270
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Qax şəhərinin Heydər Əliyev küçəsində yerləşən muzeyin
tikintisinə 2007-ci ildə başlanılmışdır. Binanın layihəsini
«Azkommunallayihə» İnstitutu hazırlamış, tərtibat işlərini
Heydər Əliyev Fondunun rəhbərliyi ilə «Elit» dizayn şirkəti
həyata keçirmişdir. Muzey ekspozisiya salonu, kitabxana, oxu
zalı, inzibati və yardımçı otaqlardan ibarətdir.
Ekspozisiya salonunun ümumi sahəsi 190 kvadratmetrdir.
Burada ulu öndərin büstü qoyulmuşdur. 8 bölmədən ibarət
ekspozisiyada ümummilli liderimizin həyat və fəaliyyətinin
müxtəlif dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər, müxtəlif
kitablar və digər nəşrlər toplanmışdır. Muzeydə 7 ədəd
komputer qoyulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ekspo-
zisiya ilə tanış oldular, oxu zalına, otaqlara baxdılar.
Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra Xatirə
kitabına ürək sözlərini yazdı.
İdman kompleksinin təməlqoyma mərasimi
Sentyabrın 19-da Qax şəhərində idman kompleksinin
təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimə toplaşan inşaatçılar, şəhər sakinləri prezident
İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və
ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı kompleksin əsas texniki-iqtisadi
göstəriciləri ilə tanış oldu. Gənclər və İdman naziri Azad
Rəhimov məlumat verdi ki, ümumi ərazisi 5 hektar olacaq
kompleksin layihəsini «Azkommunallayihə» İnstitutu hazırla-
mışdır. Tikintinin smeta dəyəri 6,5 milyon manatdır.
Əsas binada universal idman zalı, məşq zalı, inzibati
otaqlar, habelə 25 metrlik üzgüçülük hovuzu yerləşəcəkdir.
Kompleksin həyətində 2 min yerlik tribunaları olan futbol
stadionu, voleybol və basketbol meydançaları, tennis kortu,
271
habelə idmançıların qalması üçün hər biri dördnəfərlik 4 kottec
tikiləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı
tökdü.
İnşaatçıları təbrik edən dövlətimizin başçısı tikinti işlərinin
vaxtında və müasir standartlara uyğun, keyfiyyətlə başa
çatdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
272
ŞƏKİ ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASININ
YENİ KORPUSUNUN TƏMƏLQOYMA
MƏRASİMİ
19 sentyabr 2008-ci il
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da
Qax rayonundan Şəki şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəs-
təxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma
mərasimində iştirak etdi. İnşaatçılar, şəhər ictimaiyyətinin
nümayəndələri prezident İlham Əliyevi və xanımı Mehriban
Əliyevanı hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı yeni korpusun layihəsi ilə tanış oldu.
Məlumat verildi ki, Şəki şəhərinin girəcəyində, Olimpiya
İdman Kompleksinin yaxınlığında inşa ediləcək bina Dünya
Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan «Tibbi
xidmətlər
sahəsində
islahatların
aparılması»
layihəsi
çərçivəsində tikilir. Layihənin həyata keçirilməsi üçün Şəki,
Qax, Ağdaş, İsmayıllı və Abşeron pilot rayonları kimi seçil-
mişdir. Layihəni Dünya Bankı, Azərbaycan hökuməti, ABŞ-ın
Beynəlxalq Agentliyi, YUNİSEF və Dünya Səhiyyə Təşkilatı
maliyyələşdirir.
Yeni korpusun birinci mərtəbəsində təcili tibbi yardım,
poliklinika, diaqnostika şöbəsi, 8 çarpayılıq hemodializ, sterili-
zasiya şöbələri, laboratoriya, yeməkxana, exokardiologiya,
kompyuter tomoqrafiyası, endoskopiya, rentgen şöbələri fəaliy-
yət göstərəcəkdir.
İkinci mərtəbədə isə 28 çarpayılıq cərrahiyyə şöbəsi, iki
əməliyyat bloku ilə birlikdə 12 çarpayılıq anesteziologiya və
reanimasiya şöbəsi, 55 çarpayılıq terapiya şöbəsi yerləşəcəkdir.
Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
273
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı
tökdü. Sonra Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb
söhbət etdi.
N a ğ d ə l i B a l a ş o v (Şəki Şəhər Mərkəzi Xəstəxa-
nasının Baş həkiminin müavini): Cənab Prezident, Sizin hər bir
gəlişiniz Şəkiyə yeni həyat gətirir. Bu gün bizim qəlbimiz
sevinclə, fərəhlə döyünür. 2006-cı ildə Siz Şəkidə modul tipli
elektrik stansiyasının açılışı ilə bizə işıq verdiniz və biz o vaxt
Sizi şəriksiz prezidentimiz adlandırdıq. Bu gün isə yeni müalicə
korpusunun təməlinin qoyulması ilə bizə, insanlarımıza
sağlamlıq bəxş edirsiniz.
Əziz Prezidentimiz, Sizin andiçmə mərasimində dediyiniz
kəlam var idi: «Mən hər bir azərbaycanlının prezidenti olaca-
ğam». Bu, həyatda öz əksini tapmışdır. Siz bizə işıq, istilik
vermisiniz, əmək haqlarımızı artırmısınız və balalarımızın
təhsili üçün Şəkidə çoxlu məktəblər tikmisiniz. Buna görə Sizə
öz minnətdarlığımızı bildiririk. Azərbaycanda 700 mindən çox
iş yeri açılmışdır. Əvvəllər ölkəmizi tərk edib gedən
soydaşlarımız artıq Azərbaycana qayıdır, onlar işlə təmin
olunurlar. Hətta əcnəbi vətəndaşlar da iş dalınca Azərbaycana
gəlirlər. Biz inanırıq ki, bundan sonra Azərbaycanda həm
yoxsulluq, həm də işsizlik olmayacaqdır.
Azərbaycanda sülh bərqərar olmuş və ölkəmiz təhlükəli
vəziyyətlərdən azad olmuşdur. Hesab edirik ki, Qarabağ
məsələsi də öz həllini tapacaqdır. Möhtərəm Prezidentimiz, Siz
xalqın içərisində olursunuz, xalq Sizi sevir, hər kəs Sizi öz
ailəsinin üzvü kimi qəbul edir. Siz bizim üçün hər şey etmisiniz.
Buna görə də Sizə minnətdaram. Şəkidə son illər quruculuq,
abadlıq işləri getmişdir. Şəkinin incisi olan Şəki xanlarının
sarayı bərpa olunmuşdur. Mədəniyyət ocaqları bərpa olunub
xalqın istifadəsinə verilmişdir.
İ l h a m Ə l i y e v: Çox şadam ki, bu gün yenidən
Şəkidəyəm, sizinlə birlikdəyəm. Mən Şəkidə dəfələrlə olmu-
şam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyektlərin
açılışını, yaxud da ki, təməlinin qoyulmasını birlikdə qeyd
Dostları ilə paylaş: |