«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)



Yüklə 64,17 Kb.
səhifə1/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
  1   2   3   4   5   6   7

 

«İnkoterms 2000» şərtləri

EXW


EX Works ( ... named place)
Zavoddan ( ... yerin adı)

«Zavoddan» termini, satıcı malı alıcının sərəncamına özünün müəssisəsində və ya digər adı çəkilən yerdə (məsələn: zavodda, fakrikdə, anbarda və s.) təqdim etdikdə, göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın nəqliyyat vasitəsinə yüklənməsinə, həmçinin ixrac üçün malın gömrük rəsmiləşdirilməsinə görə cavabdeh deyildir.



Beləliklə, bu termin satıcının üzərinə minimal vəzifələr qoyur və alıcı malın satıcının müəssisəsindən təyinat yerinə qədər daşınması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Lakin, tərəflər göndərilmə yerində malın yüklənməsi üzrə vəzifələrin alıcı tərəfindən yerinə yetirilməsini və bütün riskləri və belə yük vurmağa görə xərcləri öz üzərinə götürməsini istəyərlərsə, onda bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (bax. Giriş b. 11). Bu termin, alıcı birbaşa və ya dolayısı ilə ixrac rəsmiləşdirilməsini yerinə yetirə bilmədiyi halda tətbiq edilə bilməz. Bu halda FCA terminindən istifadə olunmalıdır, bir şərtlə ki, satıcı malın yüklənməsi xərclərini və risklərini öz üzərinə götürməyə razılıq versin.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən ixrac və ya idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın ixrac edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı razılaşdırılmış tarixdə və ya razılışdırılmış müddət ərzində müqavilədə adı çəkilən göndəriş yerinə hər hansı nəqliyyat vasitəsinə boşaldılmamış malı alıcının sərəncamına təqdim etməlidir. Müqavilədə belə göstəriş mövcud olmadıqda, satıcı analoji malların göndərişi üçün adi yerə və müddətə göndərişi həyata keçirməlidir. Əgər tərəflər göndərişin adı çəkilən yerində hər hansı konkret məntəqə barədə razılaşmamışlarsa, satıcı göndəriş yerində ona daha münasib olan məntəqəni seçə bilər.

Alıcı, A.4 və A.7./B.7 maddələrinə müvafiq olaraq, mal təqdim olunan zaman, mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən – göndərişin qəbul edilməsi üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətdən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməlidir.

Alıcı: – malın A.4 maddəsinə müvafiq olaraq onun sərəncamına göndərilməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – mal onun sərəncamına çatdırıldıqdan sonra malın qəbul olunması öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi, yaxud o, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş verməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin ixrac zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. Alıcı, A.2 maddəsinə müvafiq olaraq yardım göstərilməsi zamanı satıcı tərəfindən çəkilmiş bütün xərcləri və rüsumları ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın onun sərəncamına nə zaman və harada təqdim olunacağı tarix və yer barədə lazımi şəkildə məlumatlandırmalıdır.

Əgər alıcı razılaşdırılmış dövr ərzində malın qəbul tarixini və/yaxud yerini təyin etmək hüququna malikdirsə, o, bu barədə lazımi məlumatları satıcıya bildirməlidir.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Öhdəlik yoxdur (bax. Giriş b. 10).

Alıcı göndərişin qəbul olunması barədə müvafiq sübutları satıcıya göndərməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı malın alıcının sərəncamına təqdim edilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, o cümlədən, ixracat ölkəsinin hakimiyyət orqanlarının tələb etdiyi baxış xərclərini ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın ixracı və/yaxud idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya yardım göstərilməsi nəticəsində satıcı tərəfindən ona çəkilən xərcləri ödəməlidir.

 

FCA


Free Carrier (...named place)
Franko daşıyıcı (... yerin adı)

«Franko daşıyıcı» termini, satıcı gömrük rəsmiləşdirilməsini keçmiş malı alıcı tərəfindən göstərilən daşıyıcıya təyin olunmuş yerə qədər çatdıracağını bildirir. Qeyd etmək lazımdır ki, göndəriş yerinin seçimi malın bu yerdə yüklənib-boşaldılması üzrə öhdəliklərə təsir göstərəcəkdir. Əgər göndəriş satıcının sahəsində həyata keçirilirsə, onda satıcı yükləməyə görə məsuliyyət daşıyır. Əgər göndəriş başqa yerdə həyata keçirilərsə, satıcı malın yüklənməsinə görə məsuliyyət daşımır.

Hazırki termin istənilən nəqliyyat növündə daşınmalar, o cümlədən qarışıq daşınmalar zamanı istifadə oluna bilər.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını həyata keçirən və ya təmin edən istənilən şəxsi bildirir.



Əgər alıcı malın qəbul edilməsini daşıyıcı sayılmayan digər şəxsə etibar edərsə, onda malın həmin şəxsə ötürülməsi anından etibarən onun göndərişi üzrə satıcının öhdəlikləri yerinə yetirilmiş hesab edilir.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
Lakin, ya alıcının xahişinə əsasən,yaxud kommersiya təcrübəsi əsasında, əgər alıcı vaxtında digər göstərişlər verməmişdirsə, satıcı alıcının hesabına və riskinə adi şərtlərlə olan daşınma müqaviləsini bağlamaq hüququna malikdir. Satıcı həmçinin belə müqavilənin bağlınılmasından imtina edə bilər. Belə halda o, bu barədə alıcını dərhal məlumatlandırmalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi
Satıcı tərəfindən daşınma müqaviləsinin A.3a) maddəsinə əsasən bağlanıldığı hallar istisna edilməklə, Alıcı öz hesabına malın adı çəkilən yerdən daşınması üzrə müqaviləni bağlamalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən yerdə, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə, A.3a) maddəsinə müvafiq olaraq, malı daşıyıcıya və ya alıcı tərəfindən qeyd olunan və ya alıcı tərəfindən seçilmiş digər şəxsə təqdim etməlidir.
Göndəriş aşağıdakı hallarda yerinə yetirilmiş hesab edilir:
a) əgər adı çəkilən yer satıcının binasında yerləşirsə:
mal alıcı və ya onun adından fəaliyyət göstərən digər şəxs tərəfindən göstərilən daşıyıcının nəqliyyat vasitəsinə yüklənildikdə
b) əgər adı çəkilən yer satıcının binasından kənarda yerləşirsə:
satıcının nəqliyyat vasitəsindən boşaldılmamış mal daşıyıcının və ya alıcı tərəfindən göstərilən və ya A.3a) maddəsinə əsasən satıcı tərəfindən seçilmiş digər şəxsin sərəncamına verdikdə. Əgər tərəflər göndərişin adı çəkilən yerində hər hansı konkret məntəqə barədə razılaşmamışlarsa, satıcı ona daha münasib olan məntəqəni seçə bilər.
Əgər satıcıya alıcı tərəfindən dəqiq təlimatlar verilməmişdirsə, o, sonrakı nəql üçün malı nəqliyyatın bu növünün və/yaxud malın miqdarının və/yaxud xüsusiyyətinin güman etdiyi üsulla göndərə bilər.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən daşıyıcını və ya A.4 maddəsinə müvafiq olaraq digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına götürə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin başa çatması anından etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsinə çəkilən xərcləri ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun A.4 maddəsinə müvafiq olaraq daşıyıcını və ya digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, ya onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına qəbul edə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi şəkildə məlumatlandırmalıdır. Əgər daşıyıcı malı A.4 maddəsinə müvafiq olaraq razılaşdırılmış müddətə qəbul edə bilmirsə, satıcı müvafiq olaraq bu barədə alıcını məlumatlandırmalıdır.

Alıcı A.4 maddəsində müəyyən olunan daşıyıcının və ya digər şəxsin adı barədə satıcını lazımi şəkildə məlumatlandırmalı və lazım gələrsə, nəqliyyat üsulunu, həmçinin ona malın göndəriş tarixini və ya müddətini və lazım olarsa, malın daşıyıcıya və ya digər şəxsə ötürülməli olduğu yerdəki məntəqəni qeyd etməlidir.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtonəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən A.3 maddəsinə əsasən daşınma müqaviləsinin tərtib edilməsi zamanı onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı, A.3a) maddəsinə müvafiq olaraq daşınma müqaviləsinin bağlanılmasında satıcının yardımı tələb olunduqda, satıcıya lazımi təlimatları verməyə borcludur.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə