«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


FAS Free Alongside Ship (... named port of shipment) Gəmi bortu boyunca sərbəst (... yükləmə limanının adı)



Yüklə 64,17 Kb.
səhifə2/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

FAS


Free Alongside Ship (... named port of shipment)
Gəmi bortu boyunca sərbəst (... yükləmə limanının adı)

«Gəmi bortu boyunca sərbəst» termini, mal qeyd olunan yükləmə limanında yanalma körpüsündə və ya lixterlərdə gəminin bortu boyunda yerləşdirildikdə göndərişin satıcı tərəfindən yerinə yetirməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən bütün xərcləri və malın itməsinin və ya korlanmasının riskləri alıcı tərəfindən ödənilməlidir. FAS termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə qoyulur. BUNUNLA HAZIRKİ NƏŞR «İNKOTERMS»İN ÖTƏN NƏŞRLƏRİNDƏN FƏRQLƏNİR, BELƏ Kİ, ÖTƏN NƏŞRLƏRDƏ İXRAC ÜÇÜN GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ ÜZRƏ VƏZİFƏLƏR ALICININ ÜZƏRİNƏ QOYULURDU. Lakin, əgər tərəflər ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).



Bu termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı ilə daşındıqda tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Alıcı öz hesabına adı çəkilən yükləmə limanından malın daşınması müqaviləsini bağlamalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı alıcı tərəfindən adı çəkilən yükləmə limanında alıcı tərəfindən adı çəkilən yükləmə yerində göstərilən gəminin bortu boyu və limanın adətlərinə müvafiq olaraq, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə malı göndərməlidir.

Alıcı, malın göndərilməsi, A.4 maddəsinə müvafiq olaraq, həyata keçirildikdə qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsində müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – A.4 maddəsinə müvafiq olaraq mal göndəriş anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), malın ixracı zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən təyin edilən gəmi vaxtında gələ bilmədiyi, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadığı, yaxud, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxt başlanana qədər yükü qəbul etməyi dayandırması səbəbindən və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın göstərilən gəminin bortu boyunca göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır.

Alıcı gəminin adı barədə, yük vurma yerində məntəqə və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

 

FOB


Free On Board (... named port of shipment)
Sərbəst gəmi bortunda (... yükləmə limanının adı)

«Sərbəst gəmi bortunda» termini, mal adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün xərcləri və riskləri alıcı ödəməlidir. FOB termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri satıcının üzərinə düşür. Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsi ilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməzlərsə, FCA termini tətbiq olunur.



A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin, lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Alıcı öz hesabına adı çəkilən yükləmə limanından malın daşınması müqaviləsini bağlamalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən limanında, limanın adətlərinə müvafiq olaraq, alıcı tərəfindən göstərilən gəminin bortuna razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləməlidir.

Alıcı, mal A.4 maddəsinə müvafiq olaraq göndərildikdə, onun həyata keçirilməsini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir.

Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – qeyd olunan yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – malın A.4 maddəsinə müvafiq olaraq adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçildiyi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir.

Alıcı: – malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən göstərilən gəmi vaxtında gələ bilmədikdə, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda, yaxud malın qəbulunu, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş tarixin başlanmasına qədər yükün qəbul edilməsini dayandırdıqda və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır.

Alıcı gəminin adı, yük vurma yeri və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı malın göndərişinin sübutu kimi, A.4 maddəsinə müvafiq olaraq, adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə daşınma müqaviləsinin bağlanılması üçün nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

A.8 maddəsinə müvafiq olaraq alıcı göndərişin sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə