Ermənistan–Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsi  də  yalnız  beynəlxalq  hüquq  normaları 
əsasında  öz  həllini  tapa  bilər.  Azərbaycanın  ərazi  bütövlüyü 
bərpa  olunmalıdır  və  Azərbaycanın  ərazi  bütövlüyü  danışıqlar 
mövzusu deyildir. 
Biz bu gün başqa məsələləri də geniş şəkildə müzakirə etdik. 
Gündəliyimiz  çox  böyükdür,  gündəliyimizdə  çoxlu  məsələlər 
dayanır. Bizim artan siyasi və iqtisadi potensialımız, gücümüz, 
əlbəttə  ki,  bölgədə  mövqelərimizi  möhkəmləndirir.  Türkiyə  və 
Azərbaycanın  mövqeləri  nə  qədər  möhkəm  olsa,  bölgədə 
sabitlik də bir o qədər möhkəm olacaqdır.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə