İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 
29 
məsələlərin  düzgün  həll  olunmasının  və  «dondurulmuş» 
münaqişələrdən  irəli  gələn  təhlükənin  aradan  qaldırılmasının 
yeganə  yolu  həmin  dövlətlərin  tam  mənada  ərazi  bütövlüyünə 
riayət edilməsi, buna hörmətlə yanaşılmasıdır. 
Rumıniya  azlıqların  kollektiv  hüquqlarını  tanıyır.  Hesab 
edirik  ki,  ölkələrin  suverenliyi  və  ərazi  bütövlüyü  pozulma-
malıdır. Bu baxımdan Dağlıq Qarabağdakı vəziyyətə gəldikdə, 
Rumıniya  hesab  edir  ki,  düzgün  həll  yolu  Azərbaycanın  ərazi 
bütövlüyünün  təmin  edilməsi,  ona  hörmətlə  yanaşılmasıdır. 
Ərazi  bütövlüyü  tam  təmin  olunmalıdır  və  Azərbaycanın 
hakimiyyət  orqanları  ölkənin  bütün  ərazilərinə  nəzarət 
etməlidir. 
Kosovo məsələsinə gəldikdə, demək istəyirəm ki, Rumıniya 
Kosovonun  müstəqilliyini  heç  vaxt  tanımamışdır.  Biz  eyni 
sözləri Dnestryanı bölgə barədə də deyə bilərik. Moldova tərəfi 
bundan xəbərdardır. 
Gürcüstana  gəldikdə  isə  biz  hesab  edirik  ki,  mərkəzi 
hakimiyyət orqanları bütün Abxaziyada, eyni zamanda, Cənubi 
Osetiyada  öz  nəzarətini  tam  təmin  etmək  hüququna  malikdir. 
Dediyim  bütün  sözlər  bizim  nəzərdən  keçirdiyimiz  əsas 
meyarlardır və biz bunu açıqlaya bilərik. 
Çox sağ olun! 
 
 
   
 
 
 
 


 30 
 
 
 
 
BAKI–QUBA–RUSİYA DÖVLƏT SƏRHƏDİ 
AVTOMOBİL YOLUNUN YENİDƏNQURMA 
İŞLƏRİNDƏN SONRA AÇILIŞI  
 
22 avqust 2008-ci il 
 
Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya 
dövlət  sərhədi  avtomobil  yolunun  16–134-cü  kilometrinin 
yenidənqurmadan sonra açılışında iştirak etmişdir. 
Bakı–Quba–Rusiya dövlət sərhədi avtomobil yolunun yeni-
dən qurulmasına bu ilin mayında başlanılmışdır. «Azəryolser-
vis»  Açıq  Səhmdar  Cəmiyyətinin  sifarişi  ilə  görülən  inşaat 
işlərini  «Akkord»  şirkətlər  qrupu  həyata  keçirir.  Avropa 
Yenidənqurma  və  İnkişaf  Bankının  maliyyə  dəstəyi  ilə  real-
laşan  bu  layihə  çərçivəsində  yolun  16–134-cü  kilometrinə 
beton örtük döşənmişdir. Bu işlərə 7 min işçi qüvvəsi və 3 mi-
nə  yaxın  texnika  cəlb  olunmuşdur.  İşlərin  sürətlə  aparılması 
üçün  yol  hissələrə  (16–44-cü,  45–89-cu  və  90–134-cü  kil-
ometrlər) bölünmüşdür. 
Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  beynəlxalq 
əhəmiyyətli bu yolda yük maşınlarının hərəkətinin intensivliyi 
nəzərə  alınmaqla,  qalın  beton  örtüyün  döşənməsi  yolun 
davamlılığını artırır. Beton örtüyün qalınlığı 28 santimetrdir. 
Magistral boyu 21 körpü və yolötürücüsü, 10 qovşaq, 15 mal-
qara  keçidi,  112  boru  keçidi,  5  xidmət  məntəqəsi  olacaqdır. 
Yenidənqurma işləri üç növbədə gedir. 
Dövlətimizin  başçısı  Bakı–Quba–Rusiya  dövlət  sərhədi 
avtomobil  yolunun  16–134-cü  kilometrinin  açılışını  bildirən 
qırmızı lenti kəsdi. 
İ l h a m  Ə l i y e v: Bu gözəl yolun açılışı münasibətilə 
sizin  hamınızı  təbrik  edirəm!  Yaxşı  işləmisiniz,  çox  böyük 
işlər  görmüsünüz.  Heç  vaxt  Bakı–Sumqayıt  yolu  bu  qədər 


 
31 
rahat,  gözəl  olmamışdır.  Həm  yol  genişləndirilib,  həm  də  ki, 
müasir dünya səviyyəsində tikilibdir. Beton yollar indi Avro-
panın  ancaq  ən  inkişaf  etmiş  şəhərlərində  tikilir.  Amma  biz 
nəinki aeroportdan şəhərə gələn yolu beton örtüyü ilə tikmişik. 
Bakı–Sumqayıt və Bakı–Rusiya sərhədinə qədər yolu da belə 
tikirik. Bu, insanlara rahatlıq verəcək, bu yolun əsas məqsədi 
də odur. Bu, təzə yol deyil, Azərbaycanı Rusiya ilə birləşdirən 
yol  həmişə  olmuşdur.  «Akkord»  şirkəti  artıq  bu  işlərdə  çox 
böyük təcrübə toplayıb, çox böyük işlər görür. Azərbaycanda 
bu sahədə aparıcı şirkətə çevrilmişdir və bildiyimə görə, başqa 
ölkələrdə də iş görür. Bizim Azərbaycan şirkətləri gərək möh-
kəmlənsin, güclənsin. Əvvəllər, xüsusilə böyük miqyaslı işləri 
ancaq  xarici  şirkətlər  görürdü.  Bizim  imkanlarımız  yox  idi. 
Ancaq  indi  bu  imkanlar  var.  İmkanların  səbəbi,  ilk  növbədə, 
Azərbaycanda  gözəl  biznes  şəraitinin  yaradılmasıdır,  digər 
tərəfdən,  dövlət  tərəfindən  icra  edilən  layihələrin  olmasıdır. 
Çünki bütün bu layihələr dövlət tərəfindən maliyyələşdirilir və 
dövlət  də  maraqlıdır  ki,  bu  vəsait  yerli  şirkətlərə  getsin, 
Azərbaycan  vətəndaşları  bundan  faydalansın.  Azərbaycan 
şirkətləri bundan həm təcrübə toplasınlar, həm də ki, öz maddi 
imkanlarını  genişləndirsinlər.  Əgər  dövlət  investisiya  proq-
ramları  olmasaydı,  bu  yolların  heç  biri  tikilməz  və  bizim 
şirkətlər  də  bu  işlərdə  iştirak  etməzdi.  Əvvəllər  xaricdən 
alınan  müəyyən  miqdarda  kreditlərin  hesabına  icra  edilən 
layihələrlə bağlı işləri daha çox xarici şirkətlər görürdü. Çünki 
kredit verən xarici tərəf maraqlıdır ki, işləri onun öz şirkətləri 
görsün. İş görülürdü, amma pullar xaricə gedirdi. İndi isə həm 
iş  görülür,  həm  də  pul  Azərbaycanda  qalır.  Həm  Azərbaycan 
vətəndaşları işlə təmin olunur, yüksək maaş alırlar, həm də ki, 
keyfiyyət  yüksəlir.  Azərbaycanın  müasir  reallıqları  bunlardır 
və  bütün  istiqamətlərdə  bu  işlər  görülür.  Bakını təkcə  Rusiya 
ilə  yox,  Gürcüstanla,  İranla  birləşdirən  yollar,  şəhərlərarası 
yollar  tikilir.  Şamaxı  yolu  tikilir,  ondan  sonra  Qəbələ–Şəki–
Balakən yolu tikiləcək. İndi dünyanın ən məşhur, inkişaf etmiş 
ölkələrində  də  şəhərlərarası  yollar  işıqlandırılmır.  Elədir? 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə