«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


CFR  Cost and Freight (... named port of destination) Dəyər və icarə (... təyinat limanın adı)



Yüklə 64,17 Kb.
səhifə3/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

CFR 


Cost and Freight (... named port of destination)
Dəyər və icarə (... təyinat limanın adı)

«Dəyər və icarə» termini, mal yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirdiyini bildirir.

Satıcı malın təyin olunmuş təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN malın itirilməsi və ya zədələnməsi riski, həmçinin malın yüklənməsindən sonra baş verən istənilən əlavə xərclər alıcının üzərinə düşür.

CFR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi vəzifəsi satıcının üzərinə qoyulur.



Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən göndərmək niyyətində olmazlarsa, CPT termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı, alqı-satqı müqaviləsində qeyd olunan mala uyğun malların daşınması üçün adətən istifadə olunan dəniz (və ya daxili su nəqliyyatı üçün uyğun gələn) gəmisində adi gəmiçilik marşrutu üzrə adı çəkilən təyinat limanına qədər malın daşınmasına dair müqaviləni adi şərtlərlə, öz hesabına bağlamalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərildikdə, göndərişi qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təfsir olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli və – əgər tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin, daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarix və ya göndərişin razılaşdırılmış müddəti başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə qoyulmursa, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala tətbiq etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanını verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı malın istənilən yükləmə baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

 

CIF 


Cost, Insurance and Freight (... named port of destination)
Dəyər, sığorta və icarə (... təyinat limanın adı)

«Dəyər, sığotra və icarə» termini, mal yükləmə limanında gəminin mühəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Satıcı malın qeyd olunan təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN həm malın itməsi və ya korlanması riskləri, həm də malın yüklənməsindən sonra baş verən istənilən xərclərin ödənilməsi satıcıdan alıcıya keçir.

Lakin, CIF termininin şərtlərinə əsasən, daşınma zamanı malın itməsi və ya korlanması riskinə qarşı alıcının xeyrinə olaraq dəniz sığortalanmasının alınması öhdəliyi satıcının üzərinə düşür.

Deməli, satıcı sığorta müqaviləsini bağlamalı və sığorta haqqını ödəməlidir. Alıcı nəzərə almalıdır ki, CIF termininin şərtlərinə əsasən, satıcıdan yalnız minimal ödənişli sığortanın təmin olunması tələb olunur (Bax. Giriş b. 9.3).

Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.

CIF termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi öhdəliyi satıcının üzərinə düşür.



Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vastəsi ilə daşındıqda tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməklə göndərmək niyyətində olmazlarsa, CIP termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı, alqı-satqı müqaviləsində qeyd olunan mala uyğun malların daşınması üçün adətən istifadə olunan dəniz (və ya daxili su nəqliyyatı üçün uyğun gələn) gəmisində adi gəmiçilik marşrutu üzrə adı çəkilən təyinat limanına qədər malın daşınmasına dair müqaviləni adi şərtlərlə, öz hesabına bağlamalıdır.
b) Sığorta müqaviləsi
Satıcı öz hesabına – alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi – alıcıya və ya sığorta marağına malik olan digər şəxsə birbaşa olaraq sığortaçıya müraciət etmək imkanı verən şərtlər əsasında yükün sığortalanmasını təmin etməli, həmçinin alıcıya sığorta polisini və ya sığortanın ödənilməsinin digər sübutlarını təqdim etməlidir. Sığortalanma etibarlı sığortaçı və ya sığorta şirkəti tərəfindən həyata keçirilməlidir və əgər əksi barədə xüsusi razılaşma yoxdursa, sığortalanma Yük terminlərinin işlənilməsi İnstitutunun /Institut Cargo Clauses/ (London sığortaçılar Birliyi /Institute of London Underwriters/) və ya istənilən oxşar müqavilələr toplusunun şərtlərinə əsasən, minimal ödənişə müvafiq olaraq, həyata keçirilməlidir. Sığorta ödənişinin davamiyyəti B.4 və B.5 maddələrinə müvafiq olmalıdır. Alıcının tələbinə əsasən və onun hesabına satıcı hərbi risklərdən, tətillərdən, qiyamlardan və digər vətəndaş çaxnaşmalarından, əgər bu mümkündürsə, sığortalamanı həyata keçirməlidir. Sığortalama ən azı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymət üstəgəl 10 % (yəni 110 %) ödənişli olmalı və alqı-satqı müqaviləsinin valyutasında bağlanılmalıdır.

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərişini qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təyin olun müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və – A.3b) maddəsinə müvafiq olaraq sığortanın əldə olunması ilə bağlı bütün xərcləri ödəməli və – razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli, həmçinin – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixdən və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə düşmürsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala şamil etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanı verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Sığortanın həyata keçirilməsi üçün alıcı satıcını, onun tələbinə əsasən, bütün lazımi məlumatlarla təmin etməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə