İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   ...   100

 
15 
 
 
 
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
CƏNAB İSLAM KƏRİMOVA 
 
 
Hörmətli İslam Abduqəniyeviç! 
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 
Sizi və bütün özbək xalqını Azərbaycan xalqı adından və şəxsən 
öz adımdan təbrik edirəm.  
Əminəm  ki,  Azərbaycan  və  Özbəkistan  arasında  mehriban 
dostluq  və  əməkdaşlıq  ənənələrinin  möhkəmləndirilməsi, 
dövlətlərarası  münasibətlərimizin  hərtərəfli  inkişafı  bundan 
sonra  da  xalqlarımızın  mənafeyinə  xidmət  edəcək,  regionda 
sabitliyə və tərəqqiyə kömək edəcəkdir.  
Hörmətli İslam Abduqəniyeviç, Sizə möhkəm cansağlığı və 
dövləti fəaliyyətinizdə uğurlar, dost Özbəkistan xalqına sülh və 
əmin-amanlıq arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 21 avqust 2008-ci il 
 
 


 16 
 
 
 
LİVİYA İNQİLABININ RƏHBƏRİ,  
BÖYÜK LİVİYA ƏRƏB SOSİALİST XALQ 
CƏMAHİRİYYƏSİNİN BAŞÇISI ZATİ-ALİLƏRİ 
CƏNAB MÜƏMMƏR ƏL-QƏDDAFİYƏ 
 
Zati-aliləri! 
Ölkənizin  milli  bayramı  –  Böyük  inqilab  günü  müna-
sibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  şəxsən  öz 
adımdan  və  Azərbaycan  xalqı  adından  səmimi-qəlbdən  təbrik 
edirəm.  
Əminəm  ki,  Azərbaycan–Liviya  dostluğunun  daha  da 
möhkəmlənməsi,  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq 
qurumlar  çərçivəsində  əməkdaşlığımızın  müvəffəqiyyətlə 
davam  etdirilməsi  yolunda  bundan  sonra  da  ardıcıl  səylər 
göstərəcəyik.  
Bu  əlamətdar  gündə  Sizə  möhkəm  cansağlığı,  işlərinizdə 
uğurlar,  dost  Liviya  xalqına  əmin-amanlıq  və  firavanlıq 
arzulayıram. 
 
Hörmətlə,  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 avqust 2008-ci il  


 
17 
 
 
 
 
İSPANİYA KRALI ƏLAHƏZRƏT  
I XUAN KARLOSA 
 
Əlahəzrət! 
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı 
insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın 
adamlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan 
xalqı  adından  dərin  hüznlə  başsağlığı  verir,  yaralananlara  və 
xəsarət alanlara şəfa diləyirəm. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
 
Bakı, 21 avqust 2008-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 18 
 
 
 
 
İSPANİYA KRALLIĞI NAZİRLƏR ŞURASININ 
SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XOSE LUİS 
RODRİGES SAPATEROYA 
 
Hörmətli cənab Sədr! 
Madrid  hava  limanında  təyyarənin  qəzaya  uğraması 
nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə 
qarşıladım. 
Baş  vermiş  bu  faciə  ilə  əlaqədar  Sizə,  həlak  olanların 
ailələrinə  və  yaxın  adamlarına,  bütün  xalqınıza  dərin  hüznlə 
başsağlığı  verir,  yaralananların  və  xəsarət  alanların  tezliklə 
sağalmasını arzulayıram. 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 avqust 2008-ci il 
 
 
 
 


 
19 
 
 
 
QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT  
ŞEYX HƏMƏD BİN XƏLİFƏ ƏL-TANİYƏ 
 
Əlahəzrət! 
Qətər  Dövlətinin  milli  bayramı  –  Müstəqillik  günü  mü-
nasibətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan 
və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Azərbaycan–Qətər  münasibətlərinin  bugünkü  səviyyəsi 
məmnunluq  doğurur.  Əminəm  ki,  dost  ölkələrimiz  arasındakı 
əlaqələrin  istər  ikitərəfli  qaydada,  istərsə  də  beynəlxalq 
qurumlar  çərçivəsində,  əməkdaşlığımızın  daha  da  inkişafı  və 
dərinləşməsi  naminə  bundan  sonra  da  qarşılıqlı  səylərimizi 
ardıcıl şəkildə davam etdirəcəyik.  
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm 
cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına əmin-amanlıq 
və firavanlıq diləyirəm.  
 
Hörmətlə,  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 avqust 2008-ci il 
 
 


 20 
 
 
 
SAN-MARİNO RESPUBLİKASININ KAPİTAN-
REGENTLƏRİ ZATİ-ALİLƏRİ XANIM ROZA 
ZAFFERANİYƏ VƏ CƏNAB FEDERİKO PEDİNİ 
AMATİYƏ 
 
Zati-aliləri!  
Milli bayramınız – Respublika günü münasibətilə Sizi və 
bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 
Ümidvaram  ki,  Azərbaycan  ilə  San-Marino  arasındakı 
münasibətlər  dostluq  və  əməkdaşlıq  ruhunda  inkişaf  edərək 
xalqlarımızın rifahına töhfələr verəcəkdir. 
Bu  bayram  günündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 
xalqınıza sülh və rifah diləyirəm. 
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 21 avqust 2008-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə