«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


DDP Delivered Duty Paid (... named place of destination) Rüsum ödənilməklə göndəriş (...təyinat yerinin adı)



Yüklə 64,17 Kb.
səhifə7/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

DDP
Delivered Duty Paid (... named place of destination)


Rüsum ödənilməklə göndəriş (...təyinat yerinin adı)

«Rüsum ödənilməklə göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri, o cümlədən (tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsinə idxal üçün istənilən yığımları («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) ödəməlidir.

EXW termini satıcının üzərinə minimal öhdəliklər qoyduğu halda, DDP termini satıcının maksimal öhdəliklərini güman edir.

Əgər satıcı birbaşa və ya dolayısı ilə idxal lisenziyasının alınmasını təmin edə bilmirsə, Hazırki termin tətbiq edilə bilməz.

Əgər tərəflər, idxal zamanı ödənilməli olan xərclərdən bəzilərinin satıcının öhdəliklərindən çıxarmaq barədə razılaşarlarsa (məsələn, əlavə dəyər vergisi – ƏDV), bu, alqtı-satqı müqaviləsində dəqiq müəyyənləşdirilməlidir (Bax. Giriş b. 11).

Əgər tərəflər malın idxalı üzrə bütün riskləri və xərcləri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu zaman DDU termini tətbiq olunmalıdır. Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.



A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac və idxal lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı və idxalı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı, əgər bu, tələb olunarsa (Bax. Giriş b. 14), satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün tələb olunan istənilən idxal lisenziyasının və ya digər rəsmi şəhadətnamənin alınmasında tam yardım göstərməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı öz hesabına malın adı çəkilən təyinat yerinə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər xüsusi məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu yolla mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac və idxal üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və idxalı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı, A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın göndərilməsi barədə lazımi şəkildə məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün tələb olunan digər bildirişləri alıcıya göndərməlidir.

Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, B.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin satıcıya alıcı tərəfindən onun yardım göstərilməsi nəticəsində çəkilən bütün xərcləri ödəməlidir. Satıcı sığortanın həyata keçirilməsi üçün lazım olan məlumatlarla alıcını təmin etməlidir.

Alıcı, Satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın bu şəkildə alıcının sərəncamına təqdim edilməsi üçün idxalat ölkəsində verilən və ya ötürülən, satıcıdan tələb oluna biləcək istənilən sənədlərin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə