İNKİŞafinin sosio-neqativ təzahüRLƏRİNDƏn biRİ KİMİ Çələbiyev Nuralı Zərbalı oğlu psixologiya üzrə fəlsəfə doktoru, dosent ami-nin Şəki filialı



Yüklə 62,11 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü62,11 Kb.
#1541


YENİYETMƏ VƏ GƏNCLƏR ARASINDA ÖZÜNƏQƏSD (SUİSİD) DAVAMLI İNSAN 

İNKİŞAFININ SOSİO-NEQATİV TƏZAHÜRLƏRİNDƏN BİRİ KİMİ 

 

Çələbiyev Nuralı Zərbalı oğlu  

psixologiya üzrə fəlsəfə doktoru, dosent 

AMİ-nin Şəki filialı 

 

Müasir  qloballaşan  dünyada  özünəqəsd  (suisid)  davamlı  insan  inkişafına 



mane olan ciddi əxlaqı-mənəvi problemlərdən birinə çevrilməkdədir. 

Müxtəlif ölkələrdə əhalinin müxtəlif sosial və yaş qrupları arasında intiharın 

rəsmi və qeyri-rəsmi statistikasında fərqlər özünü göstərsə də, deviant davranışın bu 

halının artım tempinin sürətlənməsi ciddi həyəcan və narahatlıq doğurur. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  statistikasına  görə  ABŞ,  Fransa, 

Hollandiya,  Rusiya,  Norveç  kimi  ölkələrdə  nəqliyyat  qəzaları,  zorakı  ölüm  və 

xərçənc  xəstəliyindən  ölüm  hallarından  sonra  intihar  nəticəsində  ölüm  halları 

aparıcı yeri tutur. Özünəqəsdin statistikası aparılan ölkələrdə son 30 ildə yeniyetmə 

və  gənclər  arasında  intihar  nəticəsində  ölüm  hallarının  statistikası  xeyli 

yüksəlmişdir ki,  bu da  elmi-texniki,  ictimai  və  mənəvi  tərəqqinin qarşısında  ciddi 

sosial və mənəvi əngəllərdən birinə çevrilməkdədir [1, s.241]. 

Hər  bir  cəmiyyətin  genofondunun  əsasını  təşkil  edən  həssas  sosial  təbəqə 

kimi yeniyetmə və gənclər arasında  özünəqəsd (suisid) uzun illər boyu statistikası 

açıqlanmayan  ciddi  sosial-psixoloji  və  hüquqi  problemlərdən  biri  olmuşdur.  Bu 

problemin  öyrənilməsi  yasaq  edildiyindən  kifayət  qədər  ixtisaslı  kadrlar  da 

yetişməmişdir.  Odur  ki,  problemə  qeyri-peşəkar  yanaşma  nəticəsində  iki  başlıca 

yalnış rəy formalaşmışdı: 

1.

 



Özünəqəsd,  xüsusən  də  gənclər  arasında  artan  özünəqəsd  halları  əsasən 

xəstə, psixi cəhətdən qeyri-normal adamlar arasında baş verən hadisədir; 

2.

 

Yeniyetmə  və  gənclik  yaşı  dövrü  böhranlı,  problemli,  patopsixoloji 



xarakterli yaş dövrü olduğu üçün bu hallara məhz bu yaş dövrlərində daha 

çox təsadüf olunur. 




Sonralar bu sahədə aparılan tədqiqatların nəticələri sübut etdi ki, əksinə, yaşlı 

adamlar arasında yeniyetmə və gənclərə nəzərən özünəqəsd hallarına daha çox rast 

gəlinir.  Sosial-psixoloji  tədqiqatların  nəticələri  göstərir  ki,  uşaq  yaşı  dövrlərində 

deviant  davranışın  bu  formasına  çox  nadir  hallarda  rast  gəlmək  mümkündür.  13 

yaşdan sonra uşaq və yeniyetmələr arasında bu hala daha çox rast gəlinir. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  məlumatına  görə  son  onillikdə  gənclər 

arasında intihar halları 3 dəfə artmışdır. Hər il 15-19 yaşlarında olan 12 yeniyetmə 

və  gəncdən  biri  intihara  cəhd  edir.  Bu  statistikada  Rusiya  Federasiyası  dünyada 

birinci yerdə durur. 

Qeyd  etmək  lazımdır  ki,  suisidal  davranış  intihara  və  ya  öz  həyatına  son 

qoymaqla  (fikirlər,  niyətlər,  mülahizələr,  cəhdlər  və  s.)  yönəlmiş,  şəxsiyyət 

fəallığının müxtəlif destruktiv formalarında əks olunan davranışdır. Fransız filosofu 

A.Kamyu  yazırdı  ki,  insanların  hamısı  Sizif  kimi  mənasız  iztirablara  məhkumdur. 

İztirablardan xilas olmaq üçün yeganə yol “özünü öldürməkdir” [2, s.108]. 

Yeniyetmə  və  gənclərdə  suisidal  təzahürlər  onların  özlərinə  yönəlmiş 

(avtoaqressiya)  deviant  davranış  forması  kimi  yaşlıların  bu  tipli  davranış 

formalarından  fərqlənir.  Psixoloji  tədqiqatlara  görə,  90%  hallarda  yeniyetmə  və 

gənclərdə  belə  destruktiv  hərəkətlər  “kömək  üçün  haray”  siqnalıdır.  Yalnız  10% 

hallarda  isə  bu  həqiqətən  öz  həyatına  son  qoymaq  motivi  ilə  bağlıdır.  Intihar 

cəhdlərinin sayı real intihar faktları ilə müqayisədə 50 dəfə çoxdur [3, s.104]. 

Artıq  10-12  yaşlı  uşaqlar  ölüm  hadisəsinin  həyatda  ədəbi  olaraq  yoxolma 

faktı olmasını anlayırlar. Məhz bu yaş dövründən başlayaraq yeniyetmələrdə ölüm 

mövzusuna,  həyatın  mənası,  xoşbəxtlik  və  sair  kimi  fəlsəfi  promlemlərə  dərin 

maraq  hissi  meydana  gəlir.  Belə  düşüncə  və  mühakimələrə  daha  çox  yüksək 

intellektli  şəxslərdə  rast  gəlinir.    13-18  yaşlı  yeniyetmə  və  gənclərdə  günah, 

utancaqlıq,  inamsızlıq,  yaşlılara  qarşı  ambivalent  (polyar  -  N.Ç.)  hisslər,  seksual 

pozğunluqlar,  ailədə  sosial  rolların  və  öz  rolunun  formalaşmaması,  şəxsi 

gərəksizləşmə hissi davranışında suisid (özünəqəsd) cəhdlərinə...yol açır.  

 Ətrafdakıların  iradəsinə  qalib  gəlmək  istəyən  bəzi  yeniyetmə  və  gənclər 

yüksək  toksiki  dərman  vasitələrindən  və  həblərdən,  şampundan,  tünd  sirkələrdən, 




çoxsaylı  vitamin,  yuxu  həblərindən,  özünüyandırma,  avtomobil  altına  atma, 

hündürlükdən atılma və s. kimi travmatik vasitələrdən daha çox istifadə edirlər. 

Suisid  cəhdləri  psixogen,  kəskin  affektiv  reaksiyalar,  sürəkli  reaktiv 

vəziyyətlərlə  çulğalaşmış  olur  və  bu  halların  kəskinləşməsi  nəticəsində  meydana 

gəlir.  Yeniyetmə  və  gənclərin  impulsivliyi,  emosional  davamsızlığı,  səbrsiz  və 

höcət  olması  konfliktiv  situasiyalar  zamanı  yaranan  dalğınlıq  kimi  şəxsiyyət 

keyfiyyətləri və əhvalın ümumi depressiv vəziyyəti suisidal fon yaradır. Yeniyetmə 

roman  oxuyur,  o  həyat  və  ölüm  haqqında  düşüncələrə  rast  gəlir.  Odur  ki,  onun 

şüurundan ildırım sürəti ilə belə bir fikir keçir: “Mən də öləcəyəm”. Bu həyəcan bir 

çox hallarda isə iztirab yaradır [5, s.72].  

Suisidal reaksiyaları proqnozlaşdırmağın çətinliyi həm də onunla şərtlənir ki, 

özünəqəsd  və  suisidal  cəhdlər  ilk  baxışda  dərin  inciklik  və  məyusluq  fonunda 

meydana  gəlir  ki,  yeniyetmə  və  gənclər  bunu  keçici  deyil,  ekstemal  çıxılmaz  hal, 

sonsuz çarəsizlik duyğusu kimi qavrayırlar. 

Psixoloji eksperimentlər vasitəsilə sübut olunmuşdur ki, istənilən uğursuzluq 

insanda ölüm haqqında qeyri-ixtiyari fikirlər doğurur. Belə hallarda insanlar həyat 

çətinliklərini həll etməyin yolunu həyatdan getməkdə görürlər. Gənclik yaşı dövrü 

üçün  bu  hal  xüsusilə  səciyyəvidir.  200-dən  artıq  gəncin  tərcümeyi-halını  və 

gündəliklərini araşdıran tədqiqatçı Norman Kilin tədqiqatları müəyyən etmişdir ki, 

onların üçdə biri az və ya çox dərəcədə özünəqəsdin mümkünlüyündən bəhs etmiş, 

bəziləri  isə  buna  cəhd  etmişlər.  Onların  sirasında  Höte,  Romen  Pollan,  Napaleon, 

Con Styuart Mill, Tomas Mann, Qandi, İ.S.Turgenev, M.Qorki və başqa tanınmış 

şəxsiyyətlərin də adları vardır. Bir çox yaşlı ziyalı adamlarla söhbət aparmış məşhur 

pedaqoq Y.P.Azarov yazırdı ki, yeniyetmə və gənclik yaşı illərində, xüsusən 18-20 

yaşlarda onların ağlına intihar yolu ilə öz həyatlarına son qoymaq fikri gəlmişdir [6, 

s.199].  Tarixi  bioqrafik  materiallar  da  V.Mayakovski,  S.Yesenin,  M.Tsvetayev, 

A.Fadeyev,  H.Hüseynov  və  b.  tanınmış  şəxsiyyətlərində  intihar  yolu  ilə  həyatdan 

köçdüklərini sübut edir. 

Bəzi  şəxsiyyət  tipləri  vardır  ki,  onlar  üçün  konfliktli  stress  situasiyaların 

qaçmaq  kimi  davamlı  yönəlişlik  xarakterikdir.  Özünəqəsd  yolu  seçən  bu  tipli 




insanların psixoloji portreti German Hesenin “Səhra canavarı” romanında məharətlə 

təsvir  edilmişdir.  Belə  adamlar  həyat  boyu  ölümlə  six  “ünsiyyətdə”  yaşayır, 

özünəqapanma,  tənhalıq  hissi  introvetlik  və  fərdiyyətçi  melanxoliya  onların  əsas 

psixoloji xüsusiyyəti kimi diqqəti cəlb edir. 

Rus  psixoloqu  İ.S.Konun  fikrincə,  gənclik  yaşlarında  özünü  göstərən  və 

bütün həyat boyu davam edən bu əhval-ruhiyyənin səbəbi heç də hər hansı cəhətdən 

həyat  gücünün  çatışmazlığı  deyildir,  əksinə,  özünəqəsd  etmiş  adamlar  içərisində 

kifayət qədər qeyri-adi dərəcədə cəsur, qətiyyətli və tamahkar naturalar heç də az 

olmamışdır. 

Intiharların 60%-i yaz və yay aylarında baş verir ki, bunun da səbəbi təbiətin 

dəyişməsi  ilə  müqayisədə  insanın  daxili  aləminin  sabitliyi  arasında  yaranan 

ziddiyətlə baölıdır. Depresiyadan əziyyət çəkən xəstələrdə intihar halları 70% təşkil 

edir. Odur ki, psixoloqlar intiharı depressiya problemi kimi izah edirlər. 

Ümumdünya Səhiyyə Təşkilatı intiharın 800 müxtəlif səbəbini və 80 üsulunu 

müəyyən etmişdir. Onlardan: 

-

 



41%  naməlum;  19%  cəza  qorxusu;  18%  ruhi  xəstəlik;  18%  evdə 

dilxorçuluq;  6%  düşkünlük;  3%  müflisləşmə;  1,4%  həyatdan  doyma; 

1,2% fiziki xəstəliklərlə bağlıdır. 

 

Intiharların 32%-i günün birinci, 44%-i ikinci yarısında, 24%-i isə gecə vaxtı 



baş verir.Real intihar halları kişilər arasında qadınlarla müqayisədə 4 dəfə çoxdur. 

 

Rəsmi statistikaya görə hər il dünyada 1mln 100 000 nəfər öz həyatına qəsd 



edir ki,  bunlarında  yarısı  15-19  yaşlı gənclərdir.  Proqnoza  görə  bu rəqəm  2020-ci 

ildə 1mln. 500-ə çatacaqdır. Qeyri-rəsmi statistika isə bu halın 4 mln-u keçəcəyini 

bildirir. 

 

Çin,  Hindistan,  Rusiya,  ABŞ,  Yaponiya,  Ukrayna  və  Fransa  kimi  ölkələrdə 



intihar  halları  daha  çox  olduğu  halda,  Misir,  Haiti,  Yamaykada  bu  halların  faiz 

göstəricisi sıfıra bərabərdir. 

 

2010-cu ilin statistikasına görə Azərbaycanda 500 intihar halı baş vermişdir. 



Vaxtilə  Alman  gəncləri  arasında  Hötenin  “Verter”romanının  təsiri  altında 

özünəqəsd  hallarının  sürətlə  artması  müşahidə  olunurdu.  Alman  gənclərinin  hər 




hansı  bir  nümunəni  təqlid  etməsi  əsasında  özünəqəsd  etmələri  “Verter  effekti” 

adlanırdı. 

 

Qeyd  etmək  lazımdır  ki,  özünəqəsd  cəhdlərinin sayı  real özünəqəsd  faktları 



ilə  müqayisədə  dəfələrlə  çoxdur.  İ.S.Konun  fikrincə,  yaşlı  adamlar  arasında  bu 

göstərici  6:1  və  ya  10:1  həddində  yeniyetmə  və  gənclər  arasında  isə  50:1,  hətta 

100:1-ə nisbətindədir. 

 

Problemə  fərqli  mövqedən  yanaşan  tanınmış  rus  tədqiqatçısı  A.E.Liçkonun 



araşdırmalarına  görə  yaş  artdıqca,  yeniyetmə  və    gənclər  arasında  özünəqəsd 

hallarının da statistikası artır. 12-13 yaşlarda bu 4%, 14 yaşda 12%, 15 yaşda 21%, 

16 yaşda 31%, 17 yaşda isə 32% təşkil edir [7, s.118]. 

 

Yeniyetmə  və  gənc  oğlanlarda  özünəqəsd  hallarına  qızlarla  müqayisədə  ən 



azı  iki  dəfə  çox  təsadüf  olunur.  Lakin  qızlarda  intihar  cəhdlərinə  daha  çox  rast 

gəlinir  ki,  bunun  da  əksəriyyəti  nümayişkaranə  xarakter  daşıyır.  Uğursuz  intihar 

cəhdləri əsasən təkrarlanmasa da, belə cəhd etmiş 10-20 yaşlarında 10% oğlanlarda, 

3%  isə  qızlar  sonrakı  iki  il  ərzində  bu  cəhdləri  təkrarlayaraq  öz  həyatları  ilə 

vidalaşırlar.  “Yeniyetmə  və  gənclərdə  özünəqəsd  hansı  psixoloji  problemlərlə 

bağlıdır?” sualı ciddi sual olaraq hamını düşündürür. 

 

Psixoloji  tədqiqatların  (M.İ.Rojkov  və  b.)  nəticələrinə  görə,  real  özqnəqəsd 



hallarına əsasən sensitiv və tsikloid xarakterli yeniyetmə-gənclərdə depressiv fazada 

təsadüf  olunur.  Bunun  yaranmasının  başlıca  səbəbi  müxtəlif  mənşəli  depressiv 

vəziyyətlərdir.  

 

Bütün psixi və fiziki təzahürlərində məyusluq əlamətləri daşıyan depressiya 



yeniyetmə  və  gənclərdə  yaşlılardan  fərqli  cəhətləri  ilə  seçilir.  A.E.Liçko  bu  yaş 

dövrü  üçün  səciyyəvi  olan  depressiyanın  delinqvent,  ipoxondrik,  astenoapatik  və 

melanxolik depressiya olmaqla 4 əsas tipini fərqləndirmişdir. 

 

Yeniyetmə  gənclərdə  suisidal  davranışın  geniş  yayılmış  tipik  motivləri 



aşağıdakılardır: 

-

 



inciklik duyğusu, tənhalıq, yadlaşma; 

-

 



valideyn məhəbbətinin itirilməsi, qısqanclıq; 

-

 



valideynlərdən birinin ailəni tərk etməsi, onların vaxtsız və faciəvi ölümü


-

 

günah və utancaqlıq hissi, istehza, alçaldılma, təhqir; 



-

 

cəza qorxusu, üzr istəməkdən imtina; 



-

 

məhəbbət  uğursuzluğu,  seksual  acizlik  hissi,  qızlarda  nikahdankənar 



hamiləlik; 

-

 



öz taleyinə diqqəti cəlb etmək istəyi; 

-

 



xoşagəlməz nəticələrdən, çətinlikdən və təhlükədən qaçmaq təşəbbüsü

-

 



film və ya bədii əsər qəhrəmanlarının təqlid edilməsi [3, s.109-110]. 

Müasir  psixoloji  ədəbiyyatlarda  özünəqəsd  riski  qrupuna  daxil  edilən 

yeniyetmə  və  gənclərin  psixoloji  xarakteristikasında  aşağıdakı  əsas  simptomlar 

fərqləndirilir: 

1.

 

Kəskin, eksteremal və uzunmüddətli ağır psixoloji vəziyyət yaşayanlar; 



2.

 

Davranışında  depressiya  və  disforiya  (səbəbi  bilinməyən  məyusluq) 



formasında affentiv dalğınlıq müşahidə olunanlar; 

3.

 



Əhvalında  psixopatik  və  patopsixoloji  psixi  oyanıqlıq  reaksiyalarının 

üstünlüyü,  davranışında  nümayişkaranəlik  və  psixoastenik  dalğınlıq 

müşahidə olunanlar; 

4.

 



Spirtli içkilərə və asosial davranış formalarına meyilli olanlar

5.

 



Yaxın  qohumlarında  psixi  xəstəliyi  olan,  konfliktli  ailələrdə  yaşayanlar, 

alkoqol  və  narkoman  valideynləri,  habelə,  yaxın  qohumları  içərisində 

intihar edən şəxslərin olduğu yeniyetmə və gənclər; 

6.

 



Xroniki somatik və nevroloji xəstəliklərdən əziyyət çəkən, sosial psixoloji 

cəhətdən təcrid olunmuş qapalı şəraitdə sarsıntı içində yaşayanlar; 

7.

 

Əvvəllər  özünəqəsd  etmək  təşəbbüsündə  olmuş  və  tez-tez  bu  barədə 



ətrafdakıları hədələyənlər. 

A.E.Liçko yeniyetmə və gənclərdə suisidal davranışın demonstrativ affektiv 

və həqiqi olmaqla 3 əsas tipini fərqləndirmişdir. 

Demonstrativ suisidal davranış öz mahiyyəti etibarı ilə yeniyetmə və gəncin 

yaranmış vəziyyətə ətrafdakıların diqqətini cəlb etməklə müşayət olunur. Affektiv 

suisidal  davranış  xarakterin  aksentuasiyası  psixopatiya  və  ya  baş-beyinin  üzvi 




zədələnməsinin  qalıq  əlamətləri  fonunda  meydana  gələn  kəskin  psixogen 

reaksiyalardan biridir [7, s.76]. 

Həqiqi suisidal davranış aktı zamanı yeniyetmə və gənc heç kimə maneçilik 

törətmədən,  adətən  xəlvəti  olaraq  özünəqəsdi  həyata  keçirir.  Bu  zaman  əksər 

hallarda  onlar  əvvəlcədən  yazdıqları  qeydlərdə  özlərini  günahlandırır,  bu  əməlin 

motivini  subyektiv  qiymətləndirirlər.    Ailənin  əlverişsiz  psixoloji  iqlimi 

depressiyalara,  mübahisələrə,  psixi  gərginliyə,  müsbət  emosiyaların  tükənməsinə 

gətirib çıxarır [8, s.27]. 

Alman  psixoloqu  H.Ottonun  fikrincə,  gənclərdə  özünəqəsd  cəhdinin  onda 

doqquzu həyatla haqq-hesabı çürütmək motivi ilə deyil, köməyə çağırış motivi ilə 

bağlıdır.  Yeniyetmə  və  gənclərin  əksəriyyəti  intihar  edəcəkləri  barədə  irəlicədən 

məlumat verir və xəbərdarlıq edirlər. Intihar cəhdlərinin 80%-i evdə, gündüz və ya 

gecə  vaxtı,  heç  kimin  müdaxilə  edə  bilməyəcəyi  bir  şəraitdə  baş  verir.  Bir  çox 

intiharlar açıq, nümayişkaranə, başqalarının gözü qarşısında, kimə isə yönəlmiş və 

suisidal hədə-qorxu, qisas xarakterli olur. 

Qeyd  etmək  lazımdır  ki,  2003-cü  ildə  Azərbaycanda  intiharla  mübarizə 

istiqamətində  əməli  tədbirlərin  həyata  keçirilməsi  üçün  strateji  fəaliyyətin 

istiqamətləri  müəyyənləşdirilmişdir.  Həyata  keçiriləcək  tədbirlər  sırasında  əhali,  o 

cümlədən  yeniyetmə  və  gənclər  arasında  maarifləndirmə  işlərinin  aparılmasından 

tutmuş,  sosial  rifahı  yaxşılaşdırmağa,  əhaliyə  sosial-psixoloji  xidmət  və 

reabilitasiya mərkəzlərinin açılmasına qədər ən müxtəlif tədbirlərin reallaşdırılması 

nəzərdə tutulmuşdur [9, s.205]. 



РЕЗЮМЕ 

Нурали Чалабиев 

Суицид (посягательство на жизнь, самоубийство) среди подростков и 

молодежи, как один из социо-негативных явлений в длительном 

человеческом развитии. 

 

В  статье  самоубийство  (суицид)  в  глобализованном  мире  как  одно  из 



серьезных  проблем,  препятствующее  длительному  человеческому  развитию, 


изложен  на  основе  социально-психологического  разбора  (анализа)  и 

статистических цифр. 

 

Автор  постарался  разработать  факторы  риска,  мотивы  растущих 



попыток самоубийства среди людей, особенно среди подростков и молодежи, 

показал  тяжелые  его  последствия  негативного  влияния  на  морально-

психологический климат в обществе. 

SUMMARY 

Nurali Chalabiev 

Committing suicide between teenagers and youngers to the durable man 

development is a sosio-negative appearances. 

 

This  article  deals  with  committing  suicide  is  being  one  of  the  serious 



hindrace  problems  for  man  development  on  the  basis  of  social  psychological 

analyses on the base of statistical figures. 

 

The  author  tried  to  investigate  the  risk  factors  negative  influence  to  the 



teenagers  and  youngers  and  show  its  heavy  results  to  the  morally-psychological 

climate in society.  



Ədəbiyyat 

1.

 



Кон И.С. Психология ранней юности. /М., «Просвещение», 1989. 

2.

 



Göyüşov Z.B. Həzz və iztirab./ B., Azərbaycan Dövlət Nəşriyyatı, 1969. 

3.

 



Воспитание  трудного  ребенка.  Дети  с  девиантным  поведением.  /Под 

ред. М.И.Рожкова / М., «Владос», 2003. 

4.

 

Зиновьева  Н.О.,  Михайлова  Н.Ф.  Психология  и психотерапия  насилия. 



Ребенок в кризисной ситуации. /Санкт-Петербург, «Речь», 2003. 

5.

 



Suxomlinski B.A. Vətəndaşın doğulması. /B., “Maarif”, 1975. 

6.

 



Азаров Ю.Трудный случай. // Новый мир. М., 1984, №5. 

7.

 



Личко А.Е. Психопатия и акцентуации характера у подростков. 2-е изд., 

/Л., «Медицина», 1983. 

8.

 

Гребенников И.В. Основы семейной жизни. /М. «Просвещение», 1991. 



9.

 

Əsgərov Ə., Hüseynov E., Hüseynov S. Davamlı insan inkişafı. /B., 2009. 



10.

 

 lossofsoulşcom /смерть/суицид/статистика самоубийств по странам. 



Yüklə 62,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə