İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   ...   100

 
11 
Mən  bir  daha  əziz  dostumu,  qardaşımı,  hörmətli  Baş  naziri 
Azərbaycanda  salamlayıram,  bütün  qonaqları  salamlayıram, 
bütün türk xalqına xoşbəxtlik, cansağlığı arzulayıram. 
Sağ olun. 
 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın   
bəyanatı 
 
Hörmətli Prezident! 
Dəyərli mətbuat nümayəndələri! 
Hörmətli  qardaşım  İlham  Əliyevlə  təkbətək  və  nüma-
yəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə Gürcüstanda 
yaşanan və Cənubi Qafqazın sülh və sabitliyinə ciddi bir təhdid 
kimi  dəyərləndirilən  hadisələri  hərtərəfli  müzakirə  etdik. 
Bundan  başqa,  ikitərəfli  əlaqələrimizin  gündəliyində  yer  alan 
siyasi  və  iqtisadi  məsələləri  təfsilatı  ilə  danışmaq  fürsətimiz 
oldu.  
Bildiyiniz  kimi,  son  dövrdə  Türkiyə,  Azərbaycan  və  Gür-
cüstan  birlikdə  tarixi  əhəmiyyət  daşıyan  layihələri  həyata 
keçirdilər.  Bakı–Tbilisi–Ceyhan,  Bakı–Tbilisi–Ərzurum,  Bakı–
Tbilisi–Qars  layihələri  100  ilin,  XXI  əsrin  ən  böyük  layihə-
lərindəndir.  Bu  layihələr  bölgənin  sabitliyi,  bölgə  xalqlarının 
rifahı  üçün  çox  böyük  önəm  daşıyır.  Yaşadığımız  bölgə  üçün 
sülh və sabitliyin rahatlığımız, rifahımız üçün həyati əhəmiyyəti 
vardır. Son hadisələr sülhə, sabitliyə və rifaha təsir edəcək, hətta 
bunu  təhdid  edəcək  vəziyyət  yaratmışdır  və  bu,  narahatlıq 
doğurur. Cənubi Qafqazda sülh, sabitlik, rifah və əməkdaşlığın 
yaranması  barədə  hörmətli  İlham  Əliyevlə  eyni  fikirdə 
olduğumuzu gördüm.  
Görüşlərimizdə  Dağlıq  Qarabağ  münaqişəsini  də  müzakirə 
etmək imkanı oldu. Dağlıq Qarabağ münaqişəsinin Azərbayca-
nın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına 
uyğun  olaraq  həll  edilməsinin  vacibliyini  bir  daha  vurğuladıq. 
Biz  Türkiyə  olaraq,  bu  münaqişənin  sülh  yolu  ilə  həllini  arzu 
edirik.  Bu  istiqamətdə  bütün  səyləri,  fəaliyyəti  dəstəkləyirik. 


 12 
Ancaq  16  ildir  ki,  Minsk  qrupunun  hələ  də  bir  nəticə  əldə  edə 
bilməməsi, həqiqətən bizi düşündürür.  
Təsdiqləyərsiniz  ki,  bölgədəki  son  hadisələr  Cənubi  Qaf-
qazın  təhlükəsizliyə  nə  qədər  həssas  olduğunu  bir  daha  ortaya 
qoymuşdur. Bu qarşıdurmadan nəticə çıxararaq əsas diqqətimizi 
və  enerjimizi  bölgə  xalqları  arasındakı  düşmənçiliyin  aradan 
qaldırılmasına yönəltməliyik. Keçən həftə Moskvaya və Tbilisiyə 
səfərim 
zamanı 
Qafqazda 
Sabitlik 
və 
Əməkdaşlıq 
Platformasının  yaradılması  təklifini  irəli  sürdüm.  Qafqazda 
sülhün,  təhlükəsizliyin  və  sabitliyin  tam  bərqərar  olması 
baxımından  bu  platformanın  gerçəkləşdirilməsinin  vacibliyini 
düşünürük.  Azərbaycanın  da  qoşulmasını  xüsusilə  istədiyimiz 
bu təklifin əsas prinsipləri bunlardır: 
İlk  növbədə,  bu  platforma  coğrafi  əsasda  olmalıdır.  Plat-
forma  bölgənin  sülh  və  təhlükəsizliyini  hədəfləməli,  iqtisadi 
işbirliyini  və  enerji  təhlükəsizliyini  təmin  etməlidir.  Bu  plat-
forma  ATƏT-in  prinsiplərinə  əsaslanmalı  və  istənilən  prob-
lemin  birgə  həllini  və  idarəetmə  mexanizmini  əhatə  etməlidir. 
Platforma  bölgədə  sabitlik  və  əməkdaşlığı  daha  da  güc-
ləndirəcəkdir. Hər hansı bir problem, sıxıntı yaşandıqda isə bu 
platformanı  qəbul  edən  ölkələr  bunları  əsas  prinsiplər  və 
mexanizmlərlə həll etməlidir. 
Türkiyə,  Azərbaycan  və  Gürcüstan  arasında  önəmli  əmək-
daşlıq  mövcuddur.  İnanıram  ki,  bunun  həmin  platforma 
çərçivəsində  daha  da  inkişaf  etdirilməsi  gerçəkləşəcəkdir. 
Rusiya və Gürcüstan tərəflərinin bu təklifə müsbət yanaşdığını 
məmnuniyyətlə  müşahidə  etdik.  Bu  gün  həmin  mövzunu  əziz 
qardaşım,  hörmətli  İlham  Əliyev  ilə  ətraflı  şəkildə  müzakirə 
etdik.  Azərbaycanın  da  bu  təklifə  müsbət  yanaşması  bizi 
sevindirmişdir.  
Xarici  İşlər  Nazirliyimiz  bu  məsələ  ilə  bağlı  fəaliyyətə 
başlamışdır  və  maraqlı  ölkələrin  Xarici  işlər  nazirləri  ilə  birgə 
müzakirə  aparıb  bunu  reallaşdırmaq  mümkündür.  Qafqaz 
bölgəsini  sülh,  sabitlik  və  rifah  mərkəzinə  çevirmək  istiqa-


 
13 
mətində  Azərbaycan  və  Gürcüstan  ilə  birlikdə  atdığımız 
addımların davam edəcəyinə inanıram. 
İnanıram  ki,  siyasi  əlaqələrimizlə  bərabər,  əhəmiyyətli 
dərəcədə inkişaf müşahidə olunan iqtisadi və ticari əlaqələrimiz 
daha  da  genişlənəcəkdir.  Son  ildə ticarət  dövriyyəmizin  həcmi 
1,5  milyard  dollara  çatmışdır  və  bunun  daha  da  artacağı 
aydındır. Bu sahədə hər iki tərəfin mövqeyi müsbətdir.  
Bugünkü görüşlərimizdə ikitərəfli əlaqələrimizin hər sahədə 
daha da inkişaf etdirilməsi barədə əziz qardaşım, hörmətli İlham 
Əliyevlə  yekdil  fikrə  gəldik.  Bu  səfərimizin  bölgədə 
uzunmüddətli  sülh  və  sabitlik  şəraitinin  yaranmasına  kömək 
edəcəyinə inanır, sizə təşəkkür edirəm.  
 
 
 
 
   
 
 
 
 


 14 
 
 
 
 
SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB İVAN QAŞPAROVİÇƏ 
 
Hörmətli cənab Prezident! 
Slovakiyanın  milli  bayramı  –  Konstitusiya  günü  müna-
sibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 
yetirirəm. Ümidvaram  ki, Azərbaycan ilə Slovakiya arasındakı 
dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə 
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Bu  bayram  günündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 
Slovakiya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm. 
 
Hörmətlə,  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 avqust 2008-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə